» » İman və əməlin səadətə çatmaqda rolu


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+1  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 1
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İman və əməlin səadətə çatmaqda rolu
    +5
    Müəllif: Yusifi Zehra | 25-04-2015, 13:00 | Baxılıb: 1 449
     
     
    İman və əməlin səadətə çatmaqda rolu
     
    Mühüm etiqad məsələlərindən biri budur ki, insanın xoşbəxtliyində iman və əməlin rolu nədir? İman və əməlin hər ikisi zəruridir, yoxsa biri kifayətdir? Əsas imandır, yoxsa əməl?
    Qurani-Kərim nəzərindən imansız əməl faydasızdır. Bir şəxs Allaha, qiyamətə, peyğəmbərlik və imamətə inanmazsa təkcə yaxşı işləri hesabına axirət səadətinə qovuşa bilməz. Axı behiştə inanmayan hansı məntiqlə behiştə getməlidir. «Kafirlərin əməlləri səhradakı ilğıma bənzər. Susuzluqdan ürəyi yanan onu su bilər, nəhayət gəlib çatdığı zaman heç nə tapmaz. Tapdığı əməli müqabilində Allahın cəzası olar. Allah da onun cəzasını verər. Allah tez bir zamanda bütün məxluqatının hesabını çəkər»(«Nur» surəsi, ayə 39.).
    Xalq adətən yol çəkib, körpü salan varlıları əziz tutur. Amma bu adamların Allaha etiqadı olmazsa Allah da onların yaxşı işlərini nəzərə almaz. Sual oluna bilər ki, əgər bütün dünya Lodıgin və Edisonun zəhmətləri hesabına elektrik işığından istifadə edirsə nə üçün onlar cəhənnəmə getməlidir? Cavab belədir ki, bir insana Allah, qiyamət, peyğəmbər və imam sübut olduğu halda inad üzündən qəbul etməzsə, bu insan əbədi ilahi nemətlərdən faydalanmaq ləyaqətinə malik deyil. Bir şəxs bilərəkdən hər hansı bir həqiqəti inkar edərsə axirət səadətindən məhrum olar. Belə insan gördüyü xeyir işlərin əvəzini elə dünya həyatında da alar, axirət mükafatındansa məhrum olar.
    İslam və Quran nəzərincə ilahi biliklərdən xəbərdar insan bilərəkdən bu həqiqətləri inkar edirsə nəinki behiştə getməz, heç onun qoxusunu da duymaz. Əksinə, imanlı olduğu halda heç bir xeyir iş görməyən insan əbədi səadətə qovuşa bilməz. Bəlkə də, bu ehtimal həqiqətdən uzaqdır. Necə ola bilər ki, imanlı insan heç olmasa bir dəfə də Allaha səcdə etməsin. Axı iman insanın həyatında zərrə qədər də olsa təsir qoymalıdır. Demək, həqiqi iman sahibinin heç bir xeyir iş görməməsi ehtimalı çox zəifdir. Bu yalnız o vaxt mümkün olar ki, insan iman gətirən kimi dünyasını dəyişsin. Ömür boyu günaha batıb cinayətlərə yol vermiş insan imanlı olduğunu iddia edirsə şübhəsiz ki, yalan deyir. İmanlı insan xeyir işlərdən uzaq ola bilməz. Əgər saleh əməl imanın şərtidirsə nə üçün möminlər günaha yol verir? Əgər imanlı insan günaha batırsa, demək, onun imanı zəifdir. Belə insanda şəhvət və qəzəb oyanan kimi iman yaddan çıxır. Rəvayətə görə günah edən zaman, iman ruhu tərk edir. Həmin an insanı mömin adlandırmaq olmaz. Onu kafir də hesab etmək düzgün deyil. Çünki qəzəb və şəhvət alovu sönən kimi iman ruhu geri qayıdır. Amma bir günah imanın unudulmasına səbəb olmaqla gündəlik təkrarlanaraq artarsa belə insan üçün kafir olmaq qorxusu vardır. «Nəhayət, Allahın ayələrini yalan hesab edib məsxərəyə qoyanlar kafir oldular»(«Rum» surəsi, ayə 10.). Təbii ki, günah çirkabında qərq olmuş qəlbdə iman ləyaqəti yoxdur. Günah insanın imanını asta-asta zəiflədərək nəhayət, bir gün onu tamamilə aradan aparır.
    Əlbəttə ki, xeyir iş görən imanlı insanlar da ehtiyatlı olmalıdırlar. Çünki şəhvət, qəzəb, dünyagirlik, vəzifəpərəstlik hər zaman pusqudadır. İman o zaman səadətə aparır ki, insanın son nəfəsinədək davamlı olsun. Bir ömür imanla yaşayıb ölüm məqamında küfrə düçar olanlar vardır. Hansı ki, ömrünün axır dəqiqələrində həqiqətdən xəbər tutub tövbə edərək dünyadan imanlı gedənlər də var. Bəs mömin insan saleh işlər görməklə yanaşı çox günaha batarsa onu hansı tale gözləyir? Əgər bu insan ölümündən qabaq həqiqi tövbəyə nail olarsa bütün günahları bağışlanar. Bəziləri nöqsan tuta bilər ki, bu baxış günaha yol açır. Amma kim əmin ola bilər ki, həqiqi tövbəyə nail olacaq?! Hər halda, həqiqi tövbə edə bilən möminin günahları bağışlanacaqdır. «Hər kəs tövbə edib yaxşı iş görsə, şübhəsiz ki, gözəl bir dönüşlə Allaha tərəf qayıdar»(«Furqan» surəsi, ayə 71.).
    Ömür boyu böyük günaha yol verməyib yalnız kiçik günahlara batanlar tövbə edəcəkləri təqdirdə bağışlancaqlar: «Əgər böyük günahlardan çəkinsəniz, kiçik günahlarınızın üstünü örtərik»(«Nisa» surəsi, ayə 31.). Onu da qeyd edək ki, bilərəkdən kiçik günahları davam etdirmək böyük günah hesab olunur. Bəs böyük günaha batmış insan tövbə etmədən dünyadan gedərsə necə? Rəvayətə əsasən bu insan çətin can verər, günahı təmizlənməsə bərzəxdə cəzasını çəkər, bu da səmərəsiz olsa qiyamət səhnəsində sıxıntı keçirər. Unutmaq olmaz ki, behiştə yalnız imanı ləkələnməmiş insanlar gedə bilər. Xəvaric əqidəsində olanlar böyük günaha yol vermiş insanı kafir hesab edirdilər. Ən pisi isə budur ki, onlar İslamda zəruri olan bəzi əməlləri böyük günah bilirdilər. Elə buna görə də İslam hakimiyyətini zəruri bilən şiələri «kafir» adlandıraraq qətlə yetirirdilər. Bəli, gecə ibadət edib gündüz oruc tutan, Quranı əzbər bilən xəvaric bu sayaq əqidə çaşqınlığına düçar olmuşdu. Əslində isə böyük günaha yol vermiş insan tövbə etmədiyi halda əzaba düçar olsa da onu kafir adlandırmaq olmaz. İnsan nə qədər böyük günaha batsa da tövbə edib cəzasını çəkdikdən sonra imanı olduğu üçün behiştə gedər. 
     
