Allahın sonsuz rəhməti
Sual : Quranın hansı ayəsi günahkarlara daha çox ümid verir?
Cavab: Allah-taala "Zumər" surəsinin 53-cü ayəsində məhəbbətinin, lütfünün və rəhmətinin sönsuzluğundan danışır və bütün günahların əfv olma fərmanını vermişdir. Buyurur:
قُلْ یا عِبادِیَ الَّذِینَ أَسْرَفُوا عَلى أَنْفُسِهِمْ لاتَقْنَطُوا مِنْ رَحْمَةِ اللّهِ إِنَّ اللّهَ یَغْفِرُ الذُّنُوبَ جَمِیعاً إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِیم
"De: «Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları bağışlayır. Çünki bağışlayan və mehriban Odur!”
Əgər bu ayənin ifadələrinə diqqət etsək, görərik ki, o, bütün günahların bağışlanması ilə bağlı ən ümidverici Quran ayələrindən biridir. Bu ayənin mənası o qədər böyükdür ki, Əmirəl-möminin (ə) buyurur:
ما فِى القُرْآنِ آیَةٌ أَوْسَعُ مِنْ یا عِبادِىَ الَّذِیْنَ أَسْرَفُوا...
"Quranın ayələrinin arasında bu ayədən geniş mənalı ayə yoxdur.”
Buna dəlil olaraq aşağıdakıları qeyd edirik:
1. «یا عِبادِىَ»(Ey Mənim bəndələrim) ifadəsi ilə başlaması Allahın lütfünü göstərir.
2. "Zülm, günah və cinayət” kəlmələrinin yerinə "israf” kəlməsini işlətmək də Allahın başqa bir lütfüdür.
3. «عَلى أَنْفُسِهِم» (özlərinə) ifadəsi onu göstərir ki, insanların günahı Onun özünə qayıdır. Bu da Allahın lütfünə digər bir işarədir. Necə ki, ürəyi yanan ata öz övladına deyir: "Özünə bu qədər zülm etmə!"
4. «لاتَقْنَطُوا»(Məyus olmayın) ifadəsi, "qunut” (kökündəndir) və "xeyirdən məyus olmaq" mənasında olduğundan dəlalət edir ki, günahkar Allahın lütfünə ümidsiz olmamalıdır.
5. «لاتَقْنَطُوا»(Məyus olmayın) cümləsindən sonra gələn «مِنْ رَحْمَةِ اللّهِ» (Allahın rəhmətindən) ifadəsi Allahın özünün xeyir və məhəbbətinə daha da təkid etməsidir.
6. «إِنَّ اللّهَ یَغْفِرُ الذُّنُوبَ»(Həqiqətən, Allah günahları bağışlayandır) cümləsinə çatan vaxt cümlənin təkid hərfi (innə) ilə başlamasını görürük. «الذنوب» (لام) Əz-Zunub sözündəki əlif və lam hərfi istisnasız olaraq bütün günahları əhatə edir.
7. (cəmiən) «جَمِیْعاً»kəlməsi də təkid kəlməsidir və birinci təkid cümləsinə əlavə olaraq, ümidvarlığı kuliminasiya mərhələsinə (zirvə nöqtəsinə) çatdırır.
8 və 9. Allahın ümid sifətlərindən olan "rəhim” və "ğəfur” kəlmələrini vəsf etdikdə, məyusluğa və ümidsizliyə yer qalmır. Bəli, elə buna görə də, yuxarıdakı ayə Quranın ən geniş ayələrindəndir və bütün günahları əhatə edir. Həqiqətən də, sonsuz lütf və naməhdud feyzlə dolu olan Allahdan bundan başqa bir şeyi gözləmək olmaz. Rəhməti qəzəbinə üstün gələn, rəhməti üçün bəndələrini yaradan və qəzəbi üçün deyil mehribanlığı üçün rəhmətini yağdıran Allah daha böyük və ucadır. Allah mehriban və bağışlayandır.