Allah aşiqi
Allah sevgisiylə ağlayan bir göz,
Ey Allah aşiqi axıracan döz.
Aldanma şeytanın şirin sözünə,
Hər vaxt ibadətlə görün gözünə.
Unutma Allahı heç vaxt dünyada,
Səni Yaradanı tez-tez sal yada.
Birinci Allahı dərk eylə tanı,
Həmişə sadə ol, tutma ad-sanı.
Təkəbbür görsədib, dərinə getmə,
Şeytan baxçasında qızıl gül əkmə.
Quranla yoldaş ol hər an hər saat,
Eşit sözlərimi ötər bu həyat.
Bir anda ötürmə vaxtı, vədəni,
Gözlərin görmürmü gəlib-gedəni,
Üç günlük dünyaya salma tamahı,
Dünyanı sevənlər çəkəcək ahı.
Qüsul ver, tövbə et dayanma bir an,
Nə qədər yatassan ay qafil insan.
Elə ki ayıldın, başla namaza,
Qızıl gül eşqiylə çıxarsan yaza.
Dünya imtahandı hərəyə bir cür,
Kiminə əzab verir, kimini güldürür.
Amma əzablara dözəsən gərək,
Hərdən ağlayanda güləsən gərək.
Hüseyn deyəndə gözlərin dolsun,
Kərbəla deyəndə bənizin solsun.
Qardaş nə deməkdir dedi Kərbəla,
Mömin nə deməkdir, dedi Kərbəla.
Bir düşün Kərbəla nədir?
Kərbəla deyəndə bilinsin Qədir.
Qədir gecəsinin yayı Kərbəla,
Gəlməyib dünyaya tayı Kərbəla.
Şəhidi Kərbəla Əbbasım gedib,
Əkbərim,Əsğərim Qasimim gedib.
Kamillik zirvəsin gösdərdi onlar,
Allah aşiqləri belə olarlar.
Onlar şəhid oldu, İslam şəhidi,
Şəhidin son sözü axı nə idi?
Onların son sözün deyəcəyəm mən,
Allah sevgisiylə öləcəyəm mən.
Yaşa Allah üçün, öl Allah üçün,
Axı bu dünyaya gəldin nə üçün?
Birdə ki, düşünmə öldüm qurtardı,
Axı bu dünyadan kim nə apardı?
Ölərkən qəbirdə ayılır insan,
Neyləsən geriyə qayıtmaz zaman.
Bütün əməllərlə cavab verərsən,
Kim bilir,ağlarsan yoxsa gülərsən.
Budur şəhidliyin bax son sözü,
Allahı sevənin kor olmaz gözü.
Aşiq, onlara ağla əbədi,
Huseyn əbədi, Əbbas əbədi.
Nə qədər dünya var yaşayacaqdır,
Kərbəla şəhidi, Allah şəhidi.
Mənimsə bu şeyir hədiyyəm olsun,
Kim hidayət olsa mübarək olsun.