![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hüsnü-xülq (gözəl əxlaq və rəftar)
Ey oğul, (Allah sənin əxlaqını gözəlləşdirsin) gözəl əxlaq sahibi olasan ki, onun hər iki dünyada böyük faydaları var. Onun nə qədər fəzilətli olmağı barədə Allahın, peyğəmbərlərin ən şərəflisini (Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)) onunla mədh və tərif etməsi sənə kifayət edər.
Hədislərdə var ki, gözəl əxlaq dinin yarısıdır. İnsana əta olunan ən fəzilətli sifətdir. Qiyamətdə insanın “mizan”ına ondan fəzilətli şey qoyulmayacaq. Gözəl əxlaqı olan kəs gündüzləri oruc tutub gecələri ibadət və Allah yolunda cihad edənin əcr və savabını qazanır.
Günəş buzu əritdiyi kimi gözəl əxlaq da xətaları məhv edər. Su duzu həll etdiyi kimi gözəl əxlaq da günahları aradan aparar.
İslam ümmətinin çoxu həqiqətdə təqva və gözəl əxlaqına görə cənnətə daxil olacaq. Qiyamət günündə Allah taala cəhənnəmin (odun) gözəl əxlaq sahibinin ətinə yeməsindən həya edər. Gözəl əxlaq ömrü artırar.
Hədislərdə hətta yəhudi ilə də gözəl rəftar etməyə əmr olunmuşdur. Mən əxlaqın gözəl və qəribə təsirlərini görmüşəm. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: “Siz heç vaxt öz malınızla bütün insanların vəziyyətini yaxşılaşdıra bilməzsiniz, çalışın açıq üz və gözəl əxlaq ilə onlarla rəftar edin”.
Həzrət Əli əleyhissalam buyurmuşdur: “Bütün insanlarla gözəl əxlaqla rəftar et ki, bundan sonra onlardan ayrı düşsən də sənə məhəbbət bəslərlər, öləndə sənin üçün: “Biz Allah tərəfindənik və ona tərəf qayıdacağıq” deyərlər. Çalış öləndən sonra da camaat sənin arxanca: “şükr olsun aləmlərin pərvərdigarı olan Allaha” deməsinlər”.
İmam Sadiq əleyhissalamdan gözəl əxlaqın nəyə deyildiyini soruşduqda Həzrət buyurdu: “Yumşaq və mülayim davran, danışığını gözəlləşdir və din qardaşlarınla gülərüzlə və mehriban rəftar et”.
Həzrət başqa bir hədisdə belə buyurub: “Möminlərlə gözəl rəftar etmək odur ki, onlara xoş və gülərüz göstərəsən. Müxaliflərlə isə mülayim danışasan ki, onlar imana gəlsinlər. Əgər imana gəlməyəcəyindən ümidin üzülsə o zaman özünü və mömin qardaşlarını onun şərrindən gözlə”. “İnsanlara xoş sözlər deyin”. ayəsinin təfsirində İmam Həsən Əsgəri əleyhissalamdan nəql olunur ki, İmam Sadiq (ə) bu barədə belə buyurmuşdur: “Bütün insanlara xoş söz deyin, istər mömin olsun, istər qeyri-mömin. Möminlər üçün üzü açıqlıqla və qeyri-möminlərlə onların imana gəlməyi gözəl və mehriban danışsın, çünki faydası olmadığı halda özünü və mömin qardaşlarını onların (qeyri-möminlərin) şərindən qorumuş olar”.
Allah düşmənləri ilə mülayim rəftar etmək özünün və mömin qardaşlarının xeyrinə ən fəzilətli sədəqədir.
Ey oğul, məxsusən əhl-əyalın ilə bəd rəftar etməkdən özünü gözlə. Hədisdə var ki, bədrəftarın yeri hökmən cəhənnəmdir. Sirkə balı xarab etdiyi kimi bədrəftar da imanı aradan aparar.
Məazın dəfnində yetmiş min mələk hazır olsa da ailəsində bəzi əxlaqi nöqtələrə riayət etmədiyi üçün qəbir sıxıntısı ilə qarşılaşdı.
Kitabın adı: Miratur-Rəşad (Hidayət güzgüsü)
Müəllif: Ayətullahül-üzma Əbdüllah Mamaqani
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |