» » » Əmirəl-mömininin yetmiş fəziləti var ki,... (hissə 1)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Əmirəl-mömininin yetmiş fəziləti var ki,... (hissə 1)
    0
    Müəllif: Fatimə Nuri Xuda | 3-04-2016, 12:00 | Baxılıb: 895
     

     Əmirəl-mömininin yetmiş fəziləti var ki, səhabələrdən heç biri bu məsələdə ona şərik deyil

    ◘"Məkhul” rəvayət edir ki, bir gün həzrət Əmirəlmö`minin Əli (ə) belə buyurdu: "Peyğəmbərin (s) ən yaxın dostları bilirlər ki, öz aralarında mənim fəzilətlərimə çata biləcək bir kəs yoxdur və mənə yetmiş fəzilət məxsusdur ki, bu məsələdə heç kəs mənə şərik deyil.” Ərz etdim: "Ey Əmirəlmö`minin (ə), məni onlardan agah edin.” Buyurdu: "Həmin fəzilətlər bunlardır:
    1. Bir göz qırpımı miqdarında da olsa heç vaxt Allaha şərik qoşmamış, Lat və Üzzaya (Büt adları - red.) sitayiş etməmişəm. 
    2. Heç vaxt şərab içməmişəm. 
    3. Allahın Rəsulu (s) körpə ikən məni atamdan alıb özünün həmsüfrəsi, həmdəmi, həmsöhbəti edib. 
    4. Mən bütün kişilərdən qabaq İslamı qəbul etdim. 
    5. Həzrət Peyğəmbər (s) mənə buyurub: ”Ey Əli! Sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimidir. Fərq yalnız bundan ibarətdir ki, məndən sonra peyğəmbər gəlməyəcək. 
    6. Mən Peyğəmbərdən (s) ayrılan axırıncı kəsəm və onun mübarək bədənini də aramgahına (məzar – red.) mən qoydum. 
    7. Həzrət Rəsul (s) hicrət etdiyi gecə öz yatağında məni yatırtdı və əbasını mənim üzərimə atdı. Müşriklər evə hücum edən zaman məni Məhəmməd (s) zənn edib oyatdılar. Mənə dedilər: "Dostun hara gedib? Dedim: "İş dalınca gedib.” Dedilər: "Əgər o qaçsaydı, bu da onunla qaçardı.” 
    8. Həzrət Rəsul (s) mənə min bab elm öyrətdi ki, hər bir babdan da min bab açılır. Bunu məndən başqa heç kəsə öyrətməyib. 
    9. Həzrət Rəsul (s) mənə deyib : "Ey Əli! Qiyamət günü mənim minbərim bütün peyğəmbərlərin minbərindən yuxarı, sənin minbərinsə bütün vəsilərin minbərindən üstün olacaq.” 
    10. Həzrət Rəsuldan (s) eşitdim ki, belə buyurdu: "Ey Əli! Qiyamət günü mənə əta olunacaq hər bir şeydən sənə də əta edəcəklər.” 
    11. Həzrət Rəsuldan (s) eşitdim ki, belə buyurdu: "Ey Əli! Sən mənim qardaşımsan, mən də sənin. Behiştə daxil olana qədər sənin əlin mənim əlimdə olacaq.” 
    12. Allahın Peyğəmbərindən (s) eşitdim ki, belə buyurdu: "Ey Əli! Sənin ümmətimdən ötrü məsəlin Nuhun gəmisi kimidir. Ona minən hər kəs nicat tapar və ondan uzaqlaşan da qərq olar.” 
    13. Peyğəmbər (s) əmmaməsini başıma bağladı, düşmənə qalib gəlməyimdən ötrü dua etdi, mən də Allahın izni ilə düşmənə qalib gəldim.
    14. Bir dəfə Həzrət Rəsul (s) mənə buyurdu ki, südü qurumuş qoyunun döşünə əl çəkim. Mən ərz etdim: "Ya Rəsuləllah, siz əl çəkiniz.” Buyurdu: "Ey Əli, sənin işin, mənim işimdir.” Mən də əlimi qoyunun döşünə çəkdim. Ondan süd gəlməyə başladı. Ondan həzrət Rəsula (s) içirtdim. Sonra qoca bir arvad gəlib susuzluqdan şikayət etdi. Süddən ona da verdim. Peyğəmbər (s) buyurdu: "Mən Allah-təaladan istədim ki, sənin əlinə bərəkət versin, O da qəbul etdi.”
