Bismillahir-rahmanir-rahim
Allahın salamı və rəhməti üzərinizə olsun. Həyatımızda gün ərzində telvizorda, internetde, və s bu kimi xəbər mənbələrində eşidirik ki, hər yerde zülüm baş verir xüsusi ilə də Şiələrə çox zülümlər edilir. Bir insan olaraq bu xəbərləri eşidən də insanın öz dərdi unudulur və bu zülümlərə görə kədərlənir, bəziləri isə hətta ağlaylayırlar. Hədislərdən öyrənirik ki, bu dərdlərin dərmanı ancaq Ağamız İmam Zamandı (ə.f). Ağamız (ə.f) buyurub: "Mənim zuhurum sizin qurtuluşunuzdur"
Bizim bu anda boynumuza düşən əməl İmam Zaman (ə.f) zuhuru üçün dua etmək və onun zuhurunu tezləşdirən əməllər etməkdir.
Bəziləri deyə bilər ki, "dua deyirsiz biz dua edirik, Ağamızı istəyirik amma Ağa gəlmirdə daha bizdə nə edək?.
"Bu sözə cavab olaraq əvvəla bir hadisəni nəzərinizə çatdırım. Arif şəxslərdən biri deyir. Mən mənəvi aləmdə bir dəryanın yanında İmam Zamanı (ə.f) gördüm. Gördüm Ağa arxasını mənə çevirib özüdə əsasına sökənib. Ərz etdim Ağa, niyə zuhur etmirsən? Arif deyir bu sualı verən kimi Ağa elə bərk ağladı ki, mübarək çiyni tərpəndi. Cavabında mənə buyurdu: "Məni istəmirlərki" Yəni İstəsələr zuhur edərəm. Bu hadisədən də məlum olur ki, biz ağamızı layiqincə istəmirik. Həqiqətən ürəkdən istəsək gələr. Biz deyirik Ağanın intizarındayıq amma həqiqətdə o bizim intizarımızdadır. Gözləyir ki, biz adam olaq... Bu haqda çox hədislər demək olar amma sözü uzatmamaq üçün və sizi yormamaq üçün düşünürəm ki, elə bu sözlər yetər. Allahın izni ilə bu xəbərimlə İmam Zaman (ə.f) zuhurunu tezleşdirmək haqqında beş əsas əməli sizin nəzərinizə çatdıracam. Əgər bu beş əmələ riaət etsək, həm Allah yanında həm də İmam Zaman (ə.f) yanında məqamımız uca olar.
1-ci əməl
Peyğəbərimiz buyurub: "Mənim ümmətimin ən üstün işi fərəc intizarında olmaq və Allahdan onun baş verməsini istəməkdir." Bu hədisdən məlum olduğu kimi ağamızın zuhurunu dua etməliyik. Əhli beyitdən bizlərə yetişən hədislərə əsasən imam Zamanın (ə.f) zuhurunu tezləşdirən dua Fərəc duasıdır. Ən birinci əməl budur ki, bu duanı elə oxumalıyıq ki, həqiqi istəklə, ağlayaraq oxumaq. Əxlaq ustadı Şeyx Əli Füruqi mozələrinin birində İmam Zamanı (ə.f) dua etmək barəsində belə deyir: Bir insan hər şeydən əli üzüldüyü anda hər qapı üzünə bağlandığı halda ağlayaraq, əllərini qaldırıb dua etdiyi kimi sizdə İmam Zamanı (ə.f) bu hal ilə göz yaşları ilə dua edin. Bu hal ilə Fərəc duası oxusaq inşallah duamız qəbul olar.
2 ci əməl.
Hər gün iki rükət İmam Zamana (ə.f) namaz hədiyyə edək. Qunutda Fərəc duasını oxuyaq (qeyd edim ki, Fərəc duası uzun dua deyil, kiçik duadır yəni tez əzbərləməkdə olur amma bilməyən varsa başqa dua və zikri oxuya bilər) və namazı bitirdikdən sonra səcdəyə gedib 3 salavat zikr edib dua edin və Ağamızın zuhurunu istəyin və sonra yenə 3 salavat zikr edin (hədislərə əsasən duanın əvvəlində və axırında 3 salavat zikr etsən duan qəbul olar) sonra 1 yasin surəsi oxuyaraq Ağaya hədiyyə edin əgər bilmirsizsə 1 təsbeh salavat zikr edin. Qeyd edim ki, 2 rükət namazı istədiyiniz vaxta qıla bilərsiz amma ən gözəl vaxt sübh vaxtıdır bu vaxt qəlb çox səfalı olur (bu hədiyyə əməllər ilə Ağa deyir ki, Ağa biz sənin sevdiyin əməlləri sənə hədiyyə etməklə bildiririk ki Səni unutmamışıq Səni istəyirik)
3 cü əməl
Hər gün Imam Hüseyn (ə) üçün ağlayın. Ən çox ürəyiniz yandığı an Allaha İmam Hüseyni (ə) and verərək İmam Zamanı (ə.f) və hacətlərinizi istəyin bu təcrübə edilib ki, bu anda istənilən dua qəbul olur. Dövrümüzün böyük ariflərindən olan Hacı İsmail Dolabani ( hal hazırda yaşayır Allah uzun ömür versin ) Deyir mən mənəvi aləmində baxdım gördüm ki, Allaha ən çox sürətli gedən yol İmam Hüseynə (ə) ağlamaqdır (Allaha yaxın olmaq üçün çox müstəhəb əməllər var. Məsələn çoxlu namaz, zikir amma ən asandı və ən tez Allaha yaxınlaşmaq İmam Hüseynə (ə) ağlamaqdı) hər gün imam Hüseynə (ə) rozə və mərsiyyə qulaq as ağla hətta ağlaya bilməsən gözlərin dolsa buda kifaətdir. Yəni bu əməl sizi Allaha tez yaxınlaşdırar və məqamınızı uca edər. (Qeyd edim ki, İmam Hüseynə (ə) ağlamaq deyəndə tək İmam Hüseyn (ə) nəzərdə tutulmur yəni Kərbəla müsibətinə ağlamaq nəzərdə tutulur)
4-cü əməl.
Hər Cümə günü gün batar çağı Simat duası oxuyun. Bu dua çox böyük fəzilətə malikdir. (Bu duanın fəziləti haqqında ətraflı məlumat üçün dua kitablarına müraciət edə bilərsiz) Mən iki fəzilətini yazıram. Biri, bu duada bir söz var ki, həmin sözə çatdıqda düşməninin adını deməlisən, əgər desən Allah o düşmənini məhv edər ikinci fəziləti isə bu duanın axırında kəza və kəza sözünün yerinə hacətlərini deməlisən. Hacətlərini desən, Allah qəbul edər. Bu duanı oxuyanda düşməninin adını deyilən yerə çatdıqda belə de: Allahım islamın düşmənləri olan Əbu Süfyanı və nəsnilini məhv et. Axırda hacətlərini istə və İmam Zamanın (ə.f) zuhurunu istə.
5- ci əməl
Ən əsas əməl bu beşinci əməldir. Öz-özünə söz verəsən ki, günah etməyəcəm, Ağamızı ağlatmayacam. Ağamız bizim günahları görüb ağlayır həmdə günahlarımız Ağanın zuhurunu gecikdirir. İmam Zaman buyurub ” Allahın istəyini yerinə yetirən şəxsin hacətini də Allah yerinə yetirər" Bu hədisdəndə öyrənirik ki, Allah istədiyi əmirlərinə tabe olaraq günah etməyək. Belə etsək, Allah bizim hacətlərimizi qəbul edər və Ağamızın zuhurunuda acil edər İnşAllah.
Bəziləri deyə bilər ki, günahı tərk etmək olmur, günahı tərk etmək mümkünsüzdür. Bu sözlərin cavabı budur. Əvvəla günahı tərk etmək əvvəl sənə çətin görünür amma əslində təlaş etsən görərsən ki, asandır. Quranın bu ayəsinə əməl et. Əgər Şeytan tərəfindən təhrikedici bir vəsvəsə səni təhrik etsə, Allaha pənah apar, çünki O, eşidən və biləndir. Əraf surəsi ayə 200.
