Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Axar insan
    +5
    Müəllif: Aşiqi Rüqəyya | 31-12-2015, 14:00 | Baxılıb: 1 705
     
     
    Axar insan
    İnsanın mərifət və kamalı onun üçün cənnətə çevrilir. Gərək bu mərifət sənin daxilində yaransın ki, özün cənnət olasan və əzəmətli cənnətə gedəsən. Hər şəxsin mərifət, əxlaq və kamalı həddində həqiqi nemətlər onun üçün zühur edir. İnsanın cənnətdə dərdiyi meyvələr bir-birindən fərqlidir. Cənnətdə yemək, yatmaq üçün deyil. Hər bir yeməli şeydə Haqqın zühuru vardır. Ona görə də mərifət əhli deyir: "Cənnətin ən ləziz meyvələri ilahi mərifətdir". Ürək və düşüncəni mərifətlə doldursan, xatircəm və qərarlaşmış nəfs sahibi olur, axar insana çevrilirsən.
    Kərbəla səhnəsinə baxdıqda axar insan görürük. Yəni bəşəriyyətin tarixi boyu, qiyamətə qədər axar olan bir insan. İnsan da su kimi axar ola bilər. Su axdıqca həyat gətirdiyi kimi axar insan da bəşər üçün həqiqi həyat gətirir.
    Bu anlayış və maarifi Aşura ziyarətinin mətnində də görmək olar. Əba Əbdillah Hüseynə (ə) xitab edərək deyirik:
    «وَ جَلَّتْ وَ عَظُمَتْ مُصِيبَتُكَ فِي السَّمَاوَاتِ عَلَى جَمِيعِ أَهْلِ السَّمَاوَات‏»
    "Sənin müsibətin asimanlarda bütün səma əhlinə böyükdür, yanıqlıdır".
    Yəni, imam Hüseyn (ə) bütün aləmə axır! Bu dərin və sirli bir mövzudur. Maddi insan bunu dərk etmir.
    Bəzən insan öz inancından yuxarı hərəkət edir, haqq və həqiqəti şühud etməklə imam Hüseynin (ə) müsibətinin bütün yaradılışı axdığını düşünür. Bu imam Hüseynin (ə) vücudunun genişliyini və bütün aləmin həyatı olmasını göstərir. Deyirsən:
    «اللَّهُمَّ أَحْيِنِي حَيَاةَ مُحَمَّدٍ وَ ذُرِّيَّتِه‏»
    "İlahi, məni Məhəmməd və onun zürriyyəsinin həyatı ilə diri et".
    İnsanın axar olmasının səbəblərindən biri də bəla və müsibətdir. Allah, bəzən insana nemət verir, bəzən də bəla. Bəzən insanın ağzına şirin tikə qoyur, bəzən də acı. Bəzən dünya nemətini insana verir, bəzən də onu fəqirlikdə yandırır. Çünki aləmin quruluşu, tərbiyə quruluşudur. Allah, mizban və ev sahibidir. Həm bəla, həm də asanlıq zamanı qonaqlıqda bir istəyi vardır və insanı imtahana çəkir. Nemət verir, imtahan üçün. Onda tüğyan etmə. Ona verilən nemətə görə tüğyan edən, yaranışın tərbiyə üçün olduğunu başa düşmür. Təbiət aləmi tənəzzüllə düçar olur. Allah, insanı bu aləmdən xaric etmək istəyir. İnsan bəlaya görə narahat olub, dözümsüzlük göstərsə, süqut edəcək. Ona görə də özünü Allahın qonağı bilməlidir.
    Allah Təbarək və Taala Qurani-kərimdə buyurur:
    «إِنَّ رَبَّكَ لَبِالْمِرْصاد»
    "Şübhəsiz ki, Rəbbin (bəndələrinin bütün əməllərini) baxıb görür".
    Allah, səni izləyir, tövhid ovlağında səni ovlamaq istəyir. Diqqətli ol ki, Allah hədlərindən çıxmayasan. Ona görə də buyurur:
    «فَأَمَّا الْإِنْسانُ إِذا مَا ابْتَلاهُ رَبُّهُ فَأَكْرَمَهُ وَ نَعَّمَهُ فَيَقُولُ رَبِّي أَكْرَمَن* وَ أَمَّا إِذا مَا ابْتَلاهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُ فَيَقُولُ رَبِّي أَهانَن»
    "İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir nemət versə, o: "Rəbbim mənə ehtiram göstərdi!" –deyər. "Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: "Rəbbim məni alçaltdı (mənə xor baxdı)!" – söyləyər".
    Bu ayələrə diqqət edin. Allah, bu ayələrdə insanşünaslıq edir və onu maddi bir mövcud kimi tanıtdırır.
    Hazırkı dövrdə texniki imkanlar güclənib. Bir saat müddətində ölkənin bir tərəfindən digər tərəfinə, bir neçə saata dünyanın bu tərəfindən o tərəfinə getmək olur. İnsanın sürəti artıb və zamandan yaxşı istifadə edir. Elə bil ki, ömürü neçə dəfə artıb. Qədim zamanda altı aya getdiyi yolu, indi bir günə gedə bilir. Sanki, ömrü o qədər artıb. Amma bunlar vasitədirlər, insanın inkişafı yox, vasitələrin inkişafı. İnsan, tərəqqi edibmi? Maddədən yüksək aləmə yol tapa bilibmi? Təəssüflər olsun ki, insan süqut etmişdir. Bu vasitə və alətlərin ixtirası ilə təkəbbür və qürura düçar olmuşdur, münasibətlərini maraqları əsasında tənzimləmişdir və məhəbbəti unutmuşdur.
    Alətin kamalı, insanın kamalıdırmı? İnsanı öz təbiətinə buraxsaq, insanın meyarı maddi və dünyəvi maraqlardırmı?
    «يا أَيَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّة*ارْجِعي‏ إِلى‏ رَبِّكِ راضِيَةً مَرْضِيَّةً»
    "Ey arxayın nəfs! Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən!"
    Sivilizasiya bəşər üçün "arxayın nəfs" gətiribmi? Qərb yazıçılarından biri 20-dən çox sivilizasya və mədəniyyətin adını çəkərək yazır: "Digər xüsusi bir mədəniyyət vardır ki, onun işi insanlarladır və o Hüseyn (ə) mədəniyyətidir. O bir mədəniyyətdir ki, milyonlarla insan bir anda deyir: Ləbbeyk, ya Hüseyn!. Bu mədəniyyətin insanların ürəyi və batini ilə işi vardır və ona həyat verir".
    İnsan özünün təbiət aləmi ilə yaşayır və Allah onu bəla və imtahana düçar edir: "İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə".
    Elə ki, Allah onu əzizlədi, başına əl çəkdi, ona nemət verdi, insan deyər: "Rəbbim mənə ehtiram göstərdi!"
    Sonra isə məğrur olar və tüğyan edər. Rəvayətdə gəlimişdir ki, neçə şey insanı məst edər:
    «أَصْنَافُ السُّكْرِ أَرْبَعَةُ: سُكْرُ الشَّبَابِ وَ سُكْرُ الْمَالِ وَ سُكْرُ النَّوْمِ وَ سُكْرُ الْمُلْك‏»
    "Məstlik dörd növdür: cavanlıqdan gələn məstlik, sərvət məstliyi, yuxu məstliyi, rəyasət məstliyi".
    Əgər insan özünü tərbiyə edə bilməsə, məstliyə düçar olar. Bəzi şeylər insanı o qədər məst edir ki, qiyamətə qədər onun məstliyindən ayıla bilmir. İsrafilin suru çalınmayınca, hər şey bir-birinə qarışmayınca, ayılmır.
    Elə ki, dünya insana üz gətirir, o özünün əziz olduğunu düşünür. Amma diqqət etmir ki, "Şübhəsiz ki, Rəbbin (bəndələrinin bütün əməllərini) baxıb görür".
    Namaz qılmaq, oruc tutmaq ovlağa getməkdir. Məscidə gəldikdə, həqiqətdə tövhid ovlağına gəlirsən. Burada səni ovlayırlar. Əhli-beytin (ə) ovu olursan.
    "Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: "Rəbbim məni alçaltdı (mənə xor baxdı)!" – söyləyər".
    Allah, insanı imtahan edir, onun ruzisini azaldır, nemətlərini azaldır, onda insan öz maddi varlıq olan insan deyir ki, "Rəbbim məni alçaltdı". Yəni maddi insanın nə gülümsəməsi Allaha xatirdir, nə də ağlaması. Gülmək və ağlamaq üçün meyar dünya olur.
    Sənin bu məclisdə ağlamağının və qara geyinməyinin mənası vardır. Şiə, gülməyini və ağlamağını tənzimləmişdir.
    Gülmək lütfündən hekayət edir
    Ağlamaq qəhrindən şikayət edir.
    Yəni, gülməyim sənin lütfünü göstərir, əgər ağlayıramsa, küsməyindən qorxduğum üçündür. Ən böyük müsibət Allahın və Allah övliyalarının insandan küsmələridir.
    Ağlamaq və gülmək bir-birinin ziddidir, amma hər ikisi bir həqiqətdən xəbər verir: Allahdan. Allah tərəfindən nemət, yaxud bəla yetişdikdə insan, Allah məhzərində imtahan verdiyini bilməlidir. Onda axıcı olacaq. İnsan əvvəl torpaqdan axır və ərşə yetişir. Sonra ərşdən çay olur, yerə axır.
    Ərşdən ağlayırsan, kövsər olub, yerə axırsan!

    Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.