Naşükürlük
İnsan çox vaxt Allah-Taala və camaatla olan rabitəsində minnətdarlıq və təşəkkür etmir. Yəni Allah-Taalanın ona bağışladığı bütün bu nemətlərin müqabilində onların şükrünü yerinə yetirmir. Lakin balaca bir müsibətlə üzləşən kimi nalə çəkib fəryad salaraq nankorluq edir. Çox vaxt isə dostunda kiçik bir xatanı görməklə onun neçə illik yaxşılıqlarını yaddan çıxarıb daşa vurur.
Naşükürlük Quran dili ilə
Quran bu barədə belə buyurur:
"Yeri və asimanları yaradan, göydən sizin ruziniz üçün cürbəcür heyvan və meyvələr vücuda gəlsin deyə yağış nazil edən, Öz əmri ilə gəmiləri dəryaların üzündə və çayları isə yer üzündə sizin ixtiyarınıza qoyan, ayı və günəşi sizlərə itaətçi və qulluq edən qərar verən O Allahdır ki, Ondan hər cür nemətlər istədinizsə, sizə əta etdi. Belə ki, əgər Allahın sonsuz nemətlərini saymaq istəsəniz heç vaxt bacarmazsınız. (Bu qədər lütf və rəhmətə baxmayaraq) insan hədsiz küfr edən və zalımdır.”("Vəsailüş-şiə”, 14-cü cild, səh.11)
"Allahın haqqını olduğu kimi tanımadılar.”("İbrahim” surəsi, ayə:33-34)
"Ölüm olsun bu insana, nə qədər naşükürdür!”("Həcc” surəsi, ayə:74)
"İnsan dözümsüz yaranmışdır, ona şər və ya ziyan (müsibət) yetişən zaman pərişan və əgər nemət yetərsə təkəbbürlü olur.”("Əbəsə” surəsi, ayə:17)
Evdə naşükürlük
Hər halda nemət əlinə gələn zaman minnətdarlıq etməyib bəla və müsibətlə üzləşdikdə səbir və dözümünü əldən vermək insanın təbiətindən irəli gəlir.
Bu xoşagəlməz xüsusiyyət evdə də özünü büruzə verir. Sübhdən günortaya qədər işləyən qadının zəhmətlərini xörəyin bir az şor olduğuna görə heç edir. Əslində isə insan başqalarının səhv və nöqsanını onların yaxşılıqları müqabilində görməməzliyə vurub pislik üçün pərdə hesab etməlidir.
"Möminlər əfv və bağışlamağı özlərinə adət etməli, pisliklərdən keçməlidirlər. Məgər istəmirsizmi Allah da sizin haqqınızda məğfirət və ehsan etsin?! Allah-Taala mehriban və bağışlayandır.”
Əgər Allah-Taala eybləri örtməsəydi, camaatın hamısı bir-birindən qaçardılar. Çünki, o zaman Allahın camaatın gözündən gizlətmədiyi bütün pislik və günahlar hamı üçün aşkar olar, rüsvayçılıqlar baş verərdi.
Elə isə Allahın eybləri örtüb gizlətdiyi kimi biz də bir-birimizin xətalarını örtməliyik. Həmçinin gərək ailə mühitində bir-birimizin yaxşı və müsbət cəhətlərini nəzərə alaq. Əgər yoldaşımız xəstələnibsə səbir edərək naşükürlüyə yol verməməli, əksinə ona qarşı daha artıq vəfalı olmalıyıq.
Qadınlar da məişətdəki xoşhallıq, narahatlıq, nemət və bəlanı yaddan çıxarmamalıdır. Xoşbəxtlik, xoşhallıq, firavanlıq və nemətin bol olan vaxtı öz ərləri ilə çiyin-çiyinə olduqları kimi müsibət, fəqirlik və xəstəlik zamanı da onlara qarşı vəfadar olmalıdırlar.
Yaşayışda olan mühüm məsələlərdən biri də qadın və kişinin özlərini ruzigarın isti-soyuqluğu ilə uyğunlaşdırmasıdır ki, bir-birinə qarşı hər bir zaman vəfalı olub həyatın acılığına-şirinliyinə sinə gərsinlər. Eyni zamanda, kişi də gərək öz həyat yoldaşının ev və uşaqları idarə etməsinə qiymət qoysun və belə fikirləşməsin ki, uşaq saxlamaq və ya evdarlıq asan işdir; əksinə gərək belə işlərdə ona kömək etsin.
Kitabın adı: Ailə səadətinə necə nail olaq?
Müəllif: Ayətullah Hüseyn Məzahiri