» » Bəzi surələr, ayələr və dualar barədə (tərcüməsi)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Bəzi surələr, ayələr və dualar barədə (tərcüməsi)
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 23-01-2016, 18:00 | Baxılıb: 8 028
    http://img.webme.com/pic/y/ya-fatime/1432817829_11098780_921236514593302_1876921876_n.jpg  

    Bəzi surələr, ayələr və dualar barədə

    Bu bölüm, qırx məsələdən ibarətdir:
    1. Şeyx Kuleyni özünün "Kafi” kitabında İmam Baqir (ə)-dan nəql etmişdir ki, hər kim "Hədid”, "Həşr”, "Səf”, "Cümə”, "Təğabun” və "Əla” surələrini yatmazdan öncə oxusa, İmam Zaman (ə.c)-i görməmiş ölməz. Əgər ölərsə, Hz. Peyğəmbər (s)-lə birgə olar.
    2. Yenə də həmin kitabda Hz. Peyğəmbər (s)-in belə buyurduğu nəql olunmuşdur: "Hər kəs "Bəqərə” surəsinin əvvəlindən dörd ayəni, "Ayətəl-kürsü”nü və ondan sonrakı iki ayəni, eləcə də həmin surənin sonundan üç ayəni oxusa, canı və malı üçün xoşuna gəlmədiyi bir hadisə üz gətirməz, Şeytan ona yaxınlaşmaz və Quranı yaddan çıxarmaz.”
    3. Həmçinin orada nəql olunmuşdur ki, İmam Məhəmməd Baqir (ə) buyurmuşdur: "Qədr” surəsini uca səslə tilavət edən şəxs, sanki Allah yolunda qılınc çəkib cihad edən şəxs kimidir. Əgər onu ahəstə səslə oxusa, Allah yolunda öz qanından keçmiş olar, əgər onu on dəfə oxusa, on günahı bağışlanar.”
    4. Şeyx Kuleyni İmam Sadiq (ə)-dan nəql etmişdir ki, o həzrət buyurmuşdur: «Atam buyurdu: "İxlas” surəsi Quranın üçdə biri, "Kafirun” surəsi isə dördə biridir.”
    5. Yenə də İmam Kazim (ə)-dan belə nəql etmişdir: "Hər kəs yatanda, "Ayətəl-kürsü”nü oxusa, iflic olmaqdan qorxmasın, inşaallah! Hər kəs onu vacibi namazlardan sonra oxusa, heç kəs ona zərər yetirə bilməz.” Sonra buyurdu: "Hər kəs "İxlas” surəsini özü ilə zülmkar şəxs arasında vasitə qərar verib, dörd tərəfinə oxusa, Allah taala onu zülmkar şəxsin şərrindən amanda saxlayar və Allah taala bu göstərişi yerinə yetirən şəxsə xeyir yetirər.” Yenə buyurdu: "Hər vaxt bir işdən qorxsan, Qurani-kərimin hər bir yerindən yüz ayə oxu və sonra üç dəfə belə de:
    İlahi, bəlanı məndən sovuşdur!
    6. Eləcə də Şeyx Kuleyni İmam Sadiq (ə)-dan nəql etmişdir ki, o həzrət belə buyurdu: "Hər kəs Allaha və Qiyamət gününə iman gətirsə və "İxlas” surəsini hər vacibi namazdan sonra həmişə oxusa, şübhəsiz ki, Allah-Taala dünya və axirət xeyrini onun üçün cəm edər, onu, övladını, ata və anasını bağışlayar.”
    7. Yenə də o həzrətdən nəql olunmuşdur ki, hər kəs "Təkasur” surəsini yatanda oxusa, qəbir əzabından nicat tapar.
    8. O həzrət buyurmuşdur: "Əgər "Həmd” surəsi ölmüş şəxsə yetmiş dəfə oxunsa, ruh ona qaytarılar və bu, heç də qəribə deyildir.”
    9. Hər gecə uşağa üç dəfə "Fələq” və "Nas”, yüz dəfə (əgər yüz dəfə oxuya bilməsə, əlli dəfə) "İxlas” surələrinin oxunması barəsində İmam Musa ibni Cəfər (ə)-dan çoxlu faydalar nəql olunmuşdur. Belə ki, hər kəs bu göstərişə əməl etsə, vəfat edənə qədər bəlalardan qorunub saxlanılar.”
    10. Həmçinin Şeyx Kuleyni İmam Cəfər Sadiq (ə)-dan nəql etmişdir ki, o həzrət Müfəzzələ belə buyurmuşdur: "Ey Müfəzzəl! "Bismillahir rəhmanir rəhim”i və "İxlas” surəsini qabaq, arxa, sağ, sol tərəflərinə, başının üstünə və ayağının altına oxumaqla özünü camaatdan qoru. Zülmkar bir hakimin yanına getdikdə, onun üzünə nəzər salıb bu surəni üç dəfə oxu. Bəzilərinin dediklərinə əsasən, onu hakimin yanından getməyincə tərk etmə.”
    11. Əmirəl-möminin Əli (ə)-dan nəql olunan bir hədisdə buyurulur ki, qərq olmaqdan və yanmaqdan xilas olmaq üçün bu duanı oxuyun:
    Kitabı (Quranı) nazil edən Allahdır. O, əməlisalehlərə himayədarlıq edər! (Müşriklər) Allahı lazımınca qiymətləndirmədilər (uca tutmadılar). Halbuki qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir (yerin də, göyün də hökmü ancaq Allahın əlindədir, bütün kainat Allahın qüdrətinə tabedir). (Allah müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaq və ucadır! 
    Xam atı sakit etmək üçün onun sağ qulağına oxuyun:
    Göylərdə və yerdə olanlar istər-istəməz Ona (Allaha) təslim olmuşlar və Onun hüzuruna qayıdacaqlar. 
    Yırtıcı heyvanlar olan yerin əmin-amanlıqda olması üçün dua:
    (Ey ümmətim!) Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir. O, sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir! (Ya Peyğəmbərim!) Əgər onlar (sənə iman gətirməkdən, əmrlərinə itaət etməkdən) üz döndərsələr, de: "Mənə təkcə Allah yetər. Ondan başqa heç bir tanrı yoxdur. Mən Ona təvəkkül etdim. O, böyük ərşin sahibidir!
    İtmiş malın tapılması üçün iki rükət namaz qılıb, hər rükətində "Yasin” surəsi oxunsun və namazdan sonra deyilsin:
    Ey itənlərə doğru yol göstərən, mənim itkimi geri qaytar!
    Qaçmış qulun qayıtması üçün oxunan dua:
    Yaxud (onların əməlləri) zəngin dənizin zülmətinə bənzər. Onu bir dalğa, o dalğanın üstündən bir dalğa, onun da üstündən bir bulud (dalğa) – zülmət üstündən zülmət örtər. O, əlini çıxartdıqda, hardasa onu görməz. Allah bir kəsə nur bəxş etməsə, onun nuru olmaz.
    Oğurluqdan amanda qalmaq üçün öz yatağına getdiyi zaman, "Qul ud`ullahə əvid`ur rəhman” ayəsini "Və kəbbirhu təkbira” ayəsinə qədər oxusun.
    12. Yenə də Şeyx Kuleyni İmam Sadiq (ə)-ın belə buyurduğunu nəql etmişdir: "Zilzal” surəsini oxumaqdan yorulmayın, çünki hər kəs bu surəni nafilə namazlarında oxusa, Allah taala ona heç vaxt zəlzələ göndərməz və nə zəlzələ, nə tufan, nə də dünyanın digər bəlaları nəticəsində vəfat etməz. Ölən zaman Allah taala tərəfindən ona kəramətli bir mələk göndərilər və onun başı üstə oturub deyər: "Ey ölüm mələyi! Allahın vəlisi ilə yaxşı rəftar et və ölümü ona çətin etmə, çünki o, Allahı çox yad edirdi.”
    Rəvayətin sonunda buyurulur: "Onun gözündən pərdə götürülər və özünün behiştdə olduğunu görər, asan can verər və yetmiş mələk ruhunu behiştə aparar.”
    13. Şeyx Kuleyni İmam Baqir (ə)-dan nəql etmişdir ki, o həzrət buyurmuşdur: "Mülk” surəsi insanı qəbir əzabından qoruyub saxlayar.”
    14. Yenə də o həzrətdən nəql olunmuşdur ki, bir Quran suya düşmüşdü, ona görə də onun "Əla iləllahi tusirul umur” ayəsindən başqa bütün ayələri pozulub aradan getmişdi.
    15. Şeyx Kuleyni Zürarədən nəql edir ki, o, belə demişdir: «Quranı Ramazan ayının ikinci yarısının üçüncü hissəsində əlinə götür və açıb öz müqabilində qoy və de:
    İlahi, nazil etdiyin kitaba (Qurana), onun içindəkilərə, içindəki ən böyük adına, ən gözəl adlarına, qorxulu və ümid etməli hər xəbərə xatir Səndən istəyirəm ki, məni cəhənnəm əzabından xilas etdiyin kəslərdən təyin edəsən!
    Sonra dua edib, Allahdan hacətini istə!
    16. Şeyx Kəfəmi özünün "Misbah” və Mühəddis Feyz özünün "Xülasətul-əzkar” kitabında yazırlar: İmamiyyə şiələrinin bəzi kitablarında gördüm ki, hər kəs peyğəmbərlərdən, imamlardan, yaxud başqa şəxslərdən birini yuxuda görmək istəsə, dəstəmaz alıb "Şəms”, "Ləyl”, "Qədr”, "Kafirun”, "Fələq” və "Nas” surələrini, eləcə də yüz dəfə "İxlas” surəsini oxuduqdan, (yüz dəfə) Peyğəmbər və onun övladlarına salavat göndərdikdən sonra sağ tərəfi üstə yatsa, istədiyi şəxsi görə bilər və onunla hər bir şey haqqında danışa bilər, inşaallah! Başqa bir nüsxədə gördüm ki, aşağıdakı duanı oxuduqdan sonra bu göstərişin yeddi gecə yerinə yetirilməsi deyilmişdir:
    İlahi, vəsfolunmaz diri Sənsən və iman Onun tərəfindən tanınar. Hər bir şey Səndən başlayır və Sənə doğru da qayıdacaq. Sənə doğru üz tutanın sığınacaq yeri və xilaskarı Sənsən. Sənə arxa çevirənin Sənə doğru üz tutmaqdan başqa, nə sığınacaq yeri olar, nə də bir xilaskarı! "Səndən başqa heç bir tanrı yoxdur!” – kəlamının vasitəsilə Səndən istəyirəm. "Bağışlayan və mehriban Allahın adı ilə!” – kəlamının, həbibin və peyğəmbərlərin sərvəri Məhəmmədin (Allahın salamı olsun ona və Əhli-beytinə) xatirinə, vəsilərin ən yaxşısı Əlinin xatirinə, aləmlərin qadınlarının sərvəri Fatimənin xatirinə, cənnət əhlinin cavanlarının sərvəri təyin etdiyin Həsən və Hüseynin (salam olsun onların hamısına) xatirinə Səndən istəyirəm ki, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetirəsən və meyitimi olduğu kimi mənə göstərəsən!
    17. Yenə də "Xülasə” kitabının müəllifi həmin kitabda bəzi kitablardan nəql edərək deyir: "Məhəmməd ibni Cüreyr Təbərinin "Adabul-həmidə” kitabında Haris ibni Ruhdan, o da atasından, o da babasından belə nəql etmişdir ki, o, öz övladlarına dedi: "Hər vaxt bir hadisə sizi qəmgin etsə, yeddi dəfə "Şəms” və "Ləyl” surələrini oxuduqdan sonra
    İlahi, bu işimdə mənə fərəc və çıxış yolu göstər!
    duasını desin. Hər kəs bu göstərişə əməl etsə, həmin gecə, yaxud üçüncü gecə, yaxud da beşinci gecə bir şəxsi yuxuda görər. Güman edirəm ki, o, belə dedi: «Yaxud da yeddinci gecə yuxuda həmin şəxs onun qəm-qüssəsinin aradan qaldırılması yolunu göstərər.»
    Müəllif deyir: «Bəzilərinin dediklərinə görə "Zuha” və "Şərh” surələri də oxunsun.
    "Cəvahirul-mənsurə” kitabında deyilir ki, hər kəs öz hacətini yuxuda görmək istəyirsə, dəstəmaz alıb "Şəms”, "Ləyl”, "Tin”, "İxlas”, "Fələq” və "Nas” surələrini oxuyub, pak paltarla pak bir yerdə üzü qibləyə və sağ tərəfi üstə yatsın və öz hacətini niyyət etsin. Əgər birinci gecə görməsə, yeddi gecə ərzində görəcəkdir. Bunun təcrübə olunduğu deyilmişdir.
    18. "Xülasətül-əzkar” kitabında Fatimə Zəhra (əleyha salam)-ın belə buyurduğu nəql olunmuşdur: «Mən yatağımda uzandığım vaxt Hz. Peyğəmbər (s) otağıma daxil olub buyurdu: «Ey Fatimə! Dörd əməli yerinə yetirməyincə yatma: 1-Bir Quran xətm elə. 2-Peyğəmbərləri özünə şəfaətçi qərar ver. 3-Möminləri özündən razı sal. 4-Həcc və ümrə yerinə yetir.» Həzrət bunu buyurub namaz qılmağa başladı və namazı qılıb qurtarana qədər gözlədim. Həzrət namazı qıldıqdan sonra dedim: «Ya Rəsuləllah! Dörd əməlin yerinə yetirilməsini əmr etdin, lakin bu zaman onların yerinə yetirilməsi qeyri-mümkündür.» O həzrət təbəssüm edib buyurdu: «Hər vaxt "İxlas” surəsini üç dəfə oxusan, sanki bir Quranı oxuyub qurtarmış olursan. Hər vaxt mənə və məndən qabaqkı peyğəmbərlərə salavat göndərsən, bizi Qiyamət günündə özünə şəfaətçi qərar vermiş olursan. Hər vaxt möminlər üçün tövbə etsən, onların hamısı səndən razı olurlar. Hər vaxt: "Subhanəllahi vəl həmdulillahi və la ilahə illəllahu vəllahu əkbər!” – desən, sanki həcc və ümrə əməllərini yerinə yetirmiş olursan.”
    Müəllif deyir: «Kəfəmi bir rəvayət nəql etmişdir ki, həmin rəvayətdə buyurulur: Hər kəs yatanda üç dəfə
    Allah qüdrəti ilə istədiyini yerinə yetirir və izzəti ilə istədiyi kimi hökm verir!
    – desə, sanki yüz rükət namaz qılmışdır.
    19. Həmçinin "Xülasətül-əzkar” kitabında nəql olunmuşdur ki, mütaliə vaxtı bu duanın oxumaq faydalıdır:
    İlahi, məni vəhm zülmətindən çıxar və fəhm (düşüncə) nuru ilə əzizlə! İlahi, Öz rəhmət qapılarını üzümüzə aç və rəhmətinlə Öz elminin xəzinələrini başımıza yağdır, ey rəhmlilərin ən rəhmlisi!
    20. Rəvayət olunmuşdur ki, bir şəxs borclu olduğunu İmam Məhəmməd Təqi (ə)-a yazıb bildirdi. O həzrət onun cavabında yazdı ki, çoxlu tövbə et və "Qədr” surəsini oxumağı heç vaxt tərk etmə.
    21. Bir rəvayətə görə, Müfəzzəl təngə-nəfəslikdən İmam Sadiq (ə)-a şikayət edib dedi: «Bir az yol getməmiş təngə-nəfəs olur və məcbur olub otururam.» Həzrət buyurdu: "Sağalmaq üçün dəvənin sidiyini iç.”
    Başqa bir rəvayətdə isə deyilir ki, bir şəxs o həzrətə öskürməsindən şikayət etdikdə, Həzrət buyurdu: "Bir miqdar Rum əncədanı (külapər) ye, həmin miqdar nəbat istifadə et və bunu iki-üç gün davam et.” O şəxs deyir ki, onu bir dəfə yedikdə, öskürəyim kəsildi.
    22. Həzrət Əmirəl-möminin Əli (ə)-dan nəql olunmuşdur ki, Hz. İsa (ə) bir şəhərdən keçəndə, həmin şəhərin əhalisinin üzlərinin sarı və gözlərinin çökdüyünü gördü. Onlar bir çox xəstəliklərin yayılmasından şikayət etdilər. Həzrət buyurdu: "Siz əti oturduğunuz halda bişirir və onu yumamışdan qabaq bişirib yeyirsiniz.” Onlar bundan sonra artıq əti yuduqdan sonra bişirib yedilər və bununla da xəstəlikləri aradan qaldırıldı.
    Yenə Hz. İsa (ə) başqa bir şəhərdən keçəndə, oranın əhalisinin dişlərinin töküldüyünü və üzlərinin şişdiyini gördü. Onlara buyurdu: "Yatanda ağzınızı açıq qoyun.” Onlar Həzrətin göstərişinə əməl etdikdə, sağaldılar.
    23. İmam Baqir (ə)-ın belə buyurduğu nəql olunmuşdur: "Hansısa bir bəlaya düçar olan şəxsi görsəniz, üç dəfə bu duanı ahəstə deyin ki, həmin şəxs eşitməsin:
    Allaha həmd olsun ki, sənə nazil etdiyi bəlanı məndən sovuşdurdu və əgər istəsəydi, məni həmin bəlaya düçar edərdi!
    Hər kəs bunu oxusa, həmin bəla heç vaxt ona üz gətirməz.
    Başqa bir rəvayətdə bu duanın oxunması göstəriş verilmişdir:
    Allaha həmd olsun ki, sənə nazil etdiyi bəlanı məndən sovuşdurdu, məni səndən və bir çox yaratdıqlarından üstün tutdu!
    Bu duanı ahəstə oxumaq lazımdır ki, xəstə olan şəxs eşitməsin.
    24. İmam Sadiq (ə) buyurmuşdur: "Hər vaxt bir qadın dörd aylıq hamilə olsa, onun üzünü qibləyə tərəf çevirib "Ayətəl-kürsü”nü oxu və əlini onun yanına qoyub de:
    İlahi, mən onun adını Məhəmməd qoydum. 
    Hər kəs bu göstərişə əməl etsə, Allah taala həmin övladı oğlan qərar verər. Əgər həmin oğlanın adını Məhəmməd qoysa, mübarək edər, əgər ad qoymasa, Allah taala istəsə uşağı ondan alar, istəsə də ona bağışlayar
    25. Rəvayət olunmuşdur ki, övladın dünyaya gəlməsi münasibətilə bir qoyunu qurban edib, onun başını kəsmək istəsəniz, bu duanı oxuyun:
    Allahın adı və Allahın köməyi ilə! İlahi, bu qurbanlıq filankəs tərəfindəndir! Ətini onun əti, qanını onun qanı və sümüyünü onun sümüyünün əvəzində qəbul buyur. İlahi, onu Məhəmmədin Əhli-beytinin (salam olsun ona və Əhli-beytinə) qorunması üçün vasitə qərar ver!