    İmanın əsasları
     
    İmanın neçə sütunu vardır? Həzrət Peyğəmbərin (s) buyuruqlarını qəbul etmək dinin sütunlarındandır. Bu buyuruqların ən mühümü «üsuli-din», yəni dinin əsasını təşkil edən tövhid (Allahın birliyi), nübüvvət (peyğəmbərlik) və məad (ölümdən sonra həyat) inamlarıdır. Bəs qalan buyuruqlar necə? Məsələn, əgər bir şəxsdə imam Əlinin (ə) həzrət Peyğəmbər (s) tərəfindən xilafətə təyin olunmasına yəqinlik varsa necə? Məsələn, bir şəxs həzrət Peyğəmbərin (s) öz dilindən Əlinin (ə) xilafətə təyin olunmasını eşitdiyi halda düşmənçilik göstərərək bu həqiqəti inkar edirsə, onu imanlı hesab etmək olarmı? Əhli-beyt vilayətini inadkarlıq səbəbindən inkar edən şəxs cəhənnəm əhlidir. «Onlar Allahın lənət etdiyi şəxslərdir… Yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi şeyə görə insanlara həsəd aparırlar? Halbuki, biz İbrahim övladına da kitab və hikmət vermişdik»(«Nisa» surəsi, ayə 54.).
    Fəqihlərin buyuruğuna əsasən dinin zəruri hökmlərini inkar etmək peyğəmbəri inkar etməkdir. Ümumiyyətlə, peyğəmbərin buyuruğunu inad üzündən qəbul etməmək peyğəmbərliyin inkarıdır. Hətta zəruri olmayan hökmün inkarına məntiqi münasibət budursa, Əhli-beytin vilayəti kimi mühüm bir məsələni inad üzündən inkar edəni imanlı hesab etmək olmaz. Necə ola bilər ki, insan Allahı qəbul edə, amma onun yer üzündəki hakimiyyətini qəbul etməyə?! Yer üzündə Allahın hakimiyyətini icra edən peyğəmbər və imamların inkarı, Allahın hakimiyyətinin inkarıdır. Hətta qəlbinin dərinliyində də bu əqidədə olan insan kafirdir. Naqis, yarımçıq, ləkəli imanla behiştə getmək qeyri-mümkündür. Həzrət Peyğəmbərin (s) hər bir buyuruğu insanı xoşbəxt edəcək həqiqi imanın tərkib hissəsidir.

    Kitabın adı: Sadiq yol axtaranlar üçün İmam Sadiqin (ə) nəsihətləri
    Müəllif: Ustad Misbah Yəzdi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Haniye | Status: İstifadəçi Offline | 25 Nisan 2015 20:30 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN BACIM ELLERIN DERD GORMESIN ALLAHUMME SALLI ELA MUHEMMEDIN VE ALI MUHEMMED
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ewqi_Kerbela | Status: İstifadəçi Offline | 25 Nisan 2015 13:31 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allah razı olsun bacım  Əlhəmdulillah Əlhəmdulillah Əlhəmdulillah  İlahi!!Sənin,Rəsulunun (s)Əhli-beytin (ə)Qurani-Kərimin sevgisi bizim fitrətimizdədi...Allahım minətdaram nə böyük nemət vermisən bizlərə....Pərvərdigara yalvarıram biz günahkarları bağışla Sən Ərhəmər Rahiminsen...

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.