314. Fətva
1453. Öz rəyinə əsasən fətva verən.
4949. Allahın Peyğəmbəri (s): «Sizlərin fətva verməkdə ən həyasızınız, od qarşısında ən həyasız olanlardır.»
4950. İmam Baqir (ə): «Biz öz rə‘y və istəyimizə əsasən camaata fətva versəydik, hər an məhv olanlardan olmuşduq. Ancaq biz Allahın Peyğəmbərinin (s) sözü və sünnəsi, özümüzün malik olduğumuz və əziz atalarımızdan bizə miras qalan elmi üsullara əsasən camaata fətva veririk.»
4951. İmam Sadiq (ə): «Kim öz nəzərinə görə camaata fətva versə, bil-mədiyi şeyin ardınca getmişdir. Bilmədiyi şeyin ardınca gedən, bilməyərəkdən halal və haram işlər görməklə Allahla qarşıdurmaya getmişdir.
4952. İmam Sadiq (ə): «Fətva verməkdən, şirdən qaçan kimi qaç və boynunu camaatın körpüsünə çevirmə.»
1454. Fətva verməkdən ötru alimin icazəsi.
4953. İmam Əli (ə) (Qusəm ibn Abbasa məktubundan): «Səhər və axşam onlarla əyləş və səndən hökm, sual soruşan üçün fətva ver, nadanı öyrət və bilikli ilə elmi söhbət apar».»
4954. İmam Baqir (ə) (Əban ibn Təğlibə xitabən): «Mədinə məscidində əyləş və camaat üçün fətva ver. Çünki mən şiələrimin arasında sənin kimi insanların görünməsini istəyirəm.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild