Nemətlər başını qatmasın, diqqətin sahibxanada olsun
Nemət sahibini tanı
Hamımız İmam Zamanın (əc) süfrəsində əyləşmişik. "Əgər yer üzü bir gün imamsız qalsa, öz sakinlərini kamına çəkər”. ("Kəmalud-din və təmamun-nemət”, c.1, səh. 204.)
Əgər bir gecə evdə candan qonaq etsələr
Nemətə aldanma, sahibxanaya bax
Allah, bu aləm üçün sahib təyin edib. "Sahib Zaman” adı təkcə bir ləqəb deyil. Üstəlik, həqiqətdən də xəbər verir. O zamanın və zamaniyyətin sahibidir. Bütün kainat onun izni ilə hərəkət edir. Hər nəyimiz varsa, ondandır. Ona görə də onu tanımalıyıq və xatırlamalıyıq.
Nemət sahibini yad etmək
Deyilənlərə görə, günlərin birində Sultan Mahmud səhrada bir çobanı görür. Çobanın adı Ayaz idi. Sultan onun qabiliyyətli bir şəxs olmasını başa düşür. Əta ləyaqət qədərində olmalıdır. Kimə nə verilirsə, gərək onun qabiliyyəti qədərində verilsin. Əgər qabiliyyətindən artıq həddə verilsə, zay olacaq. Sultan, Ayazı saraya gətirib, onu sədri-əzəm təyin etdi və ölkənin bütün ixtiyarını ona tapşırdı. Bu məsələ sarayda uzun müddət izzət və ağalıqla yaşayan bəziləri üçün çox ağır gəldi. Necə ola bilərdi ki, sadə bir çoban bir dəfəyə belə bir məqama sahib olsun?! Bu həsədlər vardır. Xüsusilə də təbiətdə yaşayan insanın daxili şər və pisliklə doludur. Hədisdə buyurulur: "Şər və pislik hər bir insanın daxilində vardır”. ("Qurər əl-hikəm”, səh. 127.)
İnsan özünü nur altında qərar versə, bu pislik onun daxilindən təmizlənər. "Artıq Allah tərəfindən sizə bir nur gəldi”. ("Maidə” surəsi, ayə 15.)
Bu vaxt şər insanın daxilindən çəkilir və xeyirlə dolur. Amma insanı öz təbiətinə tapşırsan, daim öz həddindən xaric olacaq və işləri korlayacaq.
Xülasə, böhtan və iftira atıb dedilər ki, Ayaz öz məqamından sui-istifadə edib və sərvət toplayıb. Hər gün sübh otağa daxil olur və onu içərindən qıfıllayır, heç kəsin daxil olmasına icazə vermir. Onun bu otağa daxil olmasında bir sir vardır.
Bu söz Sultan Mahmuda ağır gəldi. Çünki o Ayazı çox istəyirdi. Gecə vaxtı müharibə sərdarları ilə otağın qapısını sındırıb otağa girdi. Gördülər, otaqda bir yapıncı və qoyun dərisindən hazırlanmış bir cüt çarıqdan başqa bir şey yoxdur. Sultan Mahmud, Ayazın gətirilməsini əmr etdi. Ayaz gəldikdən sonra sultan ondan soruşdu: - Ayaz, otağın içinə yapıncı və çarığı nə üçün qoymusan? Hamı da elə bilir ki, sən burada xəzinə gizlətmisən! Ayaz dedi: - Hər gün bu otağa daxil oluram və öz-özümə deyirəm: ey Ayaz, bir yapıncın və bir çarığın var idi. Bu mülk və səltənət sənin deyil. Olmaya, məğrur olasan, qəflətə düşəsən və tüğyan edəsən! Hər gün burada otururam və bir saat özümü nəsihət edirəm.
İnsanın vücudunun yoxsulluğu
İnsan özünü tapmalı və nəyin sahibi olduğunu bilməlidir. Allah ilk kəlamında buyurur:
«اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذي خَلَقَ*خَلَقَ الْإِنْسانَ مِنْ عَلَقٍ»
"Yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu! O, insanı laxtalanmış qandan yaratdı”. ("Ələq” surəsi, ayə 1-2.)
Yadına sal ki, qandan çarığı biz sənə geyindirdik. Sənin hətta, bu çarığın da yox idi.
Hər nə varındırsa, digər vadidən və həqiqət dəryasından gəlir. Bütün diqqətini həqiqət dəryasına yönəlt ki, özünü itirməyəsən, aludə olmayasan, həyatında puçluğa düçar olmayasan. İnsanın həyatı mənalı olmalıdır. Tövhid, übudiyyət və vilayət həyatın mənasıdır. Bunlar vasitəsilə insanın həyatı mənalanır. Bu üç mövzu bir-birinə bağlıdır. Bunlar, insanın həyatında icra olunsa, insan özünü anlayar, özünün heç nəyi olmamasını, məhz yoxsulluqda olmasını və canının məna aləmindən doldurulmasını başa düşər.
«وَكَأْسًا دِهَاقًا»
"(Təqvalıları) dolu qədəhlər gözləyir!” ("Nəbə” surəsi, ayə 34.)
Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu