345. Tənbəllik
1589. Tənbəllik
5535. İmam Əli (ə): «Uğurun afəti tənbəllikdir.»
5536. İmam Əli (ə): «Mömin qalası olanlara rəğbət göstərər, gedəsi şeylərdən isə üz döndərər. Tənbəllikdən uzaq, həmişə canlı və çalışqandır.»
5537. İmam Əli (ə): «Tənbəllik axirəti puç edər.»
5538. İmam Əli (ə): «Kim süstlüyə tabe olsa, haqqını puç edər.»
5539. İmam Əli (ə): «Tənbəllik süstlükdən törəyər.»
5540. İmam Əli (ə): «Əzm və iradə ilə süstlüyə qarşı mübarizəyə çıxın.»
5541. İmam Əli (ə): «İşi gecikdirmək tənbəlliyin nişanəsidir.»
5542. İmam Baqir (ə): «Tənbəllik dinə və dünyaya ziyan vurar.»
5543. İmam Baqir (ə): «Mən dünya işlərində tənbəllik edənə və ya edənlərə nifrət edirəm. Dünyasının işlərində tənbəl olan, axirət işlərində ondan da tənbəl olar.»
5544. İmam Sadiq (ə): «İşin düşməni tənbəllikdir.»
5545. İmam Sadiq (ə) (Öz övladlarından birinə):–«Tənbəllikdən və hövsələsizlikdən çəkin. Çünki bu iki sifət səni dünya və axirətdən bəhrəsiz qoyar.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild