Fani dünya
Axirət yox, bu cahan mülkü fəna mənzilidir,
Yarananlarsa onun növhə deyən bülbülidir.
***********************************
Kim gəlib axıracan tutdu cahanı, söylə,
Niyə dünya hamı üçün bu qədər sevgilidir.
************************************
Bu fəna mənzilinin aşiqidir cahillər,
Arif üçün buranın eyşi əza məhfilidir.
*******************************
Nə fərəhlə yapışıbsan qədəhindən sən onun,
Bilməyirsən, bu qədəh aşiqi-zarın gilidir?
**********************************
Lalə tək qırmızı mey sanki piyaləndə sənin,
Mən kimi aşiqi-zarın bəli, xuni-dilidir.
*********************************
Deyirəm könlümə, sus, bəsdi, danışma bir də,
Başına hər kəsənin məncə bəla öz dilidir.
*************************************
Dün soruşdum, dedilər, Maili, çoxdan keçinib,
Qırxı çıxmış, neçə gündən sora hətta ilidir.
***********************************
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.