İmam Zaman (ə.f)-in intizarında
Yenə daldın xəyalə ey könül, matəm otağında,
Durubdur möhnəti-hicran solunda, qüssə sağında.
****************************************
Nədən qəmnaksən bilməm, açılmır çöhreyi-zərdin,
Nələr keçmiş xəyalından, nələr var iştiyağında.
****************************************
Səninlə dərdimiz birdir, danış dərd əhliyəm mən də,
Mənim tək qovrulursan sən də bir dilbər fərağında.
****************************************
Yetişdi zülm əflakə, yetiş imdadə, ey şahım,
Həmişə intizarla axtarıb, gəzdik sorağında.
***********************************
Rəvadırmı qalıb bülbül qəfəsdə nalələr çəksin,
Rəvadırmı qara qarğa dolansın eşq bağında?
************************************
Gərək bayquş gedib viranələr küncündə ömr etsin,
Gərək bülbül vurub cəh-cəh, otursun gül budağında.
******************************************
Ədlət, mərifət, qeyrət, həqiqət axtaran yoxdur,
Kimi rütbə, kimi mənsəb, kimi şöhrət marağında.
****************************************
Kimi sərbəstliyi azadəlik bilmiş, ömür sürmüş,
Kimi rahətlik istər ömr edə, çeşmə qırağında.
***************************************
Əgər azadəlik istərsə bir millət, yəqin bilsin,
Gərək Allahu Əkbər zikr ola xalqın dodağında.
***************************************
Çırağın yandır, ey dilbər, ürəkdən razıyam bilah,
Mənim qanımla qoy yansın sənin piltən çırağında.
*****************************************
Rəva bilmə cəmalın həsrətilə can verəm, ey dust,
Mənimçün bəxtəvərlikdir, əgər ölsəm qabağında.
*****************************************
Nədir qəlbimdəki atəş, yanırsan şəm-i tək Mahir,
Nə həsrətdən donub bir damla yaş qalmış yanağında.
*******************************************