Bir günahla üz üzə olsan tez Allaha sığın və de: Əğuzibillahi minəş-şeytanir-racim. Bütün alimlərimiz və ariflərimiz deyir ki, günahdan uzaq olmaq üçün Allahdan kömək istsən və günah etməmək üçündə təlaş etsən görəcəksən ki, çətin deyil şeytan sənə çətin göstərir. İkinci, deyirsiz "Günah etməmək mümkünsüzdür" bu Allaha atılan bir iftiradır nəuzibillah heç olar ki, Allah deyə günah etmə amma günah etməmək mümkünsüz ola. Demək günah etməmək mümkündür. Necə Ariflərimiz, Abidlərimiz günahdan uzaq olub, bizdə istəsək uzaq olarıq və Allaha yaxınlaşarıq və İmam Zamanıda (ə.f) günahımızla narahat etmərik. Əgər bu sözlərə inanmırsızsa bu oxuduqlarınıza əməl edin və nəticəni öz gözünüzlə şahidi olun. Əgər sən Allahın əmirlərindən çıxırsansa demək əməlin ilə Allaha şərk qoşursan. Şərik qoşmaq neçə cürdür onlardan biri də Allahın əmirinə itaət etməməkdir Əgər dillə La ilahə illəllah deyirsizsə amma əməldə əksini edirsizsə bu açıq aşkar şirk etməkdir. Məsələn, bir qadın namaz qılır amma hicabsızdır, o hicabsızlığı ilə Allahın əmrinə itaət etməyib, şeytanın əmrinə itaət edir və bu əməli ilə şeytana itaət etmiş olur. Burdan da açıq görünür ki, şirk etmiş olur başqasına itaət etmək Allaha şərk qoşmaqdır. Daha çox demək olar. Məsələn qumar oynamaq, haram yemək, haram məclislərə gedmək, naməhrəmə baxmaq, musiqiyə qulaq asmaq və s bu kimi əməllərdə şirk etməkdir. Peyğəmbərimiz (s) buyurub:" Naməhrəmə baxmaq şeytanın zəhərli oxlarındandır" yəni bir göz baxır amma bütün vücuda hopur. Yəni bir var zəhərsiz ox dəydiyi yeri ağrıdar, bir var, zəhərli ox dəysə o oxun zəhəri bütün vücuda yeriyər və insanı məhv edər və öldürər. Bu sözlərdən də məlum olur ki, günah etmək mənəviyyatımızı məhv edir. Bu sözlər barədə həm mozələrə qulaq asa bilərsiz həmdə Ariflərin irfanı məqamları kitabında Allaha şərik qoşmaq haqqında oxuya bilərsiz. Ağamız buyurub ''Heç bir şey bizim şiələrimizin günahları qədər bizi üzməz, bizə əziyyət verməz"
İmam Sadiq (ə) buyurub: "Sözdə şiəlikdən dəm vuran, əməlində isə bizim əməllərə zidd rəftar edən, bizim şiə deyil. İmam Kazım (ə) buyurub: "Həqiqətən, Əli (ə) şiəsi əməli sözünü təsdiq edən şəxsdir”
İnşallah özümüzə söz verib, bu 5 əmələ riaət etsək, Vallah İnsanlıqın ən üstün məqamlarına çata bilərik. Ən əsası isə ağamızın zuhurunu tezləşdirmiş olarıq və bu əməlimizlə Allah, Peyğəmbər (s) və Əhli-beyt (ə) bizdən razı olar. İnşallah, bu gündən başlayaraq bunlara riaət edək. Allah yardımçımız olsun. Xəbərmi axıra kimi oxuduğunuz üçün Allah razı olsun. Təşəkkür edirəm. Vaxtınız varsa bu xəbəri paylaşın ki, sayımız artsın. Bunlara əməl etmək üçün Muhəmməd və ali Muhəmmədə salavat zikr edək:
Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd
Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd
Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd