144. Yumşaqlıq göstərmək
719. Yumşaqlıq göstərmək
Qur’an:
«İstərdilər ki, sən onlara qarşı yumşaqlıq göstərəsən ki, onlar da sənə qarşı yumşaqlıq göstərsinlər».
Hədis:
2257. İmam Əli (ə): «Sənin ən pis (din) qardaşın, sənin nəfsin (nöqsanların) barədə yumşaqlıq göstərən və sənin eyblərini sənə deməyən kəsdir.»
2258. İmam Əli (ə): «Kim öz nəfsinə qarşı yumşaqlıq göstərərsə, onu haram olunmuş səhlənkarlığa tərəf çəkər.»
2259. İmam Baqir (ə): «Allah-taala Şueyb peyğəmbərə (ə) vəhy etdi:Mən sənin xalqından yüz min nəfərə əzab verəcəm, onların qırx min nəfəri pis əməl sahibi, altmış min nəfəri isə yaxşı əməl sahibidir. Şueyb (ə) ərz etdi: Ey Rəbbim! Pis əməl sahibləri buna layiqdir, bəs yaxşı əməl sahibləri niyə? Allah-taala ona vəhy etdi ki, onlar günahkarlarla yumşaq rəftar etdilər. Mənim qəzəbimə xatir qəzəblənmədilər.»
720. Haqqda yumşaqlıq göstərməmək.
2260. İmam Əli (ə): «Haqla üzbəüz gələndə və haqq olduğunu biləndə onun barəsində səhlənkarlıq etməyin. Yoxsa, çox böyük ziyan görərsiniz.»
2261. İmam Əli (ə): «Öz canıma and olsun, haqqa qarşı çıxan və azğınlığa qərq olan kəslə müharibədə heç vaxt yumşaqlıq və zəiflik göstərmərəm.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild