Duanın qəbul olmasının şərtləri
Allah-taala Qurani-Kərimdə insanların dualarının qəbul olunmasına vədə vermişdir. Amma bu vədəyə çatmaq üçün bəzi şərtlər lazımdır ki, insanın duaları Allah dərgahında məqbul sayılsın. Qeyd olunan şərtlərin ən mühümləri aşağıdakılardan ibarətdir:
1. Dua qaydalarına riayət edərək hacət istəmək. Əlbəttə, öncəki səhifələrdə bu haqdakı məlumatları nəzərinizə çatdırdıq.
2. Qəlbin saflığı.
Beləliklə qəlbin pak və saf olması duanın qəbul olma şərtlərindən biridir. Əmirəl-möminin Əlinin (ə) söhbətlərində onun belə buyurduğunu oxuyuruq:
"لایَقْبَلُ اللَّهُ عَزَّوَجَلَّ دُعاءَ قَلْبٍ لاهٍ”
"Allah-taala qəflətdə qalan qəlblərin dualarını qəbul etmir.”
"إِنَّ اللَّهَ عَزَّوَجَلَّ لَایَسْتَجِیبُ دُعَاءً بِظَهْرِ قَلْبٍ قَاسٍ”
"Həqiqətən, Allah paslanmış və günahla dolu qəlblərin dualarını qəbul etməz.”
İmam Sadiq (ə) başqa bir hədisdə buyurur:
"(إِنَّ اللَّهَ عَزَّوَجَلَّ لایَسْتَجِیبُ دُعاءً بِظَهْرِ قَلْبٍ ساهٍ”
"Həqiqətən, Allah qəflətdə qalan qəlblərin duasını qəbul etməz.”
Buna görə də, dua etdiyiniz zaman pak və saf qəlblə və diqqətlə dua edin və duanızın qəbul olunmasına yəqininiz olsun. Yenə də o həzrətdən nəql olunub ki, buyururb:
إِیَّاکُمْ أَنْ یَسْأَلَ أَحَدُکُمْ رَبَّهُ شَیْئاً مِنْ حَوائِجِ الدُّنْیا وَ الآْخِرَةِ حَتّى یَبْدَأَ بِالثَّناءِ عَلَى اللَّهِ وَ الْمِدْحَةِ لَهُ وَ” "الصَّلاةِ عَلَى النَّبِیِّ وَ آلِهِ ثُمَّ الإِعْتِرافِ بِالذَّنْبِ وَ التَّوْبَةِ ثُمَّ الْمَسْأَلَةِ
"Allaha həmd-səna etməmişdən qabaq, Ondan nəyisə istıməyin və Ona dua etməyin. İlk öncə həzrət Məhəmmədə (s) və onun Əhli-beytinə (ə) salavat göndərin, öz günahınıza etiraf edin, sonra tövbə edərək dua edin.”
Çünki insan öz günahlarına etiraf və tövbə edərək pak, təmiz və saf qəlblə dua etməyə başlayır. Deməli, bu hədislərdən əlavə, "Ğafir” surəsinin on dördüncü ayəsinə əsasən (فَادْعُواْ اللَّهَ مُخْلِصِینَ لَهُ الدِّینَ)dində ixlaslı olmaq qəlbi və batini bir məsələ olduğundan bu ayə də ona dəlalət edə bilər.
3. Mal-dövlət və ruzinin halal olması.
Qəsbi mallardan və haram ruzidən uzaq olmağın özü duanın tez qəbul olunmasında təsir qoyur. Peyğmbərdən (s) belə nəql olunub:
"مَنْ أَحَبَّ أَنْ یُسْتَجابَ دُعائُهُ فَلْیُطَیِّبْ مَطْعَمَهُ وَ مَکْسَبَه”
"Duasının tez qəbul olmasını istəyən şəxsin ruzisi və gəliri halal olmalıdır.”
Əmirəl-möminindən (ə) belə nəql olunub:
اِنَّ اللهَ تَبارَکَ و تَعالیا وحَی الَی المَسیح عیسَی بن مریم قُل للملأ مِن بَنِی اِسرائیل: اِنّی غیر مستجیب”"لاحد منکم دعوة ولاحد مِن خلقی قبله مظلمة
"Allah-taala həzrət İsaya (ə) vəhy etdi ki, Bəni-İsrailə desin: "Allah-taala boynunda həqqun-nas (başqalarının haqqı) olan şəxsin duasını qəbul etməyəcək!””
4. Təlaş və çalışmaq.
Duanın qəbul olunmasının kənarında onun qəbul olunması üçün təlaş göstərmək və çalışmaq da lazımdır. Allah-taaladan layiqli həyat yoldaşı və saleh övlad istəyən insan qüdrəti çatan qədər çalışmalı, amma öz gücündən xaric olanı Allaha tapşırmaldır.
"أَمَّنْ یُجیبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ یَکْشِفُ السُّوء”
Qəbul olunan dua, elə duadır ki, iztirar və iztirab halında edilmiş olsun. Əmirəl-möminin (ə) sözlərində oxuyuruq ki, buyurub:
"الدَّاعِی بِلا عَمَلٍ کَالرَّامِی بِلا وَتَرٍ!”
"Əməlsiz şəxsin duası oxsuz kamana bənzəyir.”
Beləliklə, hədəfə dəyməsi üçün oxun irəliləməsi də şərtdir. Buna diqqət yetirməklə əməlin duanın qəbul olması üçün nə dərəcədə əhəmiyyət kəsb etməsi məlum olur.
İmam Sadiq (ə) buyurur:
أرْبَعَةٌ لَاتَسْتَجَابُ لَهُمْ دَعْوَةٌ:
"Dörd insanın duası qəbul olmaz.”
1- رَجُلٌ جَلَسَ فِى بَیْتِهِ یَقُولُ اللُّهُمِّ ارْزِقْنِى، فَیُقَالُ لَهُ ألَمْ آمُرُکَ بِالطَّلَبِ؟
1. Evdə oturub ruzisinin gəlməsini dua edən şəxsin.
2- وَ رَجُلٌ کَانَتْ لَهُ امْرَأَةٌ فَدَعَا عَلَیْهَا، فَیُقَالَ لَهُ: أَلَمْ اجْعَلْ أمْرَهَا إلَیْکَ؟
2. Həyat yoldaşının zərərinə dua edən şəxsin.
3- وَ رَجُلٌ کَانَ لَهُ مَالٌ فَأفْسَدَهُ، فَیَقُول: اللَّهُمَّ ارْزُقْنِى، فَیُقَالُ لَهُ أَلَمْ آمُرُکَ بِالإقْتِصَادِ؟ ألَمْ آمُرُکَ بِالإصْلَاح؟!
3. Əlində olan mal-dövlətini tələf edib ruzi istəyən şəxsin.
4- وَ رَجَلٌ کَانَ لَهُ مَالٌ فَاداته بِغَیْرِ بَیِّنَةٍ فَیُقُالُ لَهُ، ألَمْ آمُرُکَ بِالشَّهَادَةِ؟!؛
4. Şahid tutmadan malını borc verən şəxsin.
Mənbə: Qum Elmi Hövzəsi