Bir salavat on min salavata bərabərdir
Bir şəxs Sultan Mahmud Səbuktəkinin yanına gəlib dedi:- Bir neçə müddət idi ki, istəyirdim Allahın Rəsulunu yuxuda görüm və öz qəm kədərimi ona danışım. Bir gecə bu səadət mənə qismət oldu və Həzrətin mübarək kamil cəmalını yuxuda gördüm. Ona dedim: - Ya Rəsuləllah, min dirhəm borcum var və onu qaytarmağa qadir deyiləm. Qorxuram ki, əcəl yetişər və borc boynumda qalaq.
Həzrət (s) buyurdu:-Get Mahmud Səbuktəkinin yanına və o məbləği ondan istə.
Dedim:- Bəlkə o, mənə inanmadı və bir sübut istədi?
Buyurdu:- Ona de ki, əvvəlinci gecə 30 min, axırıncı gecə 30 min salavat mənə göndərin.
Sultan Mahmud bu yuxunu eşidən kimi ağlamağa başladı və bunu təsdiqləyərək onun borcunu ödədi. Əlavə olaraq min dirhəm də ona hədiyyə verdi.
Sultanın ətrafındakılar da təəccüb edərək dedilər: -Ey sultan , bu kişinin sözlərini necə təsdiqləyirsən?
Axı biz əvvəlinci və axırıncı gecə səninlə birlikdə olmuşuq. Sənin salavat göndərməyə məşgul oldugunu görməmişig. Əgər bir şəxs gecə- gündüz salavat göndərməklə məşğul olsa 60 min salavat salavat göndərə bilməz.
Sultan Mahmud dedi:- Mən alimlərdən eşitmişəm ki, hər kim bir dəfə salavat göndərsə 10 min salavat göndərmiş olur və mən də əvvəlinci gecə üç dəfə, axırıncı gecə də üç dəfə bu salavatı göndərirəm. Həzrət (s)- in xəbərini gətirən bu şəxs düz deyir. Mənim bu ağlamağım sevincdəndir.
"Allahummə səlli əla səyyidina nəbiyyina Mühəmmədin və alihi məxtulifəl mələvan və təaqubəl əsran və kərrək cədidan vəstəqbələl fərqədan və bəllig ruhəhu və ərvahə əhli bəytini minnit təhiyyəti vəssəlam."
Kitabın adı: Salavat, Çətinliklərin həllinin açarı (1-ci cild)
Müəllif: Əli Xəmseye Qəzvini