Günahların tanımağın daha bir yolu
Qur’anda 18 qrup şəxslərə, etdiyi günahlardan ötrü lə’nət göndərilib.
«Lə’n» sözü əslində rəhmətdən uzaqlaşdırmaq mə’nasını verir, lakin qəzəblə birlikdə olsa.
Allahın rəhməti bütün şeylərə şamil olur. Belə ki, "Ə’raf» surəsinin 152-ci ayəsində buyurur:
وَرَحْمَتِي وَسِعَتْ كُلَّ شَـْيء
«Və Mənim rəhmətim bütün şeyləri əhatə edib».
Lakin buna baxmayaraq, bə’zi insanlar özlərinin pis və yaramaz əməllərinin nəticəsində elə bir məqama çatırlar ki, (okeanın ortasında qalan, lakin içinə bir damla su da keçməyən top kimi) Allahın rəhmət dəryasında onlara rəhmət nəsib olmur.
Qur’anda lə’nətlənmiş şəxslər bunlardır:
Kafirlər və müşriklər, inadkar yəhudilər (haqqı inkar edib bütpərəstlərlə saziş etdiklərinə görə), mürtədlər, hiyləgər qanun pozanlar, əhd-peyman pozanlar, haqqı gizlədənlər, kafir şahlar (yer üzündə fəsad törətdiklərinə görə), iki üzlü münafiqlər, qatillər, iblisə, itaət edənlər ismətli qadınlara böhtan atanlar, düzgün yol tutan dövlət rəhbərləri ilə müxalifət edənlər, yalan şayiə yayanlar, qəlbləri, niyyətləri pak olmayan şəxslər və yalan danışanlar.
Peyğəmbərimizin (s) və İmamlarımızın hədislərində də bə’zi şəxslərə lə’nət göndərilib. Məsələn: Səmavi kitabları təhrif edib dəyişdirən və ona başqa şeylər artıranlara;
Allahın qəza və qədərini qəbul etməyənlərə;
Peyğəmbərimizin (s) Əhli-beytinə hörmətsizlik edənlərə;
Ön cəbhədə vuruşan əsgərlərə göndərilən yardımı mənimsəyənlərə;
Camaatı yaxşı işlərə, hidayət yoluna də’vət edib özü bu işləri etməyən, yaxud camaatı pis işlərdən çəkindirib, özü isə pis işlə məşğul olan adamlara.
Kitabın adı: Günahşünaslıq
Müəllif: MöhsinmQəraəti