Həzrəti Əli (ə)-ın Fatimeyi Zəhra (s.ə)-nın qəbri üstündəki zəban halı
Bəqiyə xəstə gəlmişəm, Qəlbi şikəstə gəlmişəm
Məzarın üstə gəlmişəm, Məni qocaltdı ölməyin
Məhəllədə döyülməyin, Qapı dalında qalmağın
Qəmində sinə dağlaram, Dizlərimi qucaqlaram
Tək oturub tək ağlaram
Yaralı Zəhra, vəfalı Zəhra (4)
***
Qəmində sinə dağlaram, Tək oturub tək ağlaram
Dizlərimi qucaqlaram, Yaralı Zəhra, vəfalı Zəhra
***
Bəqiyə xəstə gəlmişəm, Qəlbi şikəstə gəlmişəm
Dözəmmirəm fəraqüvə, Möhsini al qucaqüvə
Vəfalı Zəhra, yaralı Zəhra
***
Ey gülü-bixari Əli, Yarü-mədəd kari Əli
Bəqiyə xəstə gəlmişəm, Qəlbi şikəstə gəlmişəm
Qəbrüvün üstə gəlmişəm
***
Dözəmmirəm fəraqüvə, Dur nəzər et qonaqüvə
Möhsini al qucaqüvə, Var yeri aləmi pozam
Fatimə cani yalqızam
***
Köməksizəm adamsızam, Bax qəmimə məlalim
Gözdəki əşgi halimə, Ağla mənim bu halimə
Adamsızam, admsızam
***
Hər gecə sinə dağlaram, Dizlərimi qucaqlaram
Tək oturub tək ağlaram, Ey məni bi kömək qoyan
Qüssəli dəhridən doyan, Bikəs əmoğlunam oyan