152.Başçılıq
772. Başçılığın məzəmməti
2456. İmam Baqir (ə):«Baş olmağa çalışma, quyruq olarsan.»
2457. İmam Sadiq (ə):«İş başında olan rəislərdən uzaq olun. Çünki Allaha and olsun, ayaqqabılar bir kəsin arxasınca səs çıxardısa, ya onu həlak edər, ya da məhvə sürükləyər.»
2458. İmam Sadiq (ə):«Rəislik axtaran məhv olar.»
2459. İmam Rza (ə) bundan sonra bir kişinin adını çəkdi və dedi: «O, rəislik axtarandır. İki yırtıcı canavarın çobançız bir sürüyə hücum edən zaman vurduğu ziyan, rəisliyə çalışan adamın müsəlmanların dininə vurduğu ziyandan azdır.»
773. Rəhbərlik aləti
2460. İmam Əli (ə):«Rəhbərliyin aləti, sinənin genişliyidir.»
2461. İmam Əli (ə):«Səvaxətli insan ağalığa çatar, varlı isə rəyasətə.»
2462. İmam Sadiq (ə):«Başçılıq axtarırdım, onu Allah bəndələrinə xeyirxahlıq və nəsihət etməkdə tapdım.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild