"Fərəcin intizarında" şeirlər silsiləsindən...
Sənsiz bu könül dəhridə xəndan ola bilməz,
Viranədə əlbətdəki səhman ola bilməz.
Hicran qəmi salmış məni bir dərdü-azarə,
Bir dərd ki, heç vəch ilə dərman ola bilməz.
Çarə edə çox qəlbimi incitdi təbibim,
Çün bilmədi qəmxanədə ümran ola bilməz.
Çox naz dən aşiq usanar, böylə deyirlər,
Naz eyləyər aşiq, belə böhtan ola bilməz.
Nazın çəkərəm, hər nə qədər naz eləsəndə,
Eşqimdə mənim zərrəcə nöqsan ola bilməz.
Dərgahini mən vadiyi-Mina kimi bildim,
İzn olsa mənim tək sənə qurban ola bilməz.
Akif səni gözlər bir ömür heç də usanmaz,
Vallahi ki, vəslin kimi rizvan ola bilməz.
Ey nigarım gəl qutar, nolur bu həsrətdən məni,
Qalmadı səbru-qərarım, salma taqətdən məni.
Kəbeyi-kuyin təvaf etmək dilər könlüm mənim
Gəl yetiş, mən eyləmə zikrü ibadətdən məni.
Ol mələk simanı görmək Eydi-Əzhadır mənə,
Başimi etsən qəbul bil ki, kifayətdir mənə.
Gərdişi-dünya məni məxmur edibdir dərd ilə,
Baz qıl, murği-dilim, qurtar əsarətdən məni.
Çün səri-kuyində can vermək məazımdır mənim,
Qismət olsa qəbridə nadidə xələtdir mənə.
Bak etməzdim nə qəbrü-atəşi-niranidən,
Bir kərə gər söyləsən Akif əmanətdir mənə.