» » Giriftarçılıqların səbəbi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Giriftarçılıqların səbəbi
+10
Müəllif: Elya | 11-11-2014, 19:00 | Baxılıb: 933

Giriftarçılıqların səbəbi

 
İndi isə bu giriftarçılıqların səbəbini araşdıraq.
Qurana nəzər salanda görürük ki, bu giriftarçılıqların səbəbi bizim keçmişdəki xoşagəlməz əməllərimizdir. Məsələn, Şura surəsinin 30-cu ayəsində buyurulur: "Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır və Allah (günahlardan) çoxlarını əfv edər”.
Bu və buna oxşar ayələrdə müsibətlərin səbəbləri kimi keçmişdə baş vermiş günahlar göstərilir. "Rum” surəsinin 41-ci ayəsində buyurulur: "İnsanların öz əlləri ilə etdikləri pis əməllər üzündən suda və quruda fəsad və giriftarçılıq əmələ gələr ki, Allah (bununla) onlara etdikləri bəzi günahların cəzasını daddırsın və bəlkə onlar (tövbə edib pis yoldan) qayıdalar”.
Bu ayəyə əsasən yerdə və quruda baş vermiş bəlalar həm əməllərin cəzası, həm ibrət almaq və həm də günahkarların tövbə edib Allaha tərəf qayıtmasına görədir. "Bəqərə” surəsinin 155-ci ayəsində buyurulur: "Əlbəttə, Biz sizi bir az qorxu, bir az qorxulu müharibələr, bir az aclıq (qıtlıq), bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. Səbir edənlərə müjdə ver”.
Bu ayəyə əsasən də müxtəlif giriftarçılıq və bəlaların səbəbi insanın imtahan olunmasıdır. "Ənkəbut” surəsinin 2-ci ayəsində buyurulur: "İnsanlar (iman gətirdiklərini) güman edib onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar?”
"Fitnə” kəlməsi qızılı oda qoyub, onun xalisini qatqısından ayırd etmək mənasını ifadə edir. Daha sonra bu söz hər cür zahiri və batini imtahana da deyilib. Beləliklə, aydın olur ki, insan həmişə fitnə və imtahan arasındadır. Həzrət İmam Əli (ə) giriftarçılıq barəsində buyurub: "Pərvərdigara! Sənə fitnədən (imtahandan) pənah aparıram, deməyin. Çünki imtahan olunmayacaq kəs yoxdur. Lakin hər kəs Allaha pənah aparmaq istəsə, doğru yoldan azdıran fitnələrdən Allaha pənah aparsın. Allah-təala (Qur`anda "Təğabun” surəsinin 15-ci ayəsində) buyurur: "Həqiqətən, mal-dövlətiniz və oğul-uşağınız sizin üçün ancaq bir sınaq vasitəsidir”. Bu cümlənin mə`nası budur ki, Allah insanları mal-dövlət və oğul-uşaqla imtahan edir ki, verdiyi ruzidən narazı qalan və şükr edib razı olan kəslər tanınsınlar. Hərçənd ki, Allah insanlara onların özlərindən daha agahdır, lakin bu imtahan və sınaq, mükafat və cəzaya layiq olan əməllərin aşkar olunması üçündür”.
Digər tərəfdən, rəvayətlərdə bəlaların səbəbi bə`zən imtahan, bə`zən əməlin cəzası, bə`zən də keçmiş günahların bağışlanması, bə`zən isə (Allah övliyalarının bəlaları kimi) mə`nəvi dərəcənin artması kimi qeyd olunur. Bütün ayə və rəvayətlərdən belə nəticə çıxarırıq ki, bəlaların səbəbləri aşağıdakı beş haldır:
Keçmiş əməllərin cəzası.
Pis yoldan qayıtmaq və tövbə etmək vasitəsi.
İmtahan və sınaq. Özünü tanısın ki, imtahanın öhdəsindən necə gələ bilir.
Keçmiş günahların bağışlanması.
Mə`nəvi məqam və dərəcənin artması.
Beləliklə, biz öz araşdırmalarımızda bəlaların səbəblərini anladıq. Bəla üz verdikdə gərək dözümsüz olmayaq. Əksinə, səbir və müqavimət göstərməklə Allaha xatir özümüzü onların çətinliklərinə öyrəşdirsək və bu yolda polad kimi iradəli olsaq, çox tə`siri olacaq. "Bəqərə” surəsi 155-ci ayənin davamında buyurulur: "Səbir edən şəxslərə müjdə ver”.
"O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman "Biz Allahın bəndələriyik və (öləndən sonra) Ona tərəf qayıdacağıq” deyirlər”.
Allahın lütf və mərhəməti bu cür insanlara şamil olacaq və belə insanlar doğru yolda olanlardır.

Mənbə: "İslamda qəhraman qadınlar" kitabı

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 1
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Rehime | Status: İstifadəçi Offline | 12 Kasım 2014 00:29 | İstifadəçi | Şərh yazdı
BACI ALLAH RAZI OLSUN REHIMLI ALLAHIM QARSINIZA HEMISE XEYIR CIXARSIN AMIN.

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.