Bəzənmış özgə zövq ilə nə qədri sərvqamət var
Yenə hansı xəbərdən şadlıq eylər böylə ariflər
Bütün üzlərdə baxsan həm, lətafət həm məlahət var.
Bu gün əhli uətalərçün gəlibdir müjdə çənnətdən
Bu gün dünyayi rəhmətdən böyük lütfi inayət var.
Bu gün bayram edər göydə mələklər yerdə insanlar
Bu gün ali əbanın gülşənində bir təravət var
Kimin qundağıdır göylərdə Cəbrail qucağında
İlahi, hansə insanda bu mənsəb, bu şərafət var
Sevin ey dilki, mövludi Hüseyni Kərbəladır bu
Onun haqqında dillərdə gəzən bir çox hekayət var.
Bu möbla hikmətindən dərs alıbdır cümlə aqillər
Vüsalə yetməyə ancaq bu yolda istiqamət var
Muradın kamə yetməksə Huseynin məktəbindən keç
Bu məktəbdə həqiqət tapmağa ancaq hidayət var
Vəfadan dönmədin can qoydun ey qeyrətli sultanım
Səna canın fəda edər yəqin hər kəsdə qeyrət var
Keçib başdan qanınla vermisən su nəxli İslamə
Səbəb sənsənki dünyadə bu gün din var, ibadət var
Onunçün Kəbədən səhrayi-eşqə üz çevirdinki
İbadətdə nicat varsa, şəhadətdə səadət var
Huseyni sevməyənlər qoy Cəhənnəm qorxusun çəksin
Huseyn aşiqləriyçün heç mnə məşhər nə qiyamət var
Fəqirəm,acizəm ruxsarını vəsf etməyə şahım
Nə dildə vəsfinə qüdrət,nə sözdə bir ləyaqət var.
Sənə qarşı məhəbbətdir məni dilləndirən yoxsa
Sənə layiq sözümdə nə bəlağət, nə fəsahət var
Bu naqis təbimə lütfi-Xudadən sayə düşsəydi
Çəkərdim nəzmə haqqında nə qədri söz rəvayət var.
Vəfasızlıq edib dil vermərəm bil özgə dildarə
Sənin eşqin kimi könlümdə gizlin bir əmanət var.
Günahın çoxsa Mahir get Huseynin damənindən tut
Qiyamətdən günahkarə bu mövladən şəfaət var.