Quranın ən böyük ümid verici ayəsi
Qeyd etdiyimiz "Hud" surəsinin 114-cü ayəsinin təfsirində "Məcməul-bəyan" təfsirinin müəllifi (Təbərsi), Əmirəl-möminin Əli (əleyhissalam)-dan maraqlı bir hədis nəql edir.
"Günlərin birində Həzrəti Əli (əleyhissalam) cəmiyyətə üzünü tutub soruşur: Bilirsiniz, Quranda ən ümidverici ayə hansıdır? Bəziləri dedilər: Budur: "Şübhə yoxdur ki, Allah özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlayar.”(Nisa surəsi, ayə:48 )
İmam buyurdu: Yaxşıdır. Amma, mən istədiyim ayə deyil.
Bəziləri dedilər: Bu ayədir: "Hər kəs pis iş gördükdən və ya zülm etdikdən sonra Allahdan bağışlanmasını dilərsə, Allahın bağışlayan və mərhəmətli olduğunu görər.”(Nisa surəsi, ayə:110)
İmam yenə buyurur: Mən istədiyim ayə deyil. Bəziləri
dedilər: Bu ayədir: "De ki: Ey özlərinə zülm edən bəndələr! Allahın rəhmətindən ümidinizi üzməyin!”(Zümər surəsi, ayə:53 )
Həzrət buyurur: İstədiyim ayə deyil!
Əhali soruşur: Bəs hansı ayədir?
Həzrət buyurur: Ən ümidbəxş ayə, bu ayədir:
"Namazı gündüzün iki başında və gecənin əvvəlində qıl«"(Məcməul-bəyan, cild. 5, səh. 201 )
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi