» » » Əmirəl-mömininin yetmiş fəziləti var ki,... (hissə 2)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Əmirəl-mömininin yetmiş fəziləti var ki,... (hissə 2)
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 4-04-2016, 16:00 | Baxılıb: 834
     
     
    Əmirəl-mömininin yetmiş fəziləti var ki, səhabələrdən heç biri bu məsələdə ona şərik deyil
     
    36. "Bədr” döyüşü günündə Allahın Rəsulu (s) mənə belə buyurdu: "Ey Əli, get mənim üçün qalaqlanmış xırda daş parçalarından bir ovuc gətir.” Mən gedib bir yerə yığılmış xırda daş parçalarından götürdüm. İyləyib gördüm ki, onlardan müşk iyi gəlir. Onları Həzrət Rəsula (s) verdim. O (s) həmin daş qırıntılarını müşriklərə tərəf atdı. O daşların dördü "Firdovs” cənnətindən, biri şərqdən, biri qərbdən, biri də ərşin dibindən idi. Hər bir daş parçasına görə min mələk bizim köməyimizə gəldi. Mütəal Allah nə bundan öncə, nə də bundan sonra belə bir fəziləti heç kəsə ikram etməmişdir.”
    37. Həzrət Rəsul (s) öz səhabələri arasında Qur`anda mövcud olan "Nasix və Mənsux”, "möhkəm və mütəşabih” və "xüsusi və ümumi” kimi ayələrin elmini yalnız mənə öyrətdi. O həzrət (s) mənə belə buyurdu: "Ey Əli! Allah-təala mənə tapşırıb ki, səni özümə yaxın edim, uzaqlaşdırmayım, sənə öyrədim və səndən əsirgəməyim. Layiqdir ki, mən öz Pərvərdigarımın əmrinə itaət edim və layiqdir ki, sən də eşidəsən və yadda saxlayasan.”
    38. Həzrət Rəsul (s) məni iş dalınca göndərdi və məndən ötrü dua etdi. Daha sonra məni özündən sonra baş verəcək bütün hadisələrdən agah etdi. Həzrətin (s) səhabələrindən biri bunu görüb paxıllıq üzündən belə dedi: "Əgər Məhəmməd öz əmisi oğlunu peyğəmbər etmək qüdrətində olsaydı, mütləq bunu edərdi!” Allah-təala öz Peyğəmbərinin (s) dili ilə məni həmin səhabənin bu sözündən agah etməklə şərəfləndirdi.
    39. Həzrət Rəsulun (s) belə buyurduğunu eşitdim: "Məni sevdiyini iddia edib Əliyə düşmən olan hər kəs yalançıdır. Mənə bəslənən məhəbbətlə yanaşı Əliyə də bəslənən məhəbbət yalnız mö`minlərin qəlbində yer tutar. Ey Əli, Mütəal Allah məni və səni sevənləri Behiştə daxil olacaq dəstələrin ən öndə gedəni qərar verib. Eyni zamanda mənə də, sənə də düşmən olanları bu ümmətdən Cəhənnəm atəşinə daxil olacaq dəstənin ən birincisi qərar verib.
    40. Həzrət Peyğəmbər (s) döyüşlərin birində məni su gətirməkdən ötrü bir quyuya tərəf göndərdi. Lakin orada su olmadığından əliboş geri qayıdıb bu barədə Həzrətə (s) xəbər verdim. Həzrət (s) buyurdu: "Ey Əli, quyudan mənə bir az torpaq gətir.” Mən gedib oradan bir ovuc torpaq gətirdim. Həzrət (s) həmin torpağa nəsə dedi və məndən o torpağı aparıb yenidən quyuya tökməyimi istədi. Mən torpağı quyuya tökdüm. Birdən quyudan su qaynamağa başladı və quyu çox qısa bir müddətdə su ilə doldu. Qayıdıb məsələni Həzrətə (s) bildirdim. O buyurdu: "Müvəffəq oldun, ya Əli! Məhz sənin bərəkətinə quyudan su qaynadı.” Bu şərəf Peyğəmbərin (s) səhabələri arasında yalnız mənə aid idi.
    41. Həzrət Rəsulun (s) belə buyurduğunu eşitdim: «Xoş sənin halına, ya Əli! Cəbrail mənim yanıma gəlib dedi: "Ey Məhəmməd! Mütəal Allah sənin səhabələrinə nəzər salıb əmin oğlu, kürəkənin Əlini (ə) sənin ən yaxşı dostun və köməkçin olduğunu gördü. Onu sənin vəsin və Allah tərəfindən olan hüccət qərar verdi.”»