    15. Peyğəmbər (s) mənə vəsiyyət edib buyurdu: "Ey Əli! Səndən başqa mənə heç kəs qüsul verməsin və övrətimi səndən başqa heç kəs örtməsin. Əgər səndən başqa bir kəs mənim övrətimi görsə, hər iki gözü kor olar.” Mən dedim: "Ya Rəsuləllah, bəs sizi necə çevirim?” Buyurdu: "Sənə kömək göstəriləcək.” And olsun Allaha, o Həzrətə (s) qüsul verərkən hansı üzvünü çevirmək istəyirdimsə mənim üçün çevrilirdi. 
    16. Mən ona qüsul vermək istəyərkən əynində olan paltarını çıxartmaq istədim. Mənə belə dedilər: "Ey Məhəmmədin vəsisi! Onu çılpaq etmə elə əynindəki köynək qala-qala ona qüsul ver.” And olsun onu (s) peyğəmbərliyə tə`yin edən Allaha, mən onun heç bir övrətinin üzərini açmadan ona qüsul verdim. Allah, bu şərəfi o Həzrətin (s) səhabələri arasında yalnız mənə bəxş etdi.
    17. Allah-təala Fatimənin yalnız mənimlə evlənməsinə razı oldu. Məndən qabaq Əbu-Bəkr və Ömər bu barədə Peyğəmbərə (s) müraciət etmiş, lakin rədd cavabı almışdılar. Amma Allah yeddi asimanın fövqündə onu mənə zövcə etdi. Peyğəmbər (s) buyurdu: "Xoş sənin halına, ey Əli! Allah cənnət qadınlarının sərvəri olan Fatiməni sənə zövcə etdi. Fatimə mənim bədənimin bir parçasıdır.” Mən dedim: "Ey Allahın rəsulu! Məgər mən səndən deyiləmmi?” Buyurdu: "Bəli, ya Əli! Sən məndən, mən də səndənəm. Biz səninlə sağ əllə sol əl kimiyik. Mən dünya və axirətdə səninləyəm və sənə ehtiyacım var.”
    18. Peyğəmbər (s) mənə buyurdu: "Ey Əli, axirətdə "həmd bayrağı” sənin əlində olacaq və Qiyamət günündə də məxluqatın mənə ən yaxın olanısan. Mən peyğəmbərlərin arasında, sən isə övsiyaların və canişinlərin arasında olacaqsan. Sənin başına nurdan tac qoyulmuş olacaq. Allah məxluqatının əməllərini haqq-hesab edənə qədər yetmiş min mələk sənin yanında olacaq.
    19. Peyğəmbər (s) mənə buyurub: ”Tezliklə peyman sındıranlar (nakisin), zülmkarlar (qasitin) və dindən çıxanlarla (mariqin) müharibə edəcəksən. Onlardan səninlə döyüşən hər bir nəfərə görə şiələrindən yüz min nəfərinə şəfaət edəcəksən.” Dedim: "Ey Rəsuləllah, peyman sındıranlar kimlərdir? " Buyurdu: "Təlhə və Zübeyr. Tezliklə onlar sənə Hicazda bey`ət edib, İraqda isə həmin peymanı sındıracaqlar. Belə etdikləri zaman onlara qarşı vuruş. Çünki sənin onlarla döyüşün yer əhli üçün paklıq və təharətdir.” Dedim: "Zülmkarlar kimlərdir?” Buyurdu: "Müaviyə və yaxınları.” Dedim: "Bəs dindən çıxanlar kimlərdir? " Buyurdu: "Zus-sədiyyə yoldaşları. Onlar dindən oxun yaydan çıxdığı kimi çıxacaqlar. Onları öldür. Çünki onların ölümündə yer əhlindən ötrü fərəc və açılış, dindən çıxmışlardan ötrü tə`cili əzab və sənin üçün isə Allah-təala yanında xüsusimükafat var.”
    20. Peyğəmbər (s) mənə belə buyurdu: "Sənin ümmətimdən ötrü məsəlin Bəni-İsrailin "Hittə qapısı” kimidir. Sənin vilayətini qəbul edən şəxs Allah-təalanın ona buyurduğu kimi həmin qapıdan daxil olub.”
    21. Peyğəmbər (s) belə buyurdu: "Mən elm şəhəri, Əli isə onun qapısıdır. Şəhərə onun qapısından başqa bir yerdən daxil olmaq olmaz.” Sonra buyurdu: "Ey Əli! Sən mənimlə bağladığın peymana sadiq qalacaqsan, mənim sünnəmə uyğun döyüşəcəksən, mənim ümmətimsə sənə qarşı çıxacaq.”
    22. Həzrət Peyğəmbərin (s) belə buyurduğunu eşitdim: "Allah-təala Həsən və Hüseyni sənin və Fatimənin nurundan xəlq edib. Bu iki nəfər iki qulaqdan asılmış, hərəkət edən iki sırğaya bənzəyir. Bu iki nəfərin nuru şəhidlərin nurunun yetmiş min qatına bərabərdir. Ey Əli! Allah-təala mənə və`d verib, bu iki nəfərə elə bir kəramət əta edəcək ki, bu cür nuru heç bir peyğəmbərə və rəsuluna əta etməyib.”
    23. Peyğəmbər (s) hələ sağlığında öz üzüyünü, zirehini, belbağısını mənə əta etdi. Bütün səhabələrinin yanında, hətta, əmim Abbasın hüzurunda öz qılıncını mənə bağışladı. Allah-təala bütün bunlar vasitəsi ilə məhz məni Peyğəmbər (s) yanında xüsusi imtiyaz sahibi etdi.
    24. Allah-təala öz Peyğəmbərinə (s) belə vəhy etdi: [Ey mö`minlər! Elə ki, Allahın rəsulu ilə xüsusi söhbət etmək istədiniz, bu söhbətdən qabaq sədəqə verin.]
    Bu zaman mənim bir dinarım var idi. Onu on dirhəmlə əvəz etdim. Hər dəfə Peyğəmbərlə (s) xüsusi söhbət etmək istəyərkən həmin dirhəmlərin birini sədəqə verirdim. And olsun Allaha, o Həzrətin (s) səhabələrindən heç biri nə məndən əvvəl, nə də məndən sonra bu əməli yerinə yetirdi. Bundan sonra Allah-təala belə vəhy etdi:
    [Xüsusi söhbət etməzdən qabaq sədəqə verməkdən qorxdunuzmu?! Buna əməl etmədiniz, amma Allah sizi bağışladı.]
    Məgər, günah etməyən bir kəsdən ötrü bağışlanma varmı?!
    25. Allah Peyğəmbərinin (s) belə buyurduğunu eşitdim: "Nə qədər ki, mən daxil olmamışam, Behişt bütün peyğəmbərlərə haramdır və nə qədər ki, sən daxil olmamısan bütün vəsi və canişinlərə behiştə getmək haramdır. Ey Əli! Allah mənə sənin barəndə bir bəşarət verib ki, onu məndən öncə heç bir peyğəmbərə verməyib. Həmin bəşarət budur ki, sən bütün övsiyə və canişinlərin sərvəri, Həsən və Hüseyn də bütün behişt cavanlarının sərvəridirlər.”
    26. Qardaşım Cə`fər Behiştdə maləklərlə bir yerdə pərvaz edir və Allah onu dürr, yaqut və zəbərcəddən olan iki qanadla zinətləndirib.
    27. Əmim Həmzə behişt şəhidlərinin sərvəridir.
    28. Peyğəmbər (s) belə buyurdu: "Allah-təala sənin barəndə mənə və`d verib ki, məni peyğəmbər, səni isə mənim vəsim və canişinim etsin. Məndən sonra tezliklə sən mənim ümmətimdən Musanın Fir`ondan gördüklərini görəcəksən. Sən mənimlə görüşənədək bütün bunlara döz və Allahın savabına ümidvar ol. Mən isə, səninlə dostluq edənlə dost, düşmənçilik edənlə düşmənəm.
    29. Həzrət Peyğəmbərin (s) belə buyurduğunu eşitdim: "Ey Əli! Sən Kövsər hovuzunun sahibisən. Səndən başqa onun başqa sahibi yoxdur. Bə`ziləri yanına gəlib səndən su istəyəcək, sən isə onlara belə deyəcəksən: "Yox, heç zərrə qədər də olmaz!” Onlar da üzüqara geri qayıdarlar. Mənim və sənin şiələrin sənə yaxınlaşan zaman isə onlara belə deyəcəksən: "Ləzzətlə və doyunca için.” Onlar içdikcə üzləri ağ və parlaq olar.
    30. Həzrət Peyğəmbərin (s) belə buyurduğunu eşitdim: "Qiyamət günü mənim ümmətim beş dəstədən ibarət olmaqla beş bayraq altında birləşəcəklər. Birinci bayraq altında mənim hüzuruma gələn dəstənin bayraqdarı bu ümmətin fir`onu Müaviyədir. İkinci dəstənin bayraqdarı bu ümmətin "Samiri”si olan Ömər ibn Asdır. Üçüncü dəstənin bayraqdarı bu ümmətin "Casliq”i olan Əbu Musa Əş`əridir. Dördüncü bayraqdar "Əbul-Ə`vər Silmi”dir. Beşinci bayraqdar isə sənsən, ya Əli! Sənin bayraqdar olduğun dəstədə olanların hamısı mö`minlərdir, sən də onların imamı. Həmin vaxt Mütəal-Allah ilk dörd dəstəyə belə buyurur:
    [Geri dönün və özünüzə nur axtarın. O zaman aralarına qapısının içəri tərəfində rəhmət, bayır tərəfində əzab olan bir sədd çəkilər.]
    Onlar (içəridə olanlar) mənim şiələrim, mənimlə dostluq edər, Siratdan və rəhmət qapısından qayıdan kəslərlə mənimlə birgə döyüşən kəslərdir. O zaman (səddin bayır tərəfində olanlar) onları çağırıb deyərlər:
    [Məgər biz sizinlə birlikdə deyildikmi?! Onlara belə cavab verərlər: "Bəli, lakin siz özünüzü fitnəyə saldınız, siz gözləyirdiniz və şəkk edirdiniz. Allahın əmri gəlib çatanadək sizi xam-xəyallar aldatdı.]
    [Bu gün artıq nə sizdən, nə də kafirlərdən bir fidyə qəbul olunar. Məskəniniz Cəhənnəmdir. Sizə yaraşan odur. Ora necə də pis yerdir!” ]
    Sonra ümmətim və şiələrim daxil olar və su içərlər. Mənim əlimdə bir ağac olar ki, onunla düşmənlərimi yad dəvələri qovan kimi qovaram.”
    31. Həzrət Peyğəmbərin (s) belə dediyini eşitdim: "Məsihilərin İsa barədə hədlərini aşdıqları kimi ümmətimin də sənin barəndə ifrata vardıqlarından qorxmasaydım sənin barəndə elə sözlər deyərdim ki, qoy bütün cəmiyyətlər sən keçərkən ayağının altının torpağından şəfa məqsədilə istifadə etsinlər.”
    32. Peyğəmbər (s) belə buyurdu: "Mütəal Allah düşmənin qəlbinə qorxu və vahimə salmağa mənə kömək etdi. Onun dərgahından səni də bu cür etməsini və mənə əta buyurduğu hər şeydən sənə də əta etməsini istədim.”
    33. Peyğəmbər (s) mənə keçmişdə olanların və Qiyamətə qədər olacaqların hamısını öyrətdi.
    34. Məsihilər Peyğəmbərlə (s) mübahisə edərkən Allah-təala bu ayəni nazil etdi: 
    [Sənə göndərilən bilikdən sonra buna dair səninlə mübahisə edənlər olsa, onlara de "gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qadınlarımızı siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü çağırın, sonra dua edib yalançılara Allahın lə`nət etməsini diləyək!]
    Bu ayədəki "özümüz” mən və Rəsul idi, "qadınlarımız” Fatimə, "övladlarımız” isə Həsən və Hüseyn idi. Məsihilər bunu görüb mübahilə etməkdən imtina etdilər və Peyğəmbərdən (s) üzr istədilər. And olsun Musaya (ə) Tövratı və Məhəmmədə (s) Furqanı nazil edənə, əgər onlar bizimlə mübahilə etsəydilər, donuz və meymun şəklinə düşərdilər.
    35. Həzrət Rəsul (s) belə buyurdu: "Vay olsun səni qətlə yetirənə, ya Əli! O, dünyanın ən bədbəxt adamıdır! O, bədbəxtlərin bədbəxtidir! Allahın ərşi sən qətlə yetirilərkən lərzəyə gələr, ya Əli! Xoş sənin halına ki, siddiqlər, şəhidlər və salehlər zümrəsindənsən.”

     
    Kitabın adı: Nəsihətlər (On dörd məsumun (ə) buyurduqları və min bir hikmətli söz)
    Müəllif: Ayətullah Meşkini

     
     
    Bölmə: Hədislər / Hədislər-yazılı
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Ali Ragimov | Status: İstifadəçi Offline | 4 Nisan 2016 09:59 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allah razi olsun ne gozel xeberdir adamin qanina isleyir siyeliyimle fexr  edirem Allah bizleri ehli beytden ayri salmasin amin
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.