Cəməl müharibəsindən bir xatirə
Cəməl müharibəsi hicri-qəməri tarixi ilə 36-cı ildə Bəsrə şəhərinin ətrafında İmam Əlinin qoşunu ilə Ayişə, Təlhə və Zübeyrin qoşunu arasında baş verdi. Müharibənin qızğın yerlərinin birində İmam Əli (ə) öz oğlu Məhəmməd Hənəfiyyəyə «hücum et!» fərmanını verdi. Düşmən tərəfindən atılan oxların sayı o qədər çox idi ki, Məhəmməd Hənəfiyyə hücum əmrini yerinə yetirmək üçün düşmən hücumunun dayanmasını gözləməli oldu. Lakin bu vaxt atasından yenidən hücum əmrini eşitdi. Məhəmməd Hənəfiyyə düşmən oxları altında əks-hücuma keçdi, lakin atılan oxlar onu irəli getməyə qoymadı. Həzrət Əli (ə) bunu gördükdə onun yanına gəlib dedi:
اَدْرَكَكَ عِرْقٌ مِنْ اُمِّكَ
«Bu (qorxaqlıq) anandan sənə irs keçib».
Haramdan doğulan uşağın əlamətləri
İmam Sadiq (ə) buyurdu:
Haramdan doğulmuş uşağın bir neçə əlaməti var:
1. Peyğəmbərin (s) nəsli olan biz Əhli-beytə düşmənçilik edər.
2. Yad qadınlarla kəbinsiz əlaqədə olmağa (zinaya) meyilli olar.
3. Dini yüngül sayar.
4. Camaatla pis rəftar edər.
Deməli, bünövrəsi qanunsuz işlə qoyulmuş şəxsdə, günaha və qanunsuz hərəkətlərə meyl daha çoxdur.
Bu bəhsdən belə nəticəyə gəlirik ki, «irsiyyət qanunu» islam dinində və müasir elmdə isbata ehtiyacı olmayan bir məsələdir. Yəni insanın qanunsuz yolla dünyaya gəlməsi onda günaha meylli olmağa və günah işlər görməyə zəmin yaradır.
Kitabın adı: Günahşünaslıq
Müəllif: Möhsin Qəraəti