Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Rəcəb ayının birinci gecəsinin əməlləri
Ərəbcə
اللَّهُمَّ أَهِلَّهُ عَلَيْنَا بِالْأَمْنِ وَ الْإِيمَانِ وَ السَّلامَةِ وَ الْإِسْلامِ رَبِّي وَ رَبُّكَ اللَّهُ عَزَّ وَ جَلَّ اللَّهُمَّ بَارِكْ لَنَا فِي رَجَبٍ وَ شَعْبَانَ وَ بَلِّغْنَا شَهْرَ رَمَضَانَ وَ أَعِنَّا عَلَى الصِّيَامِ وَ الْقِيَامِ وَ حِفْظِ اللِّسَانِ وَ غَضِّ الْبَصَرِ وَ لا تَجْعَلْ حَظَّنَا مِنْهُ الْجُوعَ وَ الْعَطَشَ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِأَنَّكَ مَلِكٌ وَ أَنَّكَ عَلَى كُلِّ شَيْءٍ مُقْتَدِرٌ وَ أَنَّكَ مَا تَشَاءُ مِنْ أَمْرٍ يَكُونُ اللَّهُمَّ إِنِّي أَتَوَجَّهُ إِلَيْكَ بِنَبِيِّكَ مُحَمَّدٍ نَبِيِّ الرَّحْمَةِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ يَا مُحَمَّدُ يَا رَسُولَ اللَّهِ إِنِّي أَتَوَجَّهُ بِكَ إِلَى اللَّهِ رَبِّكَ وَ رَبِّي لِيُنْجِحَ [لِي] بِكَ طَلِبَتِي اللَّهُمَّ بِنَبِيِّكَ مُحَمَّدٍ وَ الْأَئِمَّةِ مِنْ أَهْلِ بَيْتِهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ عَلَيْهِمْ أَنْجِحْ طَلِبَتِي لَكَ الْمَحْمَدَةُ إِنْ أَطَعْتُكَ وَ لَكَ الْحُجَّةُ إِنْ عَصَيْتُكَ لا صُنْعَ لِي وَ لا لِغَيْرِي فِي إِحْسَانٍ إِلا بِكَ يَا كَائِنُ [كَائِنا] قَبْلَ كُلِّ شَيْءٍ وَ يَا مُكَوِّنَ كُلِّ شَيْءٍ اِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْعَدِيلَةِ عِنْدَ الْمَوْتِ وَ مِنْ شَرِّ الْمَرْجِعِ فِي الْقُبُورِ وَ مِنَ النَّدَامَةِ يَوْمَ الْآزِفَةِ فَأَسْأَلُكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَجْعَلَ عَيْشِي عِيشَةً نَقِيَّةً وَ مِيتَتِي مِيتَةً سَوِيَّةً وَ مُنْقَلَبِي مُنْقَلَبا كَرِيما غَيْرَ مُخْزٍ وَ لا فَاضِحٍ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الْأَئِمَّةِ يَنَابِيعِ الْحِكْمَةِ وَ أُولِي النِّعْمَةِ وَ مَعَادِنِ الْعِصْمَةِ وَ اعْصِمْنِي بِهِمْ مِنْ كُلِّ سُوءٍ وَ لا تَأْخُذْنِي عَلَى غِرَّةٍ وَ لا عَلَى غَفْلَةٍ وَ لا تَجْعَلْ عَوَاقِبَ أَعْمَالِي حَسْرَةً وَ ارْضَ عَنِّي فَاِنَّ مَغْفِرَتَكَ لِلظَّالِمِينَ وَ أَنَا مِنَ الظَّالِمِينَ اللَّهُمَّ اغْفِرْ لِي مَا لا يَضُرُّكَ وَ أَعْطِنِي مَا لا يَنْقُصُكَ فَاِنَّكَ الْوَسِيعُ رَحْمَتُهُ الْبَدِيعُ حِكْمَتُهُ وَ أَعْطِنِي السَّعَةَ وَ الدَّعَةَ وَ الْأَمْنَ وَ الصِّحَّةَ وَ الْبُخُوعَ وَ الْقُنُوعَ وَ الشُّكْرَ وَ الْمُعَافَاةَ وَ التَّقْوَى وَ الصَّبْرَ وَ الصِّدْقَ عَلَيْكَ وَ عَلَى أَوْلِيَائِكَ وَ الْيُسْرَ وَ الشُّكْرَ وَ اعْمُمْ بِذَلِكَ يَا رَبِّ أَهْلِي وَ وَلَدِي وَ إِخْوَانِي فِيكَ وَ مَنْ أَحْبَبْتُ وَ أَحَبَّنِي وَ وَلَدْتُ وَ وَلَدَنِي مِنَ الْمُسْلِمِينَ وَ الْمُؤْمِنِينَ يَا رَبَّ الْعَالَمِينَ
الْحَمْدُ لِلَّهِ الَّذِي لا تَنْفَدُ خَزَائِنُهُ وَ لا يَخَافُ آمِنُهُ رَبِّ إِنِ ارْتَكَبْتُ الْمَعَاصِيَ فَذَلِكَ ثِقَةٌ [ثِقَةً] مِنِّي بِكَرَمِكَ اِنَّكَ تَقْبَلُ التَّوْبَةَ عَنْ عِبَادِكَ وَ تَعْفُو عَنْ سَيِّئَاتِهِمْ وَ تَغْفِرُ الزَّلَلَ وَ اِنَّكَ [فَاِنَّكَ] مُجِيبٌ لِدَاعِيكَ وَ مِنْهُ قَرِيبٌ وَ أَنَا تَائِبٌ إِلَيْكَ مِنَ الْخَطَايَا وَ رَاغِبٌ إِلَيْكَ فِي تَوْفِيرِ حَظِّي مِنَ الْعَطَايَا يَا خَالِقَ الْبَرَايَا يَا مُنْقِذِي مِنْ كُلِّ شَدِيدَةٍ [شِدَّةٍ] يَا مُجِيرِي مِنْ كُلِّ مَحْذُورٍ وَفِّرْ عَلَيَّ السُّرُورَ وَ اكْفِنِي شَرَّ عَوَاقِبِ الْأُمُورِ [فَاِنَّكَ] فَأَنْتَ اللَّهُ عَلَى نَعْمَائِكَ وَ جَزِيلِ عَطَائِكَ مَشْكُورٌ وَ لِكُلِّ خَيْرٍ مَذْخُورٌ
Oxunuşu
Əllahummə əhilləhu ələyna bil əmni vəl iman, vəs səlaməti vəl islam, rəbbi və rəbbukəl-lahu əzzə və cəll.
Əllahummə barik ləna fi rəcəbin və şə`ban, və bəlliğna şəhrə rəməzan, və əinna ələs siyami vəl qiyam, və hifzil lisani və ğəzzil bəsər, və la təc`əl həzzəna minhul cuə vəl ətəş.
Əllahummə inni əs`əlukə bi-ənnəkə məlik, və ənnəkə əla kulli şəy`in muqtədir, və ənnə-kə əla ma təşau min əmrin yə-kun, Əllahummə inni ətəvəccə-hu iləykə binəbiyyikə Muhəm-mədin nəbiyyir rəhməh, səlləl-lahu ələyhi və alih, ya Muhəm-mədu ya rəsuləllah, inni ətəvəc-cəhu bikə iləllahi rəbbikə və rəbbi, liyuncihə (ila) bikə təli-bəti, Əllahummə binəbiyyikə Muhəmmədin vəl əimməti min əhli bəytih, səlləllahu ələyhi və ələyhim əncih təlibəti.
Ləkəl məhmidətu in ətə`tukə və ləkəl huccətu in əsəytuk, la sun`ə li və la liğəyri fi ihsanin illa bik, ya kainu qəblə kulli şəy`, innəkə əla kulli şəy`in qədir, Əllahummə inni əuzu bikə minəl ədiləti indəl məvt, və min şərril mərcii fil quburi və minən nədaməti yəvməl azifəh, fəəs`əlukə ən tusəlliyə əla Muhəmmədin və ali Mu-həmməd, və ən təc`ələ əyşi işə-tən nəqiyyətən və mitəti mitətən səvifiyyəh, və mun-qələbi munqələbən kərimən ğəyrə muxzin və la fazih, Əllahummə səlli əla Muhəm-mədin və alihil əimməti yə-nabiil hikməti və ulin ni`məh, və məadinil isməh, və`simni bihim min kulli suin və la tə`xuzni əla ğirrəh, və la əla ğəfləh, və la təc`əl əvabiqə ə`mali həsrətən vərzə ənni, fəinnə məğfirətəkə liz zalimin, və ənə minəz zalimin, Əlla-humməğfir li ma la yəzurrukə və ə`tini ma la yənqusuk, fəinnəkəl vəsiu rəhmətuhul bədiu hikmətuh, və ə`tinis səətə vəd dəətə vəl əmnə vəs sihhəh, vəl buxuə vəl qunuə vəş şukrə vəl muafah, vət təqva vəs səbrə vəs sidqə ələykə və əla əvliyaik, vəl yusrə vəş şukr, və`mum bizalikə ya rəbbi əhli və vələdi və ixvani fik, və mən əhbəbtu və əhəbbəni və vələdtu və vələdəni minəl musliminə vəl mu`minin, ya rəbbəl aləmin.
Əlhəmdu lillahilləzi la tənfədu xəzainuh, və la yəxafu aminuh, rəbbi inirtəkəbtul məasiyə fəzaikə siqətun (si-qətən) minni bikərəmik, innəkə təqbəlut təvbətə ən ibadik, və tə`fu ən səyyiatihim, və təğfiruz zələlə və innəkə (fəinnəkə) mucibun lidaikə və minhu qəribun və əna taibun iləykə minəl xətaya, və rağibun iləykə fi təvfiri həzzi minəl ətaya, ya xaliqəl bəraya ya munqizi min kulli şədidəh (şiddəh), ya muciri min kulli məhzur, vəffir ələyyəs sururə vəkfini şərrə əvaqibil umur, fəəntəllahu əla nə`maik, və cə-zili ətaikə məşkur, və likulli xəyrin məzxur.
Tərcüməsi
Çox şərafətli gecədir. Onda bir neçə əməl var;
O ayın ayını görən şəxs belə desin:
İlahi, bu ayı mənə əmin-amanlıq və iman, sağlamlıq və İslamla yenilə! Mənim və sənin Rəbbin qadir və böyük Allahdır.
Başqa yerdə peyğəmbərdən nəql olunur ki, Rəcəb ayının ayını görsən belə de:
İlahi, Rəcəb və Şəban ayında bizə bərəkət ver, bizi Ramazan ayına çatdır, bizə oruc tutmaq, gecəni oyaq qalıb ibadətlə keçirmək, dilimizi (yersiz sözlərdən) qorumaq, gözümüzü (haram baxışlardan) saxlamaq üçün kömək et və bizim bu aydan bəhrəmizi yalnız ac və susuz qalmaqda qərar vermə!
2. Bəzi alimlərin dediyinə əsasən qüsl etmək lazımdır. Peyğəmbərdən nəql olunur ki, hər kim Rəcəb ayına daxil ola və ayın əvvəlində, ortasında və axırında qüsl ala, anadan yeni doğulmuş uşaq kimi günahları bağışlanar.
3. İmam Hüseyni(ə) ziyarət etmək.
4. Məğrib namazından sonra iyirmi (iki-iki) rükət namaz qılmaq; hər rükətdə "Həmd”dən sonra "İxlas” surəsini oxumaq lazımdır. Hər kəs bu namazı qılsa, özü, ailəsi və mal-dövləti qəbir əzabından amanda olar və Sirat körpüsündən işıq sürəti ilə keçər.
5. İşa namazından sonra iki rükət namaz. Birinci rükətdə "Həmd”dən sonra bir dəfə "İnşirah” surəsini, üç dəfə "İxlas” surəsini, ikinci rükətdə "Həmd”, ”İnşirah”, ”İxlas”, ”Fələq” və "Nas” surələri oxunur. Salamlardan sonra isə otuz dəfə "La ilahə illəllah” demək və otuz dəfə salavat göndərmək lazımdır. Hər kim bu namazı qılsa, yeni anadan olmuş uşaq kimi günahları silinər.
6. Otuz rükət namaz. Hər rükətdə "Həmd”dən sonra "Kafirun” surəsini və üç dəfə "İxlas” surəsini oxumaq lazımdır.
7. Kəfəminin "Misbah”da gətirdiyi hədisə əməl etmək. Hədis belədir; Əbulbəxtəri Vəhb ibn Vəhb İmam Sadiqdən(ə), o da Əmirəlmöminin Əlidən(ə) nəql edir ki, həzrət bütün il boyu dörd gecədə hər şeydən əl götürüb, ehya saxlayıb ibadətə məşğul olardı. Rəcəb ayının ilk gecəsi, Şəban ayının on beşinin gecəsi, Fitr və Qurban bayramlarının gecələrini. İmam Məhəmməd Cavadın(ə) belə buyurduğu nəql olunur; "Bu duanı Rəcəb ayının ilk gecəsində işa namazından sonra oxumaq müstəhəbdir”:
İlahi, Səndən istəyirəm ki, həqiqətən, Sən hakimsən, hər bir şeyə qadirsən və istədiyin hər bir iş yerinə yetir! İlahi, rəhmət peyğəmbəri olan Məhəmməd peyğəmbərin (Allahın salamı olsun ona və onun Əhli-beytinə) vasitəsilə Sənə üz gətirmişəm! Ey Allahın Rəsulu, mənim və sənin Rəbbin olan Allahın dərgahında sənə üz gətirmişəm ki, sizin vasitənizlə hacətim rəva olunsun! İlahi, peyğəmbərin Məhəmməd və onun Əhli-beytindən olan imamlara (Allahın salamı olsun ona onlara) xatir, hacətimi rəva et!
Sonra öz hacətlərini istə!
Əli ibn Hədid İmam Kazimin(ə) gecə namazından sonra səcdədə bu duanı oxuduğu nəql edir:
İlahi, əgər Sənə itaət etsəm, həmd-səna Sənə məxsusdur. Əgər Sənə asi olsam, höccət Sənindir (mənim Sənin dərgahında bir bəhanəm yoxdur). Sən istəməsən, yaxşılıq üçün (öz xeyrimə) nə mənim, nə də başqasının əlindən bir iş gəlməz. Ey hər bir şeydən öncə mövcud olan, ey hər bir şeyi vücuda gətirən, həqiqətən, Sən hər bir şeyə qadirsən! İlahi, ölüm ayağında inhirafa yuvarlanmaqdan, qəbrə qayıdan şərdən və qiyamət gününün peşmançılığından Sənə pənah gətirirəm! Səndən istəyirəm ki, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetirəsən, həyatımı pak-pakizə, ölümümü mötədil, qayıdış mənzilimi xar və rüsvayçılıq deyil, şərafətli qərar verəsən. İlahi, Məhəmməd və onun Əhli-beytinə – imamlara, hikmət qaynaqlarına, nemət sahiblərinə və ismət mədənlərinə salam yetir, onların vasitəsilə məni hər bir pislikdən qoru və qürur və qəflət halında tutma, əməllərimin sonunu əfsus və həsrət qərar vermə və məndən razı ol ki, həqiqətən, Sənin əfv və güzəştin zalımlara aiddir və mən də zalımlardanam! İlahi, Sənə zərə yetirməyən günahlarımı bağışla, məni azalmayan rəhmətinə şamil et ki, həqiqətən, Sənin rəhmətin geniş və sonsuz, hikmətin misilsizdir. Məni firavanlıq, rahatlıq, əmin-amanlıq, sağlamlıq, təvazökarlıq, qənaət, minnətdarlıq, afiyət, təqva, səbir, Sənə və dostlarına qarşı sədaqət, asanlıq və şükür əta et! Ey mənim Rəbbim, (dediklərimdə) əhli-əyalımı, övladlarımı, din qardaşlarımı, istədiklərimi və məni istəyənləri, müsəlman və möminlərdən olan nəslimi və keçmiş əcdadımı mənimlə şərik et, ey aləmlərin Rəbbi!
İbni Üşeym deyir: Bu dua səkkiz rükət gecə namazından sonra və Vitr namazından qabaq oxunur. Vitr və Şəf namazlarını qılıb salam verdikdən sonra oturan yerdə bu duanı oxuyursan:
Həmd olsun o Allaha ki, rəhmət xəzinələri qurtarmır və sığınacaq verdiyi qorxmur! Ey mənim Rəbbim, əgər mən günaha batmışamsa, Sənin əfv və kərəminə etimadımdan olmuşdur. Çünki Sən bəndələrinin tövbəsini qəbul edir, günahlarından keçir və xətalarını bağışlayırsan. Həqiqətən, Sən, Səni çağıranlara cavab verir və onlara yaxınsan. Mən xətalarımdan peşman olub Sənə üz gətirmişəm. Əta etdiklərindən çoxlu bəhrələnməyə rəğbətliyəm. Ey məxluqatın xaliqi, ey mənə hər bir çətinlikdə nicat verən və hər bir təhlükədən aman verən! Sevincimi artır və məni işlərin aqibətinin şərindən qoru. Çünki Sən verdiyin nemətlər və tükənməz hədiyyələrinə görə şükür olunan və hər bir xeyir iş üçün (lütf və mərhəmətinlə) zəxirə olunan Allahsan.
Bil ki, alimlər bu ayın hər gecəsi üçün özünəməxsus namaz buyurublar. İxtisara görə onları sadalamırıq.
Kitabın adı: Məfatihul Cinan
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |