181. Sual (1)
Elm öyrənmək
895. «Elmin açarı»
Qur’an:
«Səndən qabaq da özlərinə vəhy etdiyimiz kişilərdən başqa bir kəs göndərmədik. Əgər bilmirsinizsə, zikr əhlindən soruşun.»
Hədis:
2876. Allahın Peyğəmbəri (s):«Elm xəzinə, onun açarları isə suallardır. Allah sizə rəhm eləsin, soruşun, çünki bu işdə dörd nəfər savab qazanar: soruşan, cavab verən, qulaq asan və onları sevən.»
2877. Allahın Peyğəmbəri (s):«Sual elmin yarısıdır.»
896. Gözəl tərzdə soruşmaq
2878. Allahın Peyğəmbəri(s):«Gözəl tərzdə soruşmaq dinin yarısıdır.»
2879. İmam Əli (ə) (çətinlik doğuran bir sualı soruşan kişinin cavabında): «Öyrənmək niyyəti ilə soruş, əziyyət vermək və səhv axtarmaq niyyəti ilə soruşma. Çünki öyrənmək istəyən cahil alim kimidir. Azğınlığa qədəm qoyan alim isə səhv tutmaq məqsədilə soruşan cahilə bənzər.»
897. Yersiz sual verməkdən çəkinmək
Qur’an:
«Ey iman gətirənlər! Sizə aşkar olduğu halda xoşunuz gəlmədiyi şeylər barədə soruşmayın. Əgər Qur‘an nazil olanda onlar barədə soruşsanız, sizə aydın olar. Allah onlardan (suallardan) keçdi. Allah bağışlayan və həlimdir»
Hədis:
2880. Allahın Peyğəmbəri (s):«Mən sizə rüxsət verənədək, siz mənə rüxsət verin. Çünki sizdən qabaqkılar çox sual verməkdən və öz peyğəmbərlərinin yanına çox gəlib-getməkdən məhv oldular. Beləliklə, sizə göstəriş verdiyim zaman, bacardığınız qədər onu yerinə yetirin və bir şeyi qadağan etdiyim zaman ondan uzaqlaşın.»
898. Bilmədiyin suallara cavab vermək
2881. Allahın Peyğəmbəri (s) (Əbuzərə tövsiyyəsindən): «Ey Əbuzər! Bilmədiyin şey barədə səndən soruşanda «bilmirəm» de ki, onun nəticələrindən xilas olasan. Bilmədiyin şey haqda fitva vermə ki, Qiyamət günü Allahın əzabından nicat tapasan.»
2882. İmam Əli(ə):«Alimdən cavabını bilmədiyi bir sualı soruşanda «bilmirəm» deməyə utanmaz.»
2883. İmam Əli (ə):«Kim «bilmirəm» sözündən uzaqlaşsa, özünün ölüm uçurumuna düşər.»
2884. İmam Sadiq(ə):«Hər verilən suala cavab verən dəlidir.»
2885. İmam Sadiq (ə):«Alimin, ona verilən sualın cavabını bilməyəndə «Allah daha yaxşı bilir.» deməyə haqqı var. Amma alim olmayanın belə deməyə haqqı yoxdur və «bilmirəm» deməlidir.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild