Əxlaqi çirkinliklər
İmam Səccad (ə) "Səhifə”nin səkkizinci duasında əxlaqi çirkinlikləri bəyan edərək, bu çirkinliklərdən Allaha pənah aparır:
"Hərisliyin tüğyanı, tünd qəzəb, həsədin qələbəsi, səbirdə süstlük, yetərsiz qənaət, pis əxlaq, şəhvətdə ifrat, əsəbdə tərslik, nəfs həvəslərinə tabeçilik, hidayətlə müxaliflik, qəflət yuxusu, həddi aşan sə`y, batilə üstünlük vermək, günahın davamı, günahı kiçik saymaq, ibadətini böyük hesab etmək, varlılara meyl, kasıbları təhqir, fəqirlərin haqqına diqqətsizlik, yaxşılıqlara nankorluq, zalıma kömək, məzluma kömək etməmək...”
Həzrət Peyğəmbərə (s) dedilər: " Bir qadın gündüzlər oruc tutur, gecələr ibadət edir. Amma əxlaqı pisdir, qonşuları incidir.” Həzrət (s) buyurur: "Xeyri yoxdur. O, od əhlidir.”
İmam Sadiq (ə) buyurur: "Sirkə balı xarab etdiyi kimi, pis xasiyyət də əməli puça çıxarır.”
Qarınqululuq
Həzrət Əli (ə) buyurur:
"Çox yeyən adam xəstəliyə düçar olar və qəlbi daşlaşar.”
"Qarınqulunun sağlamlığı az, xərci çox olar.”
"Qarınqululuq böyük meyldir. Böyük meyl isə ən böyük eyblərdəndir.”
İmam Sadiq (ə) buyurur:
"Mö`minin qəlbi üçün çox yeməkdən zərərli şey yoxdur. Çox yemək iki xasiyyətə səbəb olar: - daşürəklilik və şəhvətin tüğyanı.”
Kitabın adı: Kumeyl duasının şərhi (2-ci cild)
Müəllif: Hüseyn Ənsarian