    42. Həzrət Rəsulun (s) belə dediyini eşitdim: "Xoş sənin halına, ey Əli! Sənin behiştdəki sarayın mənim sarayımla üzbəüzdür. Sən behişt əhli arasında mənə (camaatdan və peyğəmbərlərdən) ən yaxını, İlliyyinin (Beşitin ən üstün yeri – red.) ən uca yenində də mənimlə yanaşısan.” Dedim: "Ya Rəsuləllah, İlliyyinin ən uca yeri nədir?” Buyurdu: "Ağ və parlaq gövhərdən ibarət olan, yetmiş  qapıcığı olan günbəz. Ey Əli! Sən və mən hər ikimiz həmin günbəzin altında olacağıq.”
    43. Peyğəmbər (s) buyurdu: "Mütəal Allah mənim məhəbbətimi mö`minlərin qəlbində yerləşdirdi. Eləcə də, ya Əli, Allah sənin də məhəbbətini mö`minlərin qəlbində yerləşdirdi. Mənə və sənə olan kini münafiqlərin qəlbində yerləşdirdi. Sənə təqvalı mö`mindən başqa məhəbbət, kafir münafiqdən başqa nifrət bəsləyən olmaz.”
    44. Həzrət Rəsulun (s) belə buyurduğunu eşitdim: "Ya Əli, sənə ərəblərdən yalnız atası mə`lum olmayanlar, əcəmdən yalnız alçaq və bədbəxtlər, qadınlardan yalnız rəzil və acıdillilər düşmən olar.”
    45. Bir gün mənim gözlərim ağrayırdı. Həzrət Rəsul (s) məni çağırtdırdı. Ağzının suyundan mənim gözlərimə sürtüb belə dua etdi: "İlahi, onun qızdırmasını soyuqluq, soyuqluğunu da hərarətlə əvəz et.” And olsun Allaha! Ondan sonra indiyə qədər bir dəfə də olsun göz ağrısına tutulmamışam.
    46. Həzrət Rəsul (s) bütün səhabələrinə və əlillərinə evlərinin məscidə açılan qapılarını bağlatdırdı. Yalnız mənim evimin qapısını Allahın göstərişinə əsasən açıq qalmasını buyurdu. Bu fəzilət yalnız mənə nəsib oldu.
    47. Həzrət Rəsul (s) mənə vəsiyyət edib onun borclarını və üzərinə götürdüyü bə`zi öhdəlikləri yerinə yetirməyi mənə tapşırdı. Mən dedim: "Ya Rəsuləllah, axı mənim heç bir şeyim yoxdur?!” Həzrət (s) buyurdu: "Allah bu işdə sənə kömək edəcək.” Doğrudan da, Allah-təala Həzrətin (s) bütün və`dlərini və borclu olduğu səksən mini (dinar, yaxud dirhəmi) çox asanlıqla verməyə mənə kömək göstərdi.
    48. Bir gün Allahın Rəsulu bizə gəldi. Biz artıq üç gün idi ki, heç bir şey yemirdik. Həzrət (s) buyurdu:
    –Ya Əli, yeməyə bir şeyin var?
    –And olsun sənə risalət verənə ki, üç gündür nə mən, nə Fatimə, nə də iki övladımız bir şey yeyirik.
    –Ey Fatimə, evin içinə get gör bir şey tapırsan?
    Fatimə (ə) ona dedi:
    –Elə indicə evdən gəlirəm. Heç bir şey yoxdur.
    Mən dedim:
    –Ya Rəsuləllah, istəyirsinizsə mən gedim.
    Həzrət (s) buyurdu: 
    –Allahın adı ilə get.
    Mən içəri getdim. Birdən bir tabağın içində təzə xurma və bir yekə kasa xörək gördüm. Onu həzrət Rəsulun (s) qarşısına gətirdim. Həzrət (s) buyurdu: 
    –Ey Əli, bu yeməyi gətirən bir kəsi gördünmü?
    Dedim:
    –Bəli.
    Buyurdu:
    –Necə idi?
    Dedim:
    –Qırmızı, yaşıl və sarı idi.
    Buyurdu: 
    –Bunlar Cəbrailin dürr və yaqutla bəzənmiş qanadlarında olan xətlərin rəngidir.
    Biz hamımız xörəkdən doyunca yedik. Lakin, ondan azacıq da olsa azalmadı. Mütəal Allah bununla bizə o həzrətin (s) səhabələri arasında kəramət və şərəf nəsib etdi.
    49. Mütəal Allah Öz Peyğəmbərinə (s) peyğəmbərlik  bəxş etməklə ona kəramət əta etdi. Peyğəmbər (s) də özünün vəsi və canişini etməklə mənə kəramət bəxş etdi. Deməli, məni sevib mənimlə dost olan kəs Qiyamət günü peyğəmbərlərlə məhşur olacaq.
    50. Həzrət Rəsul (s) "Bəraət” ayəsini (Məkkə müşriklərinə çatacaq xəbər) Əbubəkrin vasitəsi ilə göndərmişdi. Əbubəkr gedən kimi Cəbrail nazil olub dedi: "Ey Məhəmməd, bu işi yalnız ya sən özün, ya da özündən olan bir nəfər yerinə yetirməlidir.” O həzrət də (s) məni öz dəvəsinə mindirib Əbubəkrin dalınca göndərdi. Mən "Zülhüleyfə” adlanan yerdə Əbubəkrə çatdım. "Bəraət” ayələrini ondan aldım. Allah mənə bu fəziləti də əta etmişdir.
    51. Peyğəmbər (s) məni Qədir günü bütün insanlardan ötrü imam tə`yin edərək buyurdu: "Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır.”
    52. Bir gün Peyğəmbər (s) mənə belə buyurdu: "Ey Əli, istəyirsənmi Cəbrailin mənə öyrətdiyi sözləri sənə də öyrədim?” Dedim: "Bəli.
    Buyurdu:
    [Ey heç bir şeyi olmayanlara ruzi bəxş edən, ey yoxsullara rəhm edən, ey eşidənlərin ən yaxşısı, ey görənlərin ən yaxşısı, ey mehribanların mehribanı, mənə rəhm et və mənə ruzi əta et]
    53. Bizdən olan Qaim (ə) zühur etməyincə Allah-təala dünyanı sona çatdırmaz. Qaim (ə) zühur edib bizim düşmənlərimizi qətlə yetirər, bütləri və səlibləri sındırar, döyüş sona yetər, camaat arasında bərabər bölgü aparar, onlarla ədalət əsasında rəftar edər.
    54. Həzrət Peyğəmbərin (s) belə buyurduğunu eşitdim: "Ey Əli, tezliklə Bəni-Üməyyə nəsli sənə lə`nət göndərəcək və mələklər onların hər bir lə`nətinə görə özlərinə min lə`nət göndərər. Qaim (ə) zühur edən zaman isə onlara qırx il lə`nət göndərər.”
    55. Allahın Rəsulu (s) mənə buyurdu: "Tezliklə mənim ümmətin sənin barəndə fitnəyə düşər və deyərlər: "Allahın Rəsulu (s) özündən sonra heç bir mal qoyub getməyib. Bəs onda Əliyə (ə) nə barədə vəsiyyət edib?” Məgər, Allahın nazil etdiyi kitab onun özündən sonra hər şeydən üstün deyilmi? And olsun məni haqq olaraq göndərənə ki, əgər, ya Əli, bu kitabı sən səhih və doğru-düzgün şəkildə cəm etməsən, səndən başqa heç kəs bu işi yerinə yetirə bilməz.”
    56. Allah mənə elə bir xüsusiyyət əta etmişdir ki, bunu yalnız Öz övliyalarına və müti bəndələrinə əta edir. Məni Məhəmmədin (s) varisi qərar verdi. (Əlini Mədinəyə tərəf uzadıb işarə edib buyurur:) Hər kəsin xoşu gəlir gəlsin, hər kəsin də xoşu gəlmir gəlməsin.
    57. Döyüşlərin birində Həzrət Peyğəmbər (s) susuz qalmışdı. Mənə dedi: "Ey Əli! O qayanın yanına get və ona de ki, məni Allahın rəsulu göndərib, mənim üçün su axıt.” And olsun onu peyğəmbər olaraq göndərən Allaha! Elə ki Peyğəmbərin (s) sözünü daşa çatdırdım, daş üzərində inək döşünə bənzər çıxıntılar əmələ gəldi və onlardan su axmağa başladı. Bunu görüb tez Peyğəmbərin (s) yanına gəlib onu məsələdən agah etdim. Həzrət (s) buyurdu: "Ey Əli, get o sudan gətir.” Hamı gəlib qabını su ilə doldurdu. Heyvanlarını suladılar, özləri də doyunca içdilər və dəstəmaz aldılar. Mütəal Allah bu işi mənim vasitəmlə həyata keçirdi.
    58. Döyüşlərin birində həzrət Rəsul (s) susuz qalmışdı. Məndən bir qab gətirməyimi istədi. Mən qabı gətirəndən sonra Həzrət (s) sağ əlini və mənim əlimi qabın içinə saldı və dedi: "Qayna!” Bu zaman barmaqlarımızın arasından su axmağa başladı və qab doldu.
