200. Təslim olmaq
966. Təslim olmaq
Qur‘an:
«Belə deyil, Rəbbinə And olsun, onlar öz aralarında olan ixtilaflarda səni hakim təyin etməyincə və sənin verdiyin hökmə heç bir narazılıq etmədən, birbaşa ona təslim olmayınca, iman gətirməzlər.»
Hədis:
3113. «Biharul-Ənvar»: «Allah-taala Davuda(s) vəhy etdi:«Sən istəyirsən və Mən də istəyirəm, amma yalnız Mən istədiyim baş verəcək. Beləliklə, əgər mənim istədiyimə təslim olsan, sənin də istəyini təmin edərəm. Amma Mənim istəyimə təslim olmasan, səni öz istəyinin yolunda əziyyətlərə, zəhmətlərə salacam və o zaman yenə də Mən istədiyim baş verəcək.»
3114. İmam Baqir (ə):«Yaradılmışların arasında Allahın qəzavü -qədərinə və əmrinə təslim olmağa ən ləyaqətli insan, Allahı tanıyandır.»
3115. İmam Baqir (ə):«Biz sevdiyimiz şəxslərə nisbət salamatçılıqda olmaq (və onlara heç bir əziyyətin olmamasının) istəyirik. Ancaq, Allahın əmri gəldikdə, Onun istədiyinə təslim olarıq.»
3116. İmam Sadiq (ə): («Bir şəxsin mö’min olduğu nədən bilinər?» suala cavabından): «Onun Allah qarşısında təslim olmasından və Ona yetişən hər xoşluğa və çətinliyə razı olmasından.»
3117. İmam Sadiq (ə):«Allahın Rəsulu (s) heç vaxt keçmişdə olmuş iş barədə «kaş başqa cür olaydı» deməzdi.»
3118. İmam Sadiq (ə):«Bəndə «Maşaallah, la haulə va lə quvvətə illa billah» deyən zaman Allah-taala buyurar:«Ey mənim mələklərim! Bəndəm təslim oldu. Ona kömək edin, onu xilas edin və ehtiyacını ödəyin.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild