Bismilahir Rəhmanir Rəhim
Əllahummə inni əs`əlukə biməani cəmii ma yəd`ukə bihi vulatu əmrikəl mə`munun, əla sirrikəl mustəbşirun, biəmrikəl vasifun, liqudrətikəl mu`linun, liəzəmətikə əs`əlukə bima nətə-qə fihim min məşiyyətik, fəcəəltəhum məadinə likəli-matikə və ərkanən litəvhidikə və ayatik, və məqamatikəlləti la tə`tilə ləha fi kulli məkan, yə`rifukə biha mən ərəfək, la fərqə bəynəkə və bəynəha illa ənnəhum ibaduk, və xəlqukə fətquha və rətquha biyədikə bəd`uha mink, və əvduha iləykə ə`zadun və əşhadun və munat, və əzvadun və həfəzətun və ruvvad, fəbihim mələ`tə səmaəkə və ərzək, hətta zəhərə ən la ilahə illa ənt, fəbizalikə əs`əlukə və biməvaqiil izzi min rəhmətik, və biməqamatikə və əlamatikə ən tusəlliyə əla Muhəmmədin və alih, və ən təzidəni imanən və təsbita, ya batinən fi zuhurihi və zahirən fi butunihi və məknunih, ya mufərriqən bəynən nuri vəd dəycur, ya məvsufən biğəyri kunh, və mə`rufən biğəyri şibh, haddə kulli məhdudin və şahidə kulli məşhud, və mucidə kulli məvcudin və muhsiyə kulli mə`dud, və faqidə kulli məfqud, ləysə dunəkə min mə`budin əhləl kibriyai vəl cud, ya mən la yukəyyəfu bikəyf, və la yu-vəyyənu biəyn, ya muhtəcibən ən kulli əyn, ya dəymumu ya qəyyumu və alimə kulli mə`-lum, səlli əla Muhəmmədin və alih, və əla ibadikəl muntə-cəbin, və bəşərikəl muhtəcibin, və məlaikətikəl muqərrəbin, vəl buhmis saffinəl haffin, və barik ləna fi şəhrina hazəl murəccəbil mukərrəm, və ma bə`dəhu minəl əşhuril hurum, və əsbiğ ələyna fihin niəm, və əczil ləna fihil qəsəm, və əbriz ləna fihil qəsəm, və bismikəl ə`zəmil ə`zəmil əcəllil əkrəm, əlləzi vəzə`təhu ələn nəhar, fəəzaə və ələl ləyli fəəzləmə vəğfir ləna ma tə`ləmu minna, və ma la nə`ləmu və`simna minəz zunub, xəyrəl isəm, vək-fina kəvafiyə qədərik, vəmnun ələyna bihusni nəzərik, və la təkilna ila ğəyrikə və la təmnə`na min xəyrik, və barik ləna fima kətəbtəhu ləna min ə`marina, və əslih ləna xəbiətə əsrarina, və ə`tina minkəl əmanə vəs tə`milna bihusnil iman, və bəlliğna şəhrəs siyam, və ma bə`dəhu minəl əyyami vəl ə`vam, ya zəl cəlali vəl ikram.
Tərcüməsi
Şeyx belə rəvayət edir ki, bu şərəfli məktub "Müqəddəs nahiyə”dən böyük Şeyx Əbu Cəfər Məhəmməd ibn Osman ibn Səidin (r) əli ilə çıxmışdır. Bu duanı Rəcəb ayının hər günündə oxuyun:
Bağışlayan və mehriban Allahın adı ilə!
İlahi, əmr sahiblərinin – sirrinə əmanətdarların, göstərişlərinə sevinənlərin, qüdrətini vəsf edənlərin və əzəmətini aşkar edənlərinin dua etdiklərinin bütün mənaları ilə Səndən istəyirəm! Onlarla danışan (onlara şamil olan) iradən, kəlmələrinin sirrinin xəzinəsi, dininin sütunları etdiyin və hər yerdə onların sayəsində tanınacağın kəslər, aradan getməyəcək nişanə və məqamlar vasitəsilə Səndən istəyirəm. Səni tanıyan şəxs üçün Səninlə onlar arasında onların məxluq, Sənin bəndələrin və həmin nişanələrin sahibi, (məxluqatdakı) başlanğıc və dönüşün Sənə tərəf olmasından başqa, heç bir fərq yoxdur. Onlar Sənin dininin dayağı, şahidi, hamisi, gözətçisi, müdafiəçisi və təbliğçiləridirlər. "Səndən başqa heç bir tanrının olmadığı”nın aşkar olması üçün göy və yerləri onlarla doldurubsan. Belə isə, mən bunların – izzətli mövqeyin, rəhmətin, məqam və nişanələrin – vasitəsilə Səndən istəyirəm ki, Məhəmməd və onun Əhli-beytinə salam yetirəsən, iman və sabitqədəmliyimi artırasan. Ey aşkar olması ilə yanaşı gizli və gizli olması ilə yanaşı aşkar olan! Ey nurla zülməti ayıran, ey zatından başqa vəsf olunan, bənzərsiz tanınan, bütün məhdud şeylərə ölçü təyin edən, bütün müşahidə olunanlara şahid olan, bütün varlıqlara varlıq bəxş edən, bütün sayılanları sayıb-hesablayan və bütün itənləri itirən! Səndən başqa heç bir məbud yoxdur. Ey böyüklük və bəxşiş sahibi, ey keyfiyyət və vəsfə sığmayan, məkanı olmayan, ey bütün gözlərdən gizli olan, ey əbədi, ey davamlı və bütün şeyləri bilən, Məhəmməd və onun Əhli-beytinə, seçilmiş bəndələrinə, pərdə arxasında olan insanlarına, yaxın mələklərinə, sıraya düzülüb əmrinə hazır olan sükut əhlinə salam yetir! Bu böyük və əziz Rəcəb ayı və ondan sonra gələn haram ayları bizə bərəkətli et, həmin ayda nemətlərini bizə genişləndir, qismət və payımızı artır, andlarımızı boynumuzdan götür, gündüzə qoyduqda işıqlanan və gecəyə qoyduqda qaranlıqlaşan böyük və böyük, uca və hörmətli adına xatir, Sənin bildiyin, bizim isə bilmədiyimiz günahlarımızı bağışla, ən yaxşı gözətçiliklə bizi günahlardan qoru, bizi müqəddər etdiklərindən ehtiyacsız et, yaxşı nəzərinlə bizə minnət qoy, bizi Özündən başqasına tapşırma, xeyrindən məhrum etmə, ömrümüzdən müəyyən etdiyin müddəti bizə bərəkətli et, sirlərimizi (batinimizi) islah et, Öz tərəfindən bizə aman ver, bizi yaxşı imanla işə vadar et, orucluq ayı, ondan sonrakı günlər və illərə yetir, ey şövkət və böyüklük sahibi!
Kitabın adı: Məfatihul Cinan