    Fulanin sözünün yerinə əqiqə olunan şəxsin adını deyin.
    O həzrət başqa bir hədisdə bu duanın oxunmasını göstəriş vermişdir:
    "Ey qövmüm, mən, həqiqətən, sizin Allaha şərik qoşduqlarınızdan uzağam! Mən, həqiqətən, batildən haqqa tapınaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!” "Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!” İlahi, "Allahın adı” və "Allahın köməyi” Sənin tərəfindən və Sənə məxsusdur. Allah böyükdür. İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir və (bunu) filankəs oğlu filankəsdən qəbul et!
    Fulanibni fulan sözünün yerinə övladının adını çəkib, onu kəssin.
    Əllamə Məclisi "Hilyətul müttəqin” kitabında yazmışdır: Bil və agah ol ki, övladın dünyaya gəlməsi münasibətilə kəsilən qoyun (qüdrəti çatan şəxsə) təkidli müstəhəbdir. Hətta alimlərdən bəziləri onu vacib bilir və onun uşağın yeddinci günündə kəsilməsini daha yaxşı bilirlər. Əgər təxirə salınsa, uşaq həddi-büluğa çatana qədər, onu kəsmək ataya müstəhəbdir. Uşaq həddi-büluğa çatandan sonra, ömrünün axrına qədər onun özünə müstəhəb olur. Mötəbər hədislərdə təkrar-təkrar gəlmişdir ki, övladın dünyaya gəlməsi münasibətilə bir qoyun qurban etmək vacibdir. Çoxlu hədislərdə də qeyd olunmuşdur ki, hər bir övladın həyatı bu qurbana bağlıdır, yəni əgər onun üçün bir qoyun qurbanlıq edilməsə, həyatı təhlükəyə düşə bilər və müxtəlif bəlalara düçar ola bilər.
    İmam Sadiq (ə) buyurmuşdur: "Ehtiyacsız olan hər bir şəxsə övladın dünyaya gəlməsi münasibəti ilə qurbanlıq kəsmək vacibdir, fəqir olan şəxs isə, əgər bir qoyun əldə edə bilərsə, onu kəssin, əks təqdirdə vacib deyildir...”
    Başqa bir hədisdə nəql olunmuşdur ki, o həzrətdən soruşdular: «Övladın dünyaya gəlməsi münasibətilə qurbanlıq kəsmək üçün nə qədər gəzdiksə, qoyun tapa bilmədik, onun qiyməti miqdarında sədəqə verə bilərikmi?» Həzrət buyurdu: «Əlavə səy edin və onu gəzib tapın, çünki Allah taala qurbanlıq qanının tökülməsini və təam yedizdirməyi sevir.”
    Başqa bir hədisdə qeyd olunur ki, o həzrətdən soruşdular: «Uşaq yeddi günlüyündə ölsə, yenə də qurbanlıq kəsmək lazımdır?» Həzrət buyurdu: "Əgər günortadan qabaq ölsə, lazım deyildir, yox əgər günortadan sonra ölsə, qurbanlıq edin.”
    Mötəbər hədisdə Ömər ibni Yeziddən belə nəql olunmuşdur: Mən imam Sadiq (ə)-ın hüzuruna gedib dedim: «Atamın mənim üçün qurbanlıq kəsməsindən xəbərim yoxdur, mən nə etməliyəm?» Həzrət buyurdu: "Bir qoyun qurbanlıq et!” Həmin şəxs qoca vaxtında özü üçün bir qoyun qurbanlıq etdi.
    "Həsən” hədisdə o həzrətdən nəql olunmuşdur ki, uşağa yeddi günlüyündə ad qoyurlar, bir qoyun qurbanlıq edir, başının tükünü qırxıb, onun ağırlığı qədər sədəqə adı ilə gümüş verir, kəsilən qoyunun ayaq və budlarını ananın uşağı dünyaya gətirməsində kömək edən qabilə üçün göndərir və qalan ətini fəqir şəxslərə verirlər.
    Başqa bir "müvəssəq” hədisdə o həzrət belə buyurmuşdur: "Hər vaxt oğlun və yaxud qızın olsa, onun yeddi günlüyündə bir qoyun, yaxud bir dəvə qurbanlıq kəsməli, ona ad qoymalı və başının tükünü qırxıb onların ağırlığı miqdarında qızıl, yaxud gümüş sədəqə verməlisən.
    Başqa bir hədisdə deyilir ki, qurbanlıq edilən qoyunun dördə birini qabilə qadına vermək lazımdır. Əgər uşaq qabilə qadının köməyi olmadan dünyaya gəlsə, onu uşağın anası istədiyi şəxsə verə bilər. O da onu heç olmasa, on nəfər fəqir müsəlmana versin, əgər on nəfərdən çox fəqirə versə, daha yaxşı olar və özü isə qurbanlıq edilən heyvanın ətindən yeməsin. Əgər uşağın dünyaya gəlməsində anaya kömək edən qabilə qadın yəhudi qadını olsa, qoyun ətinin dördə birinin qiymətini vermək lazımdır.
    Digər bir rəvayətdə gəlmişdir ki, qabilə olan qadına qoyun ətinin üçdə biri verilməlidir. Alimlər arasında məşhur nəzəriyyə budur ki, uşağın dünyaya gəlməsi münasibətilə qurbanlıq edilən heyvan ya qoyun, ya dəvə, ya da keçi olmalıdır.
    İmam Baqir (ə)-dan nəql olunan rəvayətdə buyurulur ki, Həzrət Peyğəmbər (s) Həsən (ə) və Hüseyn (ə)-ın dünyaya gəldikləri gün qulağına azan dedi. Xanım Zəhra (əleyha salam) onlar üçün bir qoyun qurban kəsdi və qoyunun ayağını bir əşrəfi pul ilə qabilə qadına verdi.
    Əgər qurbanlıq edilən heyvan dəvə olsa, həmin dəvənin yaşı beşdən çox olsun. Əgər keçi olsa, onun yaşı bir yaşdan artıq olsun, əgər qoyun olsa, ən azı altı-yeddi aylıq olsun, əlbəttə əgər onun yeddi ayı tamam, eləcə də buyunuzu sınmamış və qulağı kəsilməmiş olsa, daha yaxşı olar, həmçinin arıq, kor və şil olmasın.
    Amma mötəbər bir hədisdə İmam Sadiq (ə)-dan nəql olunmuşdur ki, uşaq üçün kəsilən qoyunun necəliyindən asılı olmasına baxmayaraq, yenə də yaxşıdır, çünki onun əti əsas şərt götürülür, baxmayaraq ki, kök olsa, daha yaxşıdır.
    Alimlər arasında məşhur nəzər budur ki, oğlan uşağı üçün kəsilən heyvanın erkək, qız üçün isə dişi olması müstəhəbdir.
    Mən elə güman edirəm ki, hər ikisi üçün erkək heyvanın kəsilməsi daha yaxşıdır, bunu çoxlu mötəbər hədislər də təqsdiqləyir, əlbəttə dişi heyvanın kəsilməsinin də heç bir eybi yoxdur.
    Ata və ananın kəsilən heyvanın ətindən yeməməsi müstəhəbdir, ananın ondan yeməsi daha məkruhdur. Həmçinin ata və ananın evində yaşayan digər ailə üzvlərinin də həmin ətdən yeməsi məkruh sayılır.
    Ətin bişirildikdən sonra sədəqə verilməsi müstəhəbdir, əlbəttə çiy və bişirilməmiş paylanmasının da heç bir eybi yoxdur.
