Dünya, nə rəiyyət, nə də bir hakimə qalmış
Ey dil, soruşsalar ki, bu dünya kimə qalmış?
Dünya, nə rəiyyət, nə də bir hakimə qalmış.
*************************************
Hər kəs neçə gün dəhrə gəlibsə, geri dönmüş,
Nə cahilə bu mülk, nə də alimə qalmış.
***********************************
Köçmüş buradan adil olan vaxtı çatanda,
Heyfa ki, onun mülkü sora zalimə qalmış.
**************************************
Əmma ki, cəhan zalimə də rəhm elənibdir,
Viran eləyib mülkünü, bir qaimə qalmış.
************************************
Xidmətləri ilə olunur yad hər insan,
Zənnimcə, cahan ali olan xadimə qalmış.
*********************************
Qalsaydı cahan, Rüstəm ilə Zalə qalardı,
Qalmıyıb onlara, söyləyin, aya, kimə qalmış?
***********************************
Pozmuş bütün aşiqlərin əhvalını, öncə,
Mail, mənə dəymir, görünür, halimə qalmış.
*************************************