Allahın salamı və rəhməti üzərinizə olsun. Allahın izni ilə bu xəbərim də siz mömin, müsəlman bacı, qardaşlarımızla bir övlad kimi anamız Fatimeyi-Zəhranın (s.ə) müsibətli günlərindən və ürək yandırıcı şəhadətindən bəhs edəcəyik. Bu ağır müsibəti zikr etmək ləyaqəti bizdə olmadığı halda, ancaq bu çətin günlərdə yaralı anamız haqqında tamamilə susmağımız da düzgün sayılmaz. Ən azından avam, savadsız bir övlad kimi yenə də öz sözümüzü deməyə çalışacayıq. Bu xəbərimizdə Allahın bizə köməkçi olmasından ötrü Muhəmməd və ali Muhəmmədə salavat zikr edək:
Əllahummə salli əla Muhəmməd və ali Muhəmməd və əccil fərəcəhum...

Allah-təalə hədisi qüdsidə Peyğəmbərimizə buyurur: "Sən olmasaydın fələkləri (yeri, göyü, planetleri və s.) yaratmazdım. (yəni bunların yaranma səbəbkarı sənsən) Əli olmasaydı səni yaratmazdım. Əgər Fatimə olmasaydı səni və Əlini yaratmazdım" Bu hədisdən də aydın olur ki, hər şeyin yaranma səbəbi xanım Fatimədir (s.ə). İnsan bu hədisi oxuyanda həqiqətən heyrətdə qalır. Bu məqam bütün yaradılmışlar içində Fatimədən (s.ə) başqasına verilməyib. Bu yazdığımız hədis qeyd etdiyimiz kimi bütün məxluqatın Xaliqi olan Allahın kəlamı idi. Peyğəmbər (s) bu hədisə əsasən Fatimə (s.ə) haqqında buyurub: "Ey atasının anası." Axı Fatimə (s.ə) onun övladı olduğu halda bu söz nə deməkdir? Özüdə Fatimənin (s.ə) məhşur ləqəblərindən idi (Ərəbcə Ümmü Əbiha deyə səsləyərdi) Yəni mənəviyyat aləmində Peyğəmbərin (s) dünyaya gəlişinin səbəbkarı Fatimə (s.ə) idi. Yəni bütün aləmlərin, Peyğəmbərlərin, İmamların və bütün insanların yaranma səbəbkarı Fatimədir (s.ə). İlahi bu nə böyük məqamdır!!! Ya Fatimə (s.ə) sənin məqamını dərk etməkdə ağıllar heyretdə qalır. Sənin məqamını vəsf etməkdə sözlər xəcalətdən gizlənir, səni yanlız Xaliq vəsf edir. Məxluq vəsf etməkdə tamamilə acizdir...
Bəlkə bir övlad kimi bir-birimizdən soruşaq: Bəs bu böyük məqam sahibi olan anamızın qəbri hardadır? Cavab bu olacaq ki, gizlindir, yeri məlum deyil. Siz Allah bir övladı bu cavab ta ömrünün sonuna kimi qane edəcəkmi? Gəlin sadə danışaq, insanın bir şeyi itəndə özünə yer tapa bilmir, həmişə gözü itgisinin dalınca olur. Əgər bu itgi mənəvi varlıq olsa, ya ananın qəbri olsa necə? Övlad rahat ola bilərmi? Anacan sənin qəbrinin itgin qalmasıda biz övladların hidayəti üçündür. Haqqı batildən ayıra bilməyimiz üçün qəbrini gizlin saxladın. Dünyanın sonuna kimi bütün ağıl sahiblərinin hidayət olması üçün bir mesaj göndərdin...
Bu məqam sahibi idi ki, atasının ölümdən yəni bütün aləmlərə rəhmət göndərilmiş Peyğəmbərin (s) ölümündən cəmi 3 gün sonra evinə hucum çəkib, qapsını yandırıb, onu qapı və divar arasında qoydular. Rəvayətlərə görə 300 nəfər Xanımın evinə hucum etdilər, qapsını od vuraraq qapını açdılar. Xanım qapının arxasında olduğundan xanım qapı ilə divar arasında qaldı və qapının mismarları xanımın sinəsinə batdı. Xanım Fatimə (s.ə) bir tərəfdən ağır müsibət və qəm içində, bir tərəfdən də 7 aylıq hamilə idi. Bütün bu müsibətlərin ən böyüyü və çətini isə bu müsibətin Əlinin (ə) gözü qarşısında olması idi. O Əli ki, Xeybərin ağır qapsını bir əli ilə götürüb kənara atmışdır. O Əli ki, Cəbrail onun vəsfində buyurmuşdur: Əli kimi qəhrəman, Zülfüqar kimi qılınc yoxdur . Vallah insan bilmir bu vəziyyətdə Əlinin (ə) məzlumiyyətinə ağlasın ya Fatimənin (s.ə) müsibətinə? İmam Sadiq (ə) buyurub: " Anam Zəhra (s.ə) hər təzə nəfəs aldığında yaralarından qan axırdı." Bu qanlı köynəkləri 5 yaşlı qızı Zeynəb (s.ə) yuyurdu. Fatimeyi- Zəhra bütün cəhdi ilə yaralarını Əlidən (ə) gizlədirdi. Çünki bilirdi Əlinin (ə) kədəri, qəmi, tükənməzdir. Əgər bu yaraları görsə qeyrətindən tab gətirə bilməzdir. Artıq Fatimənin (s.ə) son anları idi Əliyə (ə) buyurdu:" Əmioğlu istəyirəm səninlə tək qalam uşaqları evdən uzaqlaşdır." Eləki onlar tək qaldı Xanım buyurdu: "Ya Əli mənim başımı al dizin üstə" Əli (ə) onun başını sinəsinə sıxdı və bir müddət sakitcə hər iksi ağlaşdılar. Sonra Fatimə (s.ə) vəsiyyətini etdi. Hamımızın bildiyi kimi vəsiyyətindən biridə bu idi, məni gecə dəfn et, qəbrimin yerini gizlin saxla. Məni incidənlər mənim dəfnimdə iştirak etməsinlər, qəbrimin yerini bilməsinlər, cənazə namazımı qılmasınlar. Həzrət Əli (ə) xanıma qüsl verəndə uşaqlara tapşırdıki ucadan ağlamayın . Anası ölmüş, qəlbləri qana dönmüş uşaqlar öz köynəklərinin ətəklərini ağızlarına tuturdular ki, ağlamaq səsləri ucalmasın. Bir təsəvvür edin anası ölmüş uşaqların ağlamaqları belə müsibət idi. Amma bir zaman gördülər ki Əli (ə) ucadan hönkür-hönkür ağlayır. Soruşdular ya Əli sən bizə tapşırırsan sakit ağlayın amma özünüz ucadan ağlayırsız Ağa cavabında buyurdu" Mən indi bildim ki, Fatimə niyə qoymurmuş yaralarını görməyə." Əli (ə) gecələr Fatimənin qəbri üstünə gedib dərdini Fatiməyə deyib hönkür-hönkür ağlardı. Əli (ə) buyurub:" And olsun Allaha, bu elə müsibətdir ki, onun heç bir bərabəri yoxdur. Bu elə bir əzadır ki, heç bir təsəlli onun yerini tutmaz."Salman Farsi belə nəql edir: Fatimədən sonra Əlinin (ə) məzlumiyyəti o qədər mənim qəlbimi yandırırdı ki, fikirləşdim ki gedim şəhərdən kənarda xurma bağlarında Əlinin (ə) müsibətinə, məzlumluğuna ağlayım. Elə ki, xurma bağlarına çatdıqda gördüm Əli (ə) çox məzlumcasına dizlərini qucaqlayıb Ya Zəhra deyib ağlayır...
Bununla məzlum Əlinin (ə) və onun yaralı nigarının müsibəti qutaran deyil. Ancaq bunu da bilirəm sizində, mənim kimi anamızın müsibətini bundan artıq zikr etməyə qəlbimizin tabı qalmayıb...
Bildiyimiz kimi Xanımın müsibəti haqqında çoxlu kitablar yazılıb amma ən dolğun ətraflı kitab Mötəbər alim Şeyx Abbas Quminin "Beytil-Əhzan "(yəni qəmlər evi) kitabdır. Bu kitabdan daha ətraflı xanımın müsibətin oxuya bilərsiz. Bizdə bir günahkar övlad kimi çox sadə dildə bir təbərrik kimi bu müsibətdən zikr etdik ki, o günki Quranın təbiri ilə desək öz analarımızın bizi qoyub qaçdığı zaman, Fatimə anamız özünü bizə çatdırıb bizə yiyə dursun inşallah. İmam Sadiq (ə) buyurub" Eləki məhşər oldu Allah Anamız Fatiməyə buyurar: Ey Fatimə behişdə hardan istəyirsən ordan daxil ol. Fatimə (s.ə) ərz edər taki bizim şiələrimiz daxil olmayınca mən girmərəm. Allah buyurar istə məndən. İmam buyuruki Anamız Fatimə o qədər şəfaət edəcəkdir ki Əhli- beytin düşmənlərindən başqa heç kəs məhşərdə qalmayacaq.
Səndən sonra günüm gərçi qaradır,
Amma ürək bu nisgilə yaradır.
Soruşsalar ananın qəbri haradır?
Haranı mən verim nişan ay nənə.
Xanım Zəhra (s.ə) buyurub: "Başıma elə müsibətlər gəldi ki, əgər bu müsibətlər işıqlı günlərin başına gəlsəydi, zülmət gecəyə dönərdilər " Anacan o qəlbindəki qəmlərə şiələrin fəda olsun. Anacan elə bilmə Əyyami Fatimə bitdi daha biz matəm saxlamayacayıq, yox biz taki ruh bədənimizi tərk edənə kimi sənə yas saxlayıb ağlayacayıq, gizlində, aşgarda cavan ölən anam deyib ağlayacayıq...
Xanım Zəhranın (s.ə) övladı ağamız İmam Zamanın (ə.f) tezliklə zuhur edib, anamızın intiqamını alıb və onun gizlin qəbrinin aşgar etməsindən ötrü Muhəmməd və ali Muhəmmədə salavat zikr edək :
Əllahummə salli əla Muhəmməd və ali Muhəmməd və əccil fərəcəhum