İlahi rəhmət
Əgər insan qəflət və azğınlıq səbəbindən günahlara yol vermişsə həqiqi tövbə yolu ilə bağışlanıb, ilahi rəhmətə qovuşa bilər. Əgər insan cümə axşamı "Kumeyl” duasını oxuyub tövbə edərsə rəhmət yağışının nazil olduğu bu gecədə hökmən bağışlanar. "Zumər” surəsinin 53-cü ayəsində oxuyuruq: "Ey özünə israfı rəva bilənlər, Allahın rəhmətindən mə`yus olmayın. Heç şübhəsiz, Allah bütün günahları bağışlayır. Doğrudan da O, bağışlayan və mehribandır.” Qur`ani-Kərimdə Allahın rəhmətindən danışan ilahi ifadələr çoxdur: "O Allah bağışlayan və rəhimdir.” "Allah Öz bəndələrinə qarşı mehribandır.” "Allah sizi Öz icazəsi ilə Cənnətə bağışlanmağa çağırır.” "Həqiqətən Allah bağışlayan və həlimdir.” "Allah böyük mərhəmət, ne`mət sahibidir.” "Allah əfv edən və bağışlayandır.” "Allah tövbələri qəbul edən və bağışlayandır.” "Allah rəhimlilərin ən rəhimlisidir.”"Həqiqətən, sənin Rəbbin çox bağışlayandır.” Bu ayələrə diqqətlə nəzər saldıqda mə`lum olur ki, Allaha üz tutub günahlara görə tövbə etmək vacib, Onun rəhmətindən ümidsizlik isə haram və böyük günahdır.
Rəhmət haqqında dastanlar
Bir rəvayətdə buyurulur: "Qiyamət günü bəndə hesab yerinə gətirilər. Günahla dolu əməl naməsi onun sol əlinə verilər. Bəndə bu naməni əlinə alarkən adəti üzrə "bismillah” deyər. Allahın rəhmətinə ümidlə naməni açdıqda onu ağ görər və deyər ki, burada bir şey yazılmayıb. Mələklər cavab verərlər ki, bu kitabda günahların yazılmışdı, amma Allah-Taala öz rəhmətinə görə onları məhv etdi.”
Kitabın adı: Kumeyl duasının şərhi (1-ci cild)
Müəllif: Hüseyn Ənsarian
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.