» » Allah məhəbbətini qazanma yolu


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18485
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6723

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6707

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 1
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Ocak 2025    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Allah məhəbbətini qazanma yolu
+10
Müəllif: Fatimə Nuri Xuda | 24-07-2015, 22:00 | Baxılıb: 971
 
 
Allah məhəbbətini qazanma yolu 

a) Allahın nemətlərinə diqqət: İlahi məhəbbət insanı itaətsizlikdən uzaqlaşdıran səbəbdir. Bəlalar bizi bürüyən vaxt Allahla yaxınlığı qoruyacaq məhəbbəti necə əldə edək? Nə edək ki, hətta cəhənnəmə sürüklənən vaxt da ümidimiz Allahın mərhəmətindən üzülməsin?
Axirətdə belə bir hal əldə etmək mümkünsüzdür. Uyğun hal dünyada qazanılmalı, axirətdə özünü göstərməlidir.
İlahi məhəbbəti hansı yolla qazanmaq olar? "Əbu-Həmzə” duasında zikr olunduğu kimi imam Səccad belə ərz edir: "(Pərvərdigara) Əgər məhəbbətin qəlbimdən çıxmırsa, bunun səbəbi nemətlərini unutmamağım, günahlarıma pərdə çəkdiyini yaddan çıxarmamağımdır”. Deyilənlərdən aydın olur ki, qəlbində ilahi məhəbbəti yaşatmaq istəyən kəs daim Allahı və Onun nemətlərini xatırlamalıdır.
İslam Peyğəmbəri (s) buyurur:  "Allahı sevin, O sizi nemətləri ilə qidalandırır.” 
Qüdsi bir hədisdə nəql olunur ki, Allah-təala Musa ibn İmrana xitabən buyurdu: "Ey Musa, Məni xalqa sevdir” (bir iş gör ki, xalq Məni sevsin). Həzrət Musa (ə) ərz etdi: "Nə edim?” Xitab olundu: "Nemətlərimi onlara xatırlat”.
İnsan qarşı tərəfdən lütf görəndə təbii şəkildə qəlbində məhəbbət yaranır. Bu lütf çətinlik girdabına düşmüş insana daha çox təsir göstərir. Hər bir insan öz həyatında başqalarının yardımı ilə qurtulduğu problemlə üzləşib. İnsan bu sayaq lütfü ömrünün sonunadək unutmur və qəlbində həmin şəxsə qarşı məhəbbət yaranır.
Beləliklə, Allaha qarşı məhəbbətli olmaq üçün Onun nemətlərini bir-bir yada salmalıyıq. Allahın bol nemətlərində qərq olduğumuzdan onları dərk etmir və onların dəyərindən xəbərsiz oluruq. Çətinliklə qarşılaşdığımız və ya bizdən hansısa nemətlər alınan zaman belə nemətlərimizin olduğunu, lakin onların qədrini bilmədiyimizi anlayırıq.
"Cöşən səğir” duası bu mövzuda yüksək məzmuna malik olan bir duadır. Bu dua insanların mübtəla olduğu çətinlikləri (bizim də bu şeylərə mübtəla olmağımız mümkündür) açıqlayır. Əvvəldə Allahın bizi düşmənlərin pisliyindən necə qoruduğuna işarə edirik: 
«Bir çox düşmənlər mənə ədavət qılıncı çəkdi, kin xəncəri itilədi, qəzəb nizəsi göstərdi, məni öldürmək üçün ölümcül zəhər hazırladı, hədəfə dəyən oxlarla məni nişana aldı, gözləri məni izləyir, yuxuya getmirdi və ürəyində mənə bütün işgəncələri verib ölüm şərbətini dadızdırmaq istəyirdi. (Lakin sən o düşməni məndən uzaqlaşdırdın) Sən zəiflik və çarəsizliyimə nəzər saldın.» 
Sonra buyurdu:
"Məni nemətlərinə şükür edənlərdən və yaxşılıqlarını düşünənlərdən qərar ver”. 
Beləliklə, Allahın nemətlərini düşünmək, örtdüyü xətaları yadda saxlamaq üçün vaxt ayırmalı, proqram tərtib etməliyik; Allahın nemətlərini düşünüb və bu nemətlər üçün Allaha sitayiş etməliyik. İmam Hüseynin (ə) buyurduğu kimi, bütün ömrünü ilahi nemətlərin şükrünə sərf etsə də, Onun tövfiqi olmadan bir nemətin şükrünü yerinə yetirə bilməz. İmam Hüseyn (ə) "Ərəfə” duasında buyurur: «(İlahi) Əgər əsrlərcə ömr etsəm, Sənin tövfiqin olmadan nemətlərindən birinin belə şükrünü yerinə yetirə bilmərəm. (Sənin tövfiqin də başqa bir nemətdir) Bu nemət də yeni və daimi bir şükr istəyir. Şükr etmək və şükr edənlər məqamına çatmaq Allahın mömin bəndəsinə əta etdiyi nemətlərdəndir. Yoxsa bəndə Onun nemətlərinin şükrünü necə edə bilər?» 
İmam Səccad (ə) buyurur: 
 "(İlahi) Nemətlərin o qədər çoxdur ki, dilim onları saymağa aciz, düşüncəm onları dərk etməyə naqisdir. Çətin ki, onları hamısını saya gətirsin. Beləcə, mən bunların fikrini necə edə bilərəm? Sənə şükür demək (Allahın nemətlərindəndir) ayrıca bir şükür istəyər. Demək, hər zaman Sənə həmd və şükür etsəm, bunun üçün ayrıca bir həmd və "şükür etməliyəm!” 
Əlindən, dilindən gələrsə əgər,
Öhdəsindən gəlib əlbət şükr edər.  
Allahın nemətlərini daha yaxşı tanıma yollarından biri də özümüzü bu nemətlərdən məhrum şəxslərlə müqayisə etməkdir. Bu yolla başqalarının məhrumluğunu Allahın bizə necə böyük nemətlər əta etdiyini anlayarıq. Nemətləri düşünmək Allaha qarşı məhəbbət yaranmasına və insanda ümidvarlıq və şükür halı icad olmasına səbəb olur.
İmam Səccad (ə) "Əbu-Həmzə” duasının başqa bir hissəsində ilahi nemətləri açıqlayaraq deyir:
"(İlahi) Mən Sənin ərsəyə gətirdiyin yetim bir uşağam, elm əta etdiyin bir nadanam, hidayət etdiyin bir azğınam, izzət və məhəbbət bağışladığın zəlil və rüsvay olmuş bir şəxsəm, arxayın etdiyin bir qorxağam, tox etdiyin bir acam, susuzluğunu yatırdığın bir susuzam, geyindirdiyin bir çılpağam, ehtiyacını ödədiyin bir fəqir və qüdrət verdiyin qüdrətsiz bir şəxsəm, böyük etdiyin bir kiçilmişəm, şəfa verdiyin bir xəstəyəm”. 
Bu nemətləri düşünmək insanın nemət verənə qarşı məhəbbətini artırmaqla yanaşı onun qəlbində ümid yaranmasına səbəb olur. İnsana bir bu qədər nemət əta edən Allah onu səbəbsiz olaraq cəhənnəmə salmaq istəmir. O səadət yolunu insanların üzünə açır, lakin bəndələrin tüğyanı və naşükürlüyü Allahın onlarla saleh bəndələr arasında fərq qoymasına səbəb olur. Buna görə də inad edən şəxslərə əzab verir.
b) Allahın eybləri örtməsini düşünmək: Xalqın gözündən uzaqda batdığımız günahlardan camaatın xəbər tutmaması və bizim rüsvay olmamağımız üçün Allah zəmin yaratmışdır. Bu da Allahın ən böyük nemətlərindəndir ki, insana qiymət vermişdir. Bəzən insan xəlvətdə pis bir iş görür, lakin Allah onun günahını örtür və başqa günahlara mane olur. Əks-təqdirdə insan cəmiyyətdə görünə bilməzdi. Beləliklə, imam Səccad (ə) buyurur:
 "İlahi, mənə əta etdiyin nemətləri və dünyada örtdüyün eyblərimi unutmayacağam”. 
Beləliklə, Allahın məhəbbətini əldə edib onun artması və ilahi əfv və rəhmətə ümidvar olmaq üçün ilahi nemətləri hər gün düşünüb, onlar barəsində təfəkkür etmək üçün proqram qurmalıyıq. İlahi məhəbbət, qorxu və ümid heç biri öz-özünə yaranmır. Bu şeylərin əldə olunması üçün çalışmaq lazımdır.
Mübarək ramazan ayında bu işlər üçün özümüzü hazırlamasaq, bundan münasib bir vaxt tapmayacağıq. Əgər bu fürsətlərdən faydalanmasaq, bir gün həsrət çəkib, peşiman olacağıq. Bir də ayılıb görəcəyik ki, başqa bir ramazan da ötüb keçdi, lakin günahlarımızdan tövbə etmədik, özümüz üçün yaratdığımız çətinliklərə əlac tapmadıq; canımızda şölələnmiş odlara su səpməmişik, xalqın öhdəmizdə olan haqlarını ödəməmişik, qeybətlər, töhmətlər, yalanlar və başqa günahlarımızı təmizləməmişik.
"İlahi! Bu gün dilimlə Sənin şükrünü edə biləcəyəmmi və ya işlərimdə son həddə çalışmaqla Sənin razılığını əldə edəcəyəmmi? Lakin şükrünü əda etmək üçün nə dilimin qüvvəsi var, nə də Sənin sonsuz nemətlərinin müqabilində əməllərimin dəyər var?!”
("Əbu-Həmzə” duasından bir hissə)
 "Ey mənim mövlam, yalnız Sənin zikrinlə qəlbim dirilir və Sənin münacatınla özümdə qorxu ağrısına təskinlik tapıram”. 
Bu qısa cümlədə iki mühüm nöqtəyə işarə olunmuşdur: Allahın zikri və mənəvi həyat (qəlb həyatı).

Kitabın adı: Rəbbin dərgahında  
Müəllif: Məhəmməd Təqi Mishab Yəzdi

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.