Rəhman Allahın əzabla nə işi!
Belə bir şübhə də ola bilər ki, Öz bəndələrinə mehriban, rəhmli Allah belə qorxulu əzabları onlara necə rəva bilər?
Cavab budur ki, Allahın lətif sifətləri olduğu kimi, qəhr, qəzəb sifətləri də vardır. Behişt Onun lütfünün məzhəridirsə, Cəhənnəm də Onun qəhrinin zühur yeridir. Məhz rəhməti qəhrinə qalib olduğundan, Allah-Taala kimsənin kafir olmasına, Cəhənnəmə getməsinə razı deyil. Amma əgər insanlar özləri alova üz tutarlarsa, Allah onların qarşısını almır. Bu Onun hikmətinə zidd olardı. Çünki, Allah insanların Ona iman gətirmələrinə möhtac deyil.
Məcburi tövbə kara gəlməz
Allah-Taala insanlara Öz rəhmətinə görə deyilən əzablardan qurtuluş qapısı qoyub. Ömrün axır ləhzəsinə qədər bu qapı açıqdır. Lakin Allah, Onun bu rəhmətindən üz döndərənləri tövbəyə məcbur etmir. Çünki, məcburi tövbə tövbə deyil. Bəli, Allah Rəhman və Rəhimdir. Öz rəhmətinə görə də vacib və müstəhəb əmrlər verib. Yə᾽ni Behiştə daxil olmaq üçün hazırlığa aparan yol göstərib. Eləcə də, bütün haram və pis əməlləri nəhy edib. (Yə᾽ni Allahdan uzaqlığa, şeytana yaxınlığa səbəb olan işlərdən kənarlaşmağımızı istəyib.) Həqiqətdə isə bütün ilahi vəzifələr Onun geniş rəhmətindəndir. Diqqətli olun ki, vəzifələrinizin icrasında süstlük olmasın. Əgər bir vəzifəni ötürüb, icra etmiriksə, həmin qədər də ilahi rəhmətdən məhrum oluruq.
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb