» » Yaxşı işlərin məhv olması


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Yaxşı işlərin məhv olması
0
Müəllif: RuQeYyA | 25-04-2016, 10:00 | Baxılıb: 676
 

Yaxşı işlərin məhv olması

Günahın ən pis tə’sirlərindən biri də budur ki, insanın etdiyi yaxşı işləri də puça çıxardır. Yə’ni günahdan qabaq edilən yaxşı işlərə savab verilmir. Qur’anda 16 dəfə yaxşı işlərin puça çıxmasından söz açılmışdır. Bu ayələrə diqqət etdikdən sonra belə nəticə alırıq ki, küfr etmək, müşrik olmaq, ilahi ayələri təkzib etmək, məadı (ölümdən sonrakı həyatı) inkar etmək, mürtəd olmaq, peyğəmbərlərə qarşı əks mövqelərdə dayanmaq kimi günahlar insanın yaxşı işlərini Allah dərgahında puça çıxardar. Məsələn: Bir daşı yolun ortasından götürüb bir kənara atan şəxs sürücülərin rahatlığını tə’min etdiyinə görə yaxşı iş görübdür. Lakin bu şəxs bu xeyirxah işi gördükdən sonra yolu qazıb xarab etmişdirsə, bu vaxt onun etdiyi pis iş yaxşı işini də kölgədə qoyub məhv edir. Beləliklə, böyük günahlar insanın xeyirxah işlərini puç edir. İblis Allah qarşısında təkəbbür edib Allahın fərmanından çıxdığına görə altı min illik ibadətini məhv etdi. Deməli, günahkar şəxslər etdikləri yaxşı işlərə güvənə bilməzlər.

Günahın mə’nəvi təsirləri

Günahı təkrar etmək insanın qəlbini qaraldır, onu insani xislətlərdən çıxarıb heyvani xüsusiyyətlərə malik edir və başqa böyük günahlara zəmin yaradır. Misal üçün: birinci dəfə şərab içən şəxs müsəlman olduğu üçün çox çətinlik çəkir. İkinci dəfə isə bu iş onun üçün bir az asanlaşır. Amma bu işi çox təkrar etdikdən sonra şərab içmək onun üçün su içməkdən də asan olur. Deməli, günahı təkrar etmək, hətta böyük günahları da insan üçün asanlaşdırır. «Nəhl» surəsinin 108-ci ayəsində oxuyuruq:

اُولئِكَ الَّذِينَ طَبَعَ اللهُ عَلى قُلُوبِهِمْ وَسَمْعِهِمْ وَاَبْصارِهِمْ وَاُولئِكَ هُمُ الْغافِلُونَ

 «Onlardır (Kafirlərdir) ürəyinə, qulaqlarına, gözlərinə Allahın (qıfıl) vurduğu kəslər. Məhz onlardır qəflətdə olanlar».
«Səff» surəsinin 5-ci ayəsində oxuyuruq:

فَلَمّا زاغُوا اَزاغَ اللهُ قُلُوبِهُمْ

«Onlar haqq yolundan münhərif olan zaman, Allah da onların qəlbini dəyişdirdi».
«Rum» surəsinin 10-cu ayəsində oxuyuruq:

ثُمَّ كانَ عاقِبَةَ الَّذِينَ اَسائُوا السّوئا اَنْ كَذَّبُوا بِآياتِ اللهِ وَكانُوا بِها يَسْتَهْزِئُونَ

«Pis işlər görən şəxslərin əməli o yerə çatdı ki, Allahın (göndərdiyi) ayələri təkzib etdilər və onu məsxərəyə qoydular».
Bə’zi zalım şəxslərin çoxlu günah və zülm etmək nəticəsində, haqqı inkar edib kafir olması hallarına tarixdə çox rast gəlinibdir. Bunların hamısı günahın tə’siri nəticəsində baş verən hadisələrdir. Əksi isə belədir: yaxşı işlərlə və ibadətlə çoxlu məşğul olmaq, insanın ruhunu və qəlbini saflaşdırır. Bu barədə bir neçə hədisə diqqət yetirək:
İmam Sadiq (ə) buyurur:

ما مِنْ شَـْيء اَفْسَدَ لِلْقَلْبِ مِنْ خَطِيئة، اِنَّ الْقَلْبَ لَيُواقِعُ الْخَطِيئَةَ فَما تَزالُ بِهِ حَتّى تَغْلِبَ عَلَيْهِ فَيُصَيِّرض اَعْلاهُ اَسْفَلَهُ

 «Günahdan çox insanın qəlbini fasid (xarab) edən bir şey yoxdur. Qəlb günah edir. O günahı təkrar edir. Nəticədə alt-üst olur».
İmam Kazim (ə) buyurur:

اِذا اَذْنَبَ الرَّجُلُ خَرَجَ فِي قَلْبِهِ نُكْتَةً سَوْداءُ فَاِنَّ تابَ اِنْمَحَتْ، وَاِنْ زادَ زادَتْ حَتّى تَغْلِبَ عَلى قَلْبِهِ فَلا يُفْلِحُ بَعْدَها اَبَداً

«İnsan günah edən zaman onun qəlbində qara bir nöqtə yaranır. Bu günaha görə tövbə etməsə və etdiyi günahlarını artırsa, o qara nöqtə də böyüyüb ləkəyə çevrilir. Belə ki, axırda onun bütün qəlbi qaralır. Bundan sonra isə o daha səadətə yetişmir.»
İmam Əli (ə) buyurur:

ما جَفَّتِ الدُّمُوعُ اِلاّ لِقَسْوَةِ الْقُلُوبِ، وَما قَسَتِ الْقُلُوبُ اِلاّ لِكَثْرَةِ الذُّنُوبِ

«Təkcə qəlbin bərkliyi nəticəsində gözlərin yaşı quruyur. Qəlbin bərkliyi isə çoxlu günahların tə’siri nəticəsindədir»
Ümumiyyətlə, insanın başına gələn bütün mə’nəvi və cismi bəlalar, günahlardan qidalanır.
İmam Baqir (ə) buyurur:

وَما مِنْ نِكْبَة تُصِيبُ الْعَبْدَ اِلاّ بِذَنْب

«Bəndəyə yalnız günahdan ötrü narahatlıq və bəla yetişər».
 

Kitabın adı: Günahşünaslıq
Müəllif: Möhsin Qəraəti

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.