Qəlbi şikəstə, hali pərişan dayanmışam.
***********************************
Rəhm eylə, mərhəmət qapını aç bu bəndənə,
Ümidi məğfirətdə nigaran dayanmışam.
***********************************
Hər kimsənin bir hacəti var, məndə gəlmişəm,
Oldum İlahi süfrənə mehman dayanmışam.
************************************
"Ya mən ileyhi yəhribu əlzahidun" - deyib,
Fəryadi-zikri ilən dili nalan dayanmışam.
**********************************
Hər bir qulun günahını sənsən bağışlayan,
Rəhmət qapında məndə peşiman dayanmışam.
**************************************
Qorxum budur ləyaqətim olmaz dua edəm,
Rədd eyləmə duamı hərasan dayanmışam.
***********************************
Bu Leylətül-Qədiridə əhya tutub, qoyub,
Sidq ilə başim üstünə Quran dayanmışam.
*********************************
Sənsən İlahi əfv eləyən hər xətaları,
Əfvinlə mərhəmət elə ehsan, dayanmışam.
*********************************
Dərgahinə təvəssül edib səslərəm səni,
Həqqi vilayəti-Şəhi-Mərdan dayanmışam.
*******************************
"Fuztu birəbbi Kəbə" - dedi səcdədə Əli,
Başindən oldu qanına qəltan, dayanmışam.
***********************************
Mövla Əlinin hörmətinə bu Fədaini,
Əfv et, behəqqi Şafei üsyan dayanmışam.
*********************************