» » Bəzi mühüm nöqtələr


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6742

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6726

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Temmuz 2025    »
    PtSaÇaPrCuCtPz
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Bəzi mühüm nöqtələr
    +5
    Müəllif: Yusifi Zehra | 8-04-2015, 11:00 | Baxılıb: 1 484
     
     
    Bəzi mühüm nöqtələr
     
    1. Günahdan çəkinmək. İnsan günah barədə dərindən düşünməli və onun mahiyyətini dərindən dərk etməlidir. Etiqadımıza əsasən Allah bizi yaratmış, yaxşı və pis yolu tanıtdırmaqla hansını seçməyi öz ixtiyarımızda qoymuşdur. İnanırıq ki, bu dünyadan sonra başqa bir aləm də var və orada insan yaxşı əməllərinin mükafatını və pis əməllərinin cəzasını alacaqdır. Bu inam səbəbindən insan öz ömür sərmayəsindən lazımınca istifadə etməlidir. Biz bu dünyaya imtahan olunmaq, özünütərbiyə mərhələlərini keçib, kamilliyə çatmaq üçün gəlmişik. Ömrün nəticəsi əbədi behişt və ya cəhənnəmdir. İnsanın dünya həyatı körpənin ana bətnindəki həyatına bənzəyir. Körpə ana bətnində doqquz ay qalmaqla dünya həyatına hazırlaşdığı kimi, bizim də bu qısa dünya həyatımız əbədi bir həyat üçün hazırlıqdır. Sadəcə, ana bətnindəki körpədən fərqli olaraq, bizim dünyadakı təkamülümüz özümüzdən asılıdır. Eləcə də, körpənin gələcəyi dünya həyatı öz müddətinə görə bizim gedəcəyimiz axirət həyatı ilə müqayisə oluna bilməz. Din dünyanı özünütərbiyə məkanı kimi tanıtdırır. İnsan bu məkanda əbədi həyat üçün hazırlıq görməlidir. Dünya həyatına bu nöqteyi-nəzərdən baxanlar hər dəqiqəsini gələcək axirət dünyası üçün faydalı bilirlər. İstənilən hər hansı başqa bir nəzər və ya fəaliyyətsizlik əbədi bədbəxtliklə nəticələnir. Nöqsanları aradan qaldırmaq barədə düşünək. Müamilədən qazanc götürməmək, müamilədə zərərə düşməkdən fərqlənir. Birinci halda sərmayə yerindədirsə, ikinci halda sərmayə əldən çıxmışdır. Günah ikinci müamilənin oxşarıdır. Ömrünü əldən verib əbədi əzaba düçar olmaq!..
    2. Günahların kəmiyyətinə diqqət. Günahın çirkinliyini anlamış insan yol verdiyi günahları kəmiyyət cəhətdən hesablayıb onların nəticəsini aradan qaldırmaq üçün çalışmalıdır. Çıxış yolu günahı inkar edib unutmaq yox, Allah qarşısında etiraf etməkdir. Günahkar insan gün uzunu neçə dəfə qeybət etdiyini, neçə dəfə yalan danışdığını və başqa neçə günaha yol verdiyini dəqiq hesablaya bilməsə də günün neçə saatını günaha sərf etdiyini düşünüb saatlardan ibarət olan ömrün puça çıxmasından peşman olmalıdır.
    3. Günahların keyfiyyətinə diqqət. Günahlar keyfiyyətinə görə müxtəlifdir. Elə günah var ki, ona bir dəfə yol vermək yetmiş il başqa bir günaha yol verməyə bərabərdir. Günahın böyük-kiçikliyinə diqqət vermək zəruridir. Məsələn, bir çox rəvayətlərdə qeybət olduqca çirkin günah kimi təqdim olunur. Bunu da qeyd edək ki, günahı kiçik hesab etməklə onu davam etdirməyin özü böyük günah hesab olunur. Şeytanın hiylələrindən biri günahı insana kiçik göstərməkdir.
    4. Vacib buyuruqların icrası. İnsan diqqətli olmalıdır ki, Allahın vacib buyuruqlarını nəzərdən qaçırmasın. Namaz qılıb, oruc tutan oxucu «biz ki, vacibata əməl edirik» düşünərək arxayınlaşmasın. Bu arxayınlıq şeytandandır. Adətən, hər birimiz hansısa vacib bir buyuruğu nəzərdən qaçırırıq. Hətta daim fiqh, Quran və rəvayətlə məşğul olan şəxslər də hansısa vəzifəsindən qəflətdə qalır. Valideynə yaxşılıq, qohum-əqrəbaya baş çəkmək, möminin istəyini yerinə yetirmək və bir çox başqa vacib buyuruqların unudulması imanlı insan üçün böyük bəladır. İctimai və siyasi vəzifələr də nəzərə alınsa vəziyyət bir qədər də mürəkkəbləşər.
    Vacib dini vəzifələri nəzərdən qaçırmamaq üçün proqramlı bir həyat yaşamaq, vacib göstərişlərin yazılı qeydiyyatını aparmaq olduqca faydalıdır.
    5. Əməlin düzgün icrasına diqqət. Hər bir əməlin qəbulu üçün onun düzgün icra edilməsi şərtdir. Bəzən insan müəyyən bir vəzifəni yerinə yetirdiyi üçün xoşhal olsa da, həmin əməlin düzgün icrasına diqqətsizlik göstərir. Elə də olur ki, insan yerinə yetirdiyi vəzifəsinin ardınca elə bir iş görür ki, əvvəlki iş puça çıxır. Məsələn, namaz qılmaq vacib vəzifədir. Bəzən insan namaz qıldığı və cəmiyyət namazında iştirak etdiyi üçün sevindiyi halda düşünmür ki, bu namaz qəbul dərəcəsinə çatıb, yoxsa yox. Namazda riyaya yol verilibmi? Təkəbbür göstərməklə onu puça çıxarmamışdırmı? Minnət qoyduğumuz üçün verdiyimiz yardım hədər getməyibmi?… Bəli, əməlin qəbul olma şərtlərinə diqqət göstərmək lazımdır.
     
    Kitabın adı: Sadiq yol axtaranlar üçün İmam Sadiqin (ə) nəsihətləri
    Müəllif: Ustad Misbah Yəzdi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 5
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 9 Nisan 2015 02:11 | Redaktor | Şərh yazdı
    Mehriban ve bağışlayan Allah etdiyimiz günahları bağışlasın bizi doğru yoldan ayırmasın şeytanın hiylesinen qorusun Amin.Allah razı olsun bacı ellerin var olsun Allahın sevimli bendelerinen olasan İnşAllah.
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Sirli_melek | Status: İstifadəçi Offline | 8 Nisan 2015 22:47 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allah razi olsun  Allah bizderi ebedi heyatda canetde  ehlibeyt  awiqlerinin nokerlerinden edsin

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 8 Nisan 2015 19:41 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN.ƏHƏMİYYƏTLİ MÖVZUDUR
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ya Zehra | Status: İstifadəçi Offline | 8 Nisan 2015 12:44 | İstifadəçi | Şərh yazdı
    Allah razı olsun sizlerden , bu cox faydalı meslehetlere göre, bizlerin derinden fikirleşmesine yardımcı olursuz. Allah yar ve yardımcınız olsun ,amin inşeAllah.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Admin | Status: İstifadəçi Offline | 8 Nisan 2015 11:29 | Administrator | Şərh yazdı
    Allahumme salli ela Muhemmedin ve ali Muhemmed.Allah razi olsun.Aganin derslerinin hamisi deyerlidir
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.