» » Duanın qaydası və hacət istəmək


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Duanın qaydası və hacət istəmək
    +5
    Müəllif: Admin | 29-01-2016, 14:00 | Baxılıb: 2 842

    Duanın qaydası və hacət istəmək

    Hər bir ibadət özünəməxsus qayda-qanun və xüsusiyyətlərə malikdir. Quranda "dua” dedikdə ibadət nəzərdə tutulur və o, xüsusi bir ədəbtələb edir. Duanın qayda-qanununa riayət etmək və hacətlər istəmək duanın qəbul olmasında mühüm rol oynayır. İmam Sadiqdən (ə) belə nəql olunub:
    إیَّاکُمْ أنْ یَسْأَلَ أحَدُکُمْ رَبَّهُ شَیْئَاً مِنْ حَوَائِجِ الدُّنْیَا وَ الآخِرَةِ حَتَّى یَبْدَءَ بِالثَّنَاءِ عَلَى اللّهِ وَ المِدْحَةِ لَهْ وَ الصَّلَوةِ” "عَلَى النَّبِىِّ وَ آلِهِ ثُمَّ الاعْتِرَافِ بِالذَّنْبِ ثُمَّ المَسْألَةَ
    "Sizlərdən hansısa biriniz ilk öncə Allaha həmd-səna etməmiş, Onun Peyğəmbəri (s) və Əhli-beytinə (ə) salavat göndərməmiş, günahlarınıza etiraf etməmiş Allahdan dünya və axirətlə bağlı hacət istəməkdən çəkinsin!”
    İslami rəvayətlərin çoxunda duanın qayda-qanunlarına və hacət istəməyə işarə olunub. Biz o qayda-qanunlardan bir neçəsini aşağıda qeyd edirik:
    1. Allahı adları və sifətləri ilə çağırmaq:
    "Ğafir”surəsinin ilk ayələrində ilahi ərşi daşıyanlar dua etməyin metod və qayda-qanunlarını möminlərə öyrədir. İlk olaraq "Rəbbəna” deməklə Allahın adından yapışmaq, "وَسِعَتْ کُلَّ شَىْ‏ءٍ رَحْمَةً وَ عِلْماً” (vəsiət kullə şəy-in rəhmətən və ilmən) ifaədısi ilə Onu camal sifəti ilə çağırmaq və Onun sonsuz elmindən və rəhmətindən kömək istəmək, nəhayət, dua edərək hər bir məsələni tərtiblə istəmək, duanın qəbul olma şərtlərinə riayət etmək, camal sifətləri ilə duanı "فَاغْفِرْ لِلَّذِیْنَ تابُوا وَ اتَّبَعُوا سَبِیْلَکَ” (fəğfir lil-ləzinə təbu vət-təbəu səbilək) oxumaqla, sonda isə Onun rəhmətinə təvəssül etməklə sona çatdır. Maraqlısı budur ki, Allahın ərşini daşıyanlar Allahın əsasən "rübubiyyət”, "rəhmət”, "qüdrət”, "elm” və "hikmət” kimi beş xüsusiyyət və sifətinə istinad edirlər. 
    Quranın ayələrini mütailə etdikdə , «اولیاء اللّه» (Allahın övliyaları) yəni Peyğəmbərlərdən, mələklərdən və saleh bəndələrdən tutmuş onların hamısı dua edən zaman «رَبَّنا»، یا «رَبِّى» (rəbbəna və ya rəbbi) ifadəsi ilə başlayıblar. Həzrət Adəm (ə) deyir:
    "رَبَّنا ظَلَمْنا أَنْفُسَنا”
    "İlahi! Biz (mən və mənim həyat yoldaşım) özümüzə zülm etdik!”
    Həzrət Nuh (ə) deyir:
    "رَبِّ اغْفِرْ لِی وَ لِوالِدَىَّ”
    "İlahi! Məni, atamı və anamı bağışla!”
    Həzrət İbrahim (ə) deyir:
    "رَبِّ اغْفِرْ لِی وَ لِوالِدَىَّ وَ لِلْمُؤمِنِیْنَ یَومَ یَقُومُ الْحِسابُ”
    "İlahi! Qiyamət günü məni, atamı, anamı və bütün möminləri bağışla!”
    Həzrət Yusif (ə) deyir:
    "رَبِّ قَدْ آتَیْتَنِى مِنَ الْمُلْکِ”
    "İlahi! Öz hakimiyyətindən (hökmranlığından) mənə də bəxş etdin.”
    Həzrət Musa (ə) deyir:
    "رَبِّ بِما أَنْعَمْتَ عَلَىَّ فَلَنْ أَکُونَ ظَهِیْراً لِلْمُجْرِمِیْنَ”
    "İlahi! Mənə verdiyin nemətlərlə günahkarlara arxa-dayaq olmayacam”
    İslamın sevilən peyğəmbəri həzrət Məhəmməd (s) buyurur:
    "رَبِّ أَعُوذُ بِکَ مِنْ هَمَزاتِ الشَّیاطِیْنِ”
    "İlahi! Mən şeytanın vəsvəsələrindən Sənə pənah gətirirəm!”
    "Ali-İmran” surəsinin sonuncu ayələrinə əsasən, möminlər dəfələrlə bu ifadəni təkrar edirlər.
    "رَبَّنا ما خَلَقْتَ هَذا باطِلًا”
    "İlahi! Yeri və göyü əbəs yerə yaratmamısan!”
    Belə ifadələrdən istifadə olunur ki, ən yaxşı dua Allahın rəbb olması ilə bağlı sözlərlə başlayan duadır.
    1. Mübarək "Allah” kəlməsi yaradanın ən böyük adıdır. Rububiyyət məsələsində də Onun hüzurunda hacət diləyərkən Allahı bu adla çağırmaq daha yaxşı və bəyəniləndir. 
    2. Peyğəmbərə (s) və onun Əhli-beytinə (ə) salavat göndərmək duanın qəbul olmasında həddən artıq təsir qoyur. İmam Sadiq (ə) buyurur:
    "Allahın hüzurundan hacət tələb edən şəxs, Məhəmmədə (s) və Əhli-beytinə (ə) salavat göndərməklə başlasa, sonra öz hacətini istəsə və duasının sonunda Məhəmmədə (s) və Əhli-beytinə (ə) salavat göndərməklə onu bitirsə, onun duası qəbul olar. Ona görə ki, Məhəmmədə (s) və Əhli-beytinə (ə) salavat göndərmək maneə və hicab sayılan bir şey deyil və Allah duanın əvvəli ilə sonundakı salavatı qəbul edərək duanın orta hissəsini geri çevirməkdən uzaq və daha kərimdir”. Həmçinin, İmam (ə) buyurur:
    "کُلُّ دُعاءٍ یُدْعَى اللّهُ عَزَّوَجَلَّ بِهِ مَحْجُوبٌ عَنِ السَّماءِ حتّى یُصَلَّى عَلى‏ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ”
    "Dua edən şəxs, Peyğəmbərə (s) və Əhli-beytə (ə) salavat göndərənə qədər, onun duası səmada saxlanılar. (Yəni, salavat göndərməklə duası qəbul edilər).” 
    3. Yalvarmaqla:
    "Duanın qayda-qanunlarından biri də Allaha gizlində yalvarmaqla dua etməkdir.
    "اُدْعُواْ رَبَّکُمْ تَضَرُّعاً وَ خُفْیَةً”
    Bir rəvayətə əsasən, imam Sadiq (ə) Əbu Bəsirə buyurub:
    "Əgər bir şeyin baş verməsindən qorxsan və ya hacətin olsa, Allahın adı ilə dua etməyə başla, Ona layiqli sitayiş et və Peyğəmbərə (s) və Əhli-beytinə (ə) salavat göndər və öz hacətini istə və özünü ağlamağa vur. Atam həmişə deyərdi: "Bəndənin Allaha ən yaxın olduğu vaxt onun səcdədə olduğu və gözlərindən yaş axdığı zamandır.” 
    Əlbəttə ki, belə bir yalvarış şükr etməklə birgə olmalıdır. Qurani-Kərimdə gəlmişdir ki, bir qrup problemlə üzləşən zaman Allahı yalvarışla çağırır, amma nicat tapan zaman Onu yaddan çıxarır.  Lakin möminlər belə deyillər. Möminlər Allaha həm çətin, həm də asayişdə olduqları zaman nemətlərinə görə şükr edirlər.
    Allahın qarşısında yalvarmaq Ondan qorxmaq və Ona ümidlə olmaldır. Quranda buyurur:
    "وَادْعُوهُ خَوْفاً وَ طَمَعاً”
    "Allahı həm qorxu, həm də ümidlə çağırın!”
    İmam Baqir (ə) buyurur:
    ما مِنْ قَطْرَةٍ أحَبُّ إلىَ اللّهِ عَزَّوَجَلَّ مِنْ قَطْرَةِ دُمُوعٍ فى سَوادِ اللَّیْلِ مَخافَةً مِنَ اللّهِ لایُرادُ بِها” "غَیْرُهُ(
    "Gecə yarısı Allaha xatir tökülən göz yaşı ən sevilən göz yaşıdır.”
     Başqaları üçün ümumi dua:
    "Duanın qayda-qanunlarından biri də cəm şəkildə yerinə yetirilən duadır. İmam Sadiqdən (ə) belə buyurduğu nəql olunub:
    "ما اجتمع اربعة قط علی امر واحد فدعوا الا تفرقوا عن اجابة”
    "Dörd nəfər bir yerə yığışıb dua etdikləri zaman, onlar pırakəndə olmamış hacətləri qəbul olar.”
    Bu üzdən dua məclislərində ümumi surətdə dua etməyə çox təkid olunub, çünki bu cür mərasimlərdə dua ümumi şəkildə olur və hamıya bu duadan nəsib olur və duanın qəbul olunmasında və hacətlərin yerinə yetirilməsində çox təsiri var. İslam peyğəmbəri (s) buyurur:
    "اذا دعا احدکم فلیعم”
    "Cəm şəkilində dua edin,”
    Quranda da cəm şəkildə dua etməyə təkid olunub:
    "ربّنا آتِنا”
     "ربّنا لا تؤاخِذنا”
    "ربّنا لا تُزِغْ قُلوبَنا”
    "فاغْفِر لنا ذُنوبنا”
    "واجْعَل لنا”
    "ربّنا ظَلَمْنا أنفُسَنا وإنْ لم تَغْفِر لنا وترْحَمْنا”
    "ربّنا افْرِغْ علینا صَبْراً”
    Bundan əlavə, başqalarına, xüsusilə də, övladlara, valideynlərə, dostlara, qonşulara, əsgərlərə və bütün möminlərə dua etmək həm dua edənin, həm də dua olunanların duasının qəbul olmasına səbəb olur. Quranda qeyd edilən və Əhli-beytdən (ə) nəql edilən dualarda başqaları üçün dualar gözə çarpır.
    "ربّنا اغفر لی ولوالدیّ وللمؤمنین”
    ربّنا اغفرْ لنا ولإخواننا الذین سبقونا بالإیمان ولا تجعل فی قلوبنا غِلاْ للذین آمنوا ربّنا إنّک رئوف” "رحیم
    "ربّ اغفر لی ولأخی”
    "ربّ اغفر لی ولوالدیّ ولِمَن دخل بیتی مؤمناً، وللمؤمنین والمؤمنات”
    "ربّ اجعلنی مُقیم الصّلاه ومن ذرّیتی”
    İmam Səccad (ə) "Səhifeyi-Səcadiyyə” kitabında əsgərlər üçün belə dua edir:
    اَللَّهُمَّ صَلِّ عَلی‏ََ مُحَمَّدٍ وَآلِهِ وَحَصِّنْ ثُغُورَ الْمُسْلِمیِنَ بِعِزَّتِکَ وَأَیِّدْ حُمَاتَهَا بِقُوَّتِکَ‏ وَأَسْبِغْ عَطَایَاهُمْ مِنْ” جِدَتِکَ. اَللَّهُمَّ صَلِّ عَلی‏ََ مُحَمَّدٍ وَآلِهِ وَکَثِّرْ عِدَّتَهُمْ وَاشْحَذْ أسْلِحَتَهُمْ وَاحْرُسْ حَوْزَتَهُمْ وَاَمْنَعْ حَوْمَتَهُمْ وَأَلِّفْ جَمْعَهُمْ وَدَبِّرْ اَمْرَهُمْ رَوَاتِرْ بَیْنَ‏ مِیَرِهِمْ وَتَوَّحَدْ بِکِفَایَةِ مُؤَنِهمْ وَاعْضُدْهُمْ بِالنَّصْرِ وَأَعِنْهُمْ بِالصَّبْرِ وَالْطُفْ لَهُمْ فِی "الْمَکْرِ، اَللَّهُمَّ صَلِّ عَلی‏ََ مُحَمَّدٍ وَآلِهِ وَعَرِّفْهُمْ مَا یَجْهَلُونَ وعَلِّمْهُمْ مَا لاَ یَعْلَمُونَ وَبَصِّرْهُمْ مَا لاَ یُبْصِرُونَ
    "İlahi! Məhəmməd və onun Əhli-beyinə salam yetir və Öz izzətinlə müsəlmanların sərhədlərini qoru, sərhədlərdəki gözətçiləri öz qüdrətinlə gücləndir, bəxşişlərini sonsuz lütfünlə bol et! İlahi! Məhəmməd və onun Əhli-beyinə salam yetir və onların sayını artır, silah və döyüş sursatlarına itilik ver, hərbi hissələrini hifz et, cəbhənin ətraflarını möhkəm və məğlubedilməz elə, onların hamısını can bir qəlbdə həmrəy et, işlərini sahmana sal, azuqələrini ardıcıl çatdır, ehtiyaclarını təklikdə özün ödə, Öz yardımınla onları gücləndir, səbrinlə kömək göstər, onlara çıxış yolu, çarə axtarmaqda təlim ver.”
    Xanım Zəhra (s) öz ailəsindən qabaq qonşulara dua edir və buyururdu:
    "الجار ثم الدار”
    "Gecə namazının qayda-qanunlarından biri də qırx nəfər möminə dua etməkdir. Əlbəttə, o qırx nəfərin adını yad etməklə bərabər olmalıdır. İmam Sadiq (ə) buyurur:
     "من قدم اربعین رجلا من اخوانه فدعا لهم ثم دعا لنفسه استجیب له فیهم و فی نفسه”
    "Dua edərkən özündən qabaq qırx nəfər mömin qardaşını dua edən şəxsin həm öz duası, həm də onlara etdiyi dua qəbul olacaq.”
    Əlbəttə ki, Qurandakı dualarının çoxunda günahlarının bağışlanmağını istəyən vaxtbaşqaları üçün dua edən şəxsin duasının tez qəbul olunacağı da qeyd edilmişdir. Nəhayətdə başqalarına dua etmək hacətlərin qəbul olmasından əlavə, cəmiyyət arasında problemlərin həll olmasına və cəmiyyətin həmrəy olmasına təsir qoyur.
    5. Dua edrkən məkan və zamanı nəzərə almaq.
    Duanın qayda-qanunlarından biri də onun hansı zamanda və hansı məkanda yerinə yetirilməsidir. Bəzi duaların xüsusi bir vaxtda və xas məkanlarda edilməsi tövsiyə edilmişdir. Misal üçün, Rəcəb, Şəban və Ramazan ayları üçün məsum imamlardan (ə) xüsusi dualar nəql olunmuşdur. Bundan əlavə, bəzi zaman və məkanlarda edilən dualar dəyərli və etibarlı olması ilə taınmışdır. Məsələn, həm cümə günü, həm də cümə axşamı xüsusi zaman və məkanlardan ibarətdir.
     "قالُوا یا أَبانَا اسْتَغْفِرْ لَنا ذُنُوبَنا إِنَّا کُنَّا خاطِئِینَ”
    "Həzrət Yaqubun (ə) oğlanları atalarından onlar üçün Allahdan bağışlanmaq diləməsini istədilər”:
     "قالَ سَوْفَ أَسْتَغْفِرُ لَکُمْ رَبِّی”
    "Dedi: "Tezliklə sizin bağışlanmağınızı əzəmətli Allahdan istəyəcəyəm!””
    Rəvayətlərə əsasən, həzrət Yaqub (ə) cümə gününün səhərçağı dua etmək istəyirdi, çünki cümə günü dua həm tez qəbul olar, həm də gözəl bir vaxtdır.  Həmçinin, bəzi günlər üçün də həddən artıq duaların olduğunu bildirən rəvayətlər mövcuddur.
    Habelə Kərbəla da duanın qəbul olunması üçün gözəl bir məkandır. Hədisdə bildirilənlərə əsasən, Allah-taala imam Hüseynin (ə) şəhadətinin əvəzində ona dörd xüsusiyyət bəxş etmişdir. Əlbəttə ki, Onun qübbəsinin altında duanın qəbul olması o dörd xüsusiyyətlərdən biridir. (61)
    Yuxarıda sadaladığımız qayda-qanunlar dua edilməsi və hacət istənilməsi üçün tövsiyə olunmuşdur. Bu barədə əlavə məlumat toplamaq üçün dua kitablarına müraciət edə bilərsiniz.

    Mənbə: Qum Elmi Hövzəsi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 3
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Ali Ragimov | Status: İstifadəçi Offline | 30 Ocak 2016 19:21 | Sayt nəzarətçisi | Şərh yazdı

    ALLAH RAZI OLSUN

    ALLAH ONA UZADAN ELLERIMIZI NAUMUD QAYTARMASIN AMIN

    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Leman Abbaszade | Status: İstifadəçi Offline | 29 Ocak 2016 19:43 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun heqiqetende cox gozel yazmisiniz 
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 29 Ocak 2016 15:42 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun qardas cox gozel , deyerli movzu ve dualardir ,Allah butun dualari qebul etsin bizim dualarimizda onlarin icerisinde olmaqla beraber ,cox sag olun ki, sayenizde bilmediylerimizi oyreniriy Allah sizi axiretde Ehlibeytle meshur elesin in sa Allah amin.

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.