    59. Həzrət Rəsul (s) məni "Xeybər” qalasına tərəf göndərdi. Ora çatanda qalanın divarlarının bağlı olduğunu gördüm. Onu şiddətlə tərpədib yerindən qopardım və qırx addımlıq məsafəyə tulladım. Qalaya daxil oldum. Mərhəb (yəhudi pəhləvanı – red.) mənimlə döyüşmək üçün üzərimə cümdu. Mən ona həmlə edib yeri onun qanı ilə suvardım. Məndən öncə Peyğəmbər (s) özünün iki səhabəsini (Əbubəkr və Öməri) Xeybərin fəthindən ötrü göndərmişdi. Lakin o iki nəfər başaşağı və utana- utana bir halda qayıtmışdı.
    60. Mən min nəfər döyüşçüyə bərabər olan Əmr ibn Əbdəvədi öldürmüşəm.
    61. Həzrət Rəsulun (s) belə buyurduğunu eşitdim: "Sənin ümmətim arasındakı məsəlin "Qul huvəllahu əhəd” kimidir. Səni səmimi qəlblə sevən kəs Qur`anın üçdə birini oxuyan şəxs kimidir. Hər kəs səni səmimi qəlbdən sevərək dili ilə də sənə kömək yetirərsə, Qur`anın ikidə birini oxumuş şəxs kimidir. Hər kəs də səni səmimi qəlbdən sevib dili və əli ilə sənə kömək etsə, bütün Qur`anı oxumuş şəxs kimidir.
    62. Mən baş verən bütün mühüm hadisələr və döyüşlər zamanı həzrət Peyğəmbərlə (s) bir yerdə olmuşam.
    63. Mən heç vaxt döyüşdən qaçmamışam, döyüşdə heç vaxt məğlub olmamışam və mənimlə döyüşə girən hər kəsi qanına qəltan etmişəm.
    64. Həzrət Peyğəmbərə (s) Behiştin qızardılmış toyuğu gətiriləndə mən Allahdan istədim ki, Həzrətin (s) yanında ən sevimli məxluqlarına da həmin təamdan yeməyi nəsib etsin. Həmin toyuqdan yemək mənə nəsib oldu.
    65. Bir gün məsciddə namaz qılırdım. Bir fəqir gəlib ona bir şey verməyimi istədi. Mən rüku halında idim. Barmağımda olan üzüyü ona uzatdım. Mütəal-Allah da mənim barəmdə bu ayəni nazil etdi:
    [Həqiqətən, sizin vəliniz Allah, Onun Rəsulu və namaz qılıb rüku halında zəkat verən mö`minlərdir.]
    66. Allah-təala Məhəmməd (s) ümmətindən yalnız məndən ötrü günəş batdıqdan sonra onu təkrarən geriyə qaytarıb.
    67. Peyğəmbər (s) göstəriş vermişdir ki, mən həm sağlığımda, həm də dünyadan göçəndən sonra "əmirəlmö`minin” ləqəbi ilə çağrılım. Bu xüsusiyyət məndən başqa heç kəsə aid edilməmişdir.
    68. Peyğəmbər (s) buyurub: ” Ey Əli, Qiyamət günü ilahi ərşin altından bir səs yayılar ki, "Peyğəmbərlərin sərvəri haradadır?” O zaman mən ayağa qalxaram. Bu zaman yenidən səs gələr: "Canişin və övsiyaların sərvəri haradadır? " Bu dəfə sən ayağa qalxarsan. Behiştin və Behişt xəzinələrinin nəzarətçisi olan Rizvan adlı mələk Behitşin açarlarını, Cəhənnəmin nəzarətçisi olan Malik adlı mələk də Cəhənnəmin açarlarını mənim yanıma gətirər və deyərlər: "Allah-təala bizə göstəriş verib ki, bu açarları sənə təhvil verək və onu da çatdıraq ki, bu açarları Əliyə (ə) verəsən. Sən isə, ey Əli, Cənnət və Cəhənnəm əhlini tə`yin edəcəksən.”
    69. Həzrət Rəsul (s) mənə belə buyurdu: "Əgər sən olmasaydın mö`minlər münafiqlərdən seçilməzdi.”
    70. Peyğəmbər (s) oturdu. Məni, Fatiməni (ə) Həsəni (ə) və Hüseyni (ə) çağırıb yanında əyləşdirdi. Sonra öz əbasını beşimizin də üzərinə saldı. Allah-təala bu ayəni nazil etdi:
    [Həqiqətən, Allah iradə edir ki, siz əhli-beytdən bütün çirkinlikləri uzaqlaşdırsın və sizi pak-pakizə qərar versin.]
    Cəbrail (ə) Peyğəmbərə (s) dedi: Onda Rəsuləllah buyurdu: "Ey Məhəmməd, mən də sizdənəm” Bizim altıncımız da Cəbraildir.
     
    Kitabın adı: Nəsihətlər (On dörd məsumun (ə) buyurduqları və min bir hikmətli söz)
    Müəllif: Ayətullah Meşkini
     
     
     
    Bölmə: Hədislər / Hədislər-yazılı
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.