Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Peyğəmbərlərin, imamların, həqiqi övliyaların dualarından biri əməllərin qəbulu və mərhəmətli rəftara nail olmaq arzusu ilə bağlıdır. Bu ilahi şəxsiyyətlər anlamışlar ki, iman və ixlaslı əməl olmadan Allahın rəhmət və mükafatına çatmaq mümkün deyildir. Ona görə də əməlin salehliyinə xüsusi diqqət göstərilmiş və bu əməllərin qəbulu üçün dua edilmişdir.
Ayə və rəvayətlərdən mə`lum olur ki, hər hansı bir əməlin qəbul olunması üçün iman və ixlas əsas şərtlərdəndir. Bilməliyik ki, mö`minin əməli qəbul edilir və günahları bağışlanır. Kafirin nə böyük əməli qəbul olunur, nə də kiçik günahı bağışlanır.
Həzrət Əli (ə) buyurur:
"Allah yanında böyüklük sözün yox, əməlin yaxşılığı ilə müəyyən olunur.”
"Əməl mö`minin şüarıdır.”
"Əməlinizi davam etdirin, davam etdirin əməlinizi. Çünki Allah mö`minin əməli üçün ölümdən başqa son qərar verməyib.”
"Əməllərin ən üstünü iman paklığı, təqva və yəqindir.”
İmam Sadiq (ə) buyurmuşdur: "Allah insanları dünyada atalarının adı ilə çağırıb ki, bir-birilərini tanısınlar. Axirətdə isə əməlləri ilə çağırar ki, mükafat və cəza versin.”
Allahın Rəsulu (s) buyurdu: "Əməllərin ən üstünü Allaha iman və onun təsdiqi, Allah yolunda cihad və qəbul olmuş Həccdir. Fəqiri doyurmaq və xoş əxlaq nisbətən yüngüldür. Ondan da yüngül Allahı Onun verdiyi hökmə görə ittiham etməməkdir.” "Üç əməl əməllərin ağasıdır: hamı ilə insaflı olmaq, din qardaşına kömək, hər zaman Allahı xatırlamaq.”
Həzrət Əli (ə) buyurur:
"Xoşbəxt o şəxsdir ki, elmi və əməli, dostluğu və düşmənliyi, əxz və tərk etməsi, danışığı və sükutu Allahın razılığı üçün olsun.”
"Şübhəsiz ki, yalnız ixlaslı əməllərin qəbul olunacaqdır.”
Həzrət Peyğəmbər (s) Əbuzərə vəsiyyətində buyurur: "Əməlin təqvalı olmasına əməlin özündən çox diqqət et. Çünki təqvalı əməl az olmaz. Axı qəbul olunmuş necə kiçik olar? Allah-Taala buyurur: "Allah yalnız təqvalılardan qəbul edər.”
İmam Sadiq (ə) buyurur:
"Bir namazı və ya bir yaxşı əməli Allah-Taala tərəfindən qəbul olunan şəxs əzaba düçar olmayacaqdır.”
"Bir yaxşı əməli qəbul olunan şəxs əzab görməyəcək və Behiştə daxil olacaqdır.”
Pərvərdigara! Bizi əmələ münasibətdə süstlükdən hifz et, ibadət və çalışqanlıqda həvəs ver, qəlbimizi oyandır!
Ey qəflət içində xəbərsiz qalan,
Bilirsənmi eşqlə dirilir insan?!
Götürsən gözündən qara pərdəni
Hər yanda görərsən Ona səcdəni.
Bül-bül nalə çəkər yar sorağında,
Əlbət, qızılgül də eşq marağında.
Lal olsun o dil ki, bir yaz gecəsi
Cilvələr önündə kəsilib səsi.
Bu eşqin əmriylə dolanmaqda yer,
Üzən dağlar, düzlər oxumaqda şe`r.
Bir sənsən lal olub, kor kimi duran,
"Allah” söylə ola dərdinə dərman.
Yetməzmi oturdum damaqla, dişlə
Yetməzmi başını qatdın min işlə.
Bəlkə qəlbinə də salasan nəzər,
İnan ki, bir oldur ruhunu bəzər.
İnsansan, dünyaya gəlişin ayrı,
Yaxşı baxsan yetər canının seyri.
Səndə olan fikir bir kimsənin yox,
Qəlbində mərhəmət, gözündə yaş çox.
Bu sərvət, bu məqam kimdə var axı,
Oxu, insan adlı kitabı oxu.
Səndən aşağılar səcdədə ikən,
Sərxoş kimi haqdan kənar gəzirsən.
Gəl tök ətəyindən tərsliyin daşın,
İman, təqva, sevgi olsun yoldaşın.
"Qəvvi əla xidmətikə cəvarihi, vəşdud ələl-əziməti cəvanihi, vəhəb liyəl-ciddə fi xəşyətikə vəd-dəvamə fil-ittisali bixidmətikəhətta əsrəhə iləykə fi məyadinis- sadiqinə və usriə iləykə fil-barizinə və əştaqə ilə qurbikə fil-muştaqinə və ədnu və minkədunuvvəl-muxlisinə və əxafəkə məxafətəl-muqininə və əctəmiə fi civarikə məəl-mu`mininə.”
("Pərvərdigara! Sənə xidmət üçün əzalarıma qüvvə ver, qəlbimi bəndəlik üçün möhkəmləndir, mənə əzəmətin qarşısında qorxu üçün ciddilik əta et, xidmətinə çatmaqda daimi müvəffəqiyyət üçün məni dözümlü et ki, müsabiqə meydanlarında Sənə doğru tələsim, cıdıra çıxanlar arasında Sənə doğru hərəkət edim, müştaqlar içində Sənə doğru şövqlə gəlim, pak və ixlaslılar kimi Sənə yaxınlaşım, Səndən yəqin əhli tək qorxum, Sənin yanında mö`minlərlə bir cərgədə durum.”)
Əmirəl-mö`minin Əli (ə) duanın bu hissəsində bütün rəhmət qapılarını açıq görür. Duanın qəbul olması üçün bütün şərtlərin ödəndiyini düşündüyündən insanın kamala çatması ilə əlaqədar mə`nəvi ne`mətlər istəyir.
Həzrət Əli (ə) Allah-Taaladan mə`şuqa xidmət məqsədilə əzalarına güc, qüvvə diləyir. Mö`minlərə xidmət Allaha xidmətdir. Bütün bu xidmətlər üçün isə əlbəttə ki, qüvvəyə ehtiyac vardır.
Əgər Allah-Taala öz bəndəsinə zəruri olan mə`nəvi, ruhani qüvvəni verərsə ibadət və xalqa xidmətdən şirin ləzzət tapılmaz.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |