Fatimə (s.ə) mənim anamdır
Bismillahir-rəhmanir-rəhim
Həzrət Zəhranın (salamullahi əleyha) ləqəblərindən biri də "Ummu əbiha"dır. ("Bihar əl-ənvar", c. 43, səh. 19). Həzrət Xətmi-mərtəbət Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) öz qızına "Ummu əbiha", yəni atasının anası deyirdi. Fatimə (s), Peyğəmbərin (s) mənəvi anası idi.
Bu ifadənin daxilində dərk qüvvəsindən üstün həqiqət vardır. Məna aləmində həqiqətin təcəllası və şəriətin qalmasına görə o, Peyğəmbərin (s) anasıdır. Ona görə imamların (ə) da anası hesab olunur.
Allah-taala Peyğəmbərə (s) buyurur:
"لَوْلا كَلما خَلَقْتُا لأفْلاكَ ولَوْلا عَلیٌ لَمْا خَلَقتُكَ و لَولا فاطِمَةُ لَمْا خَلَقْتُكُما"
"Sən olmasaydın, fələkləri yaratmazdım. Əli olmasaydı, səni yaratmazdım. Əgər Fatimə olmasaydı, səni və Əlini yaratmazdım". ("Əlcənnətul-asimə", səh. 148.)
Yəni nübüvvət və imamət dünyada Fatimədən vücuda gəlmişdir.
Nübüvvətin vilayətlə bağlılığı həzrət Fatimə Zəhranın (s) vücudu ilədir
Fatimə Zəhra (s) o kəsdir ki, nübüvvəti-kübra vilayəti-üzma ilə onun vücudunda bağlanmışdır. Həzrət Fatimə (s), Peyğəmbərin (s) nübüvvətini aləmdə həmişə diri saxlamaq üçün nübüvvəti vilayətə qovuşduran bir anadır. Əgər Fatimə (s) olmasa, nübüvvət aradan gedər.
Fatimənin (s) vücudu vilayət zühurunun zərfidir, hətta vilayəti nübüvvətlə qovuşduran bir zərf demək olar. Allah-taala buyurur:
"أَكْمَلْتُ لَكُم دِينَكُم"
"Bu gün dininizi sizin üçün kamil etdim". ("Maidə" surəsi, ayə 3.)
Peyğəmbərin (s) gətirdiyi hər bir şey vilayətlə məna tapır, vilayətsiz xatəmiyyətin mənası yoxdur.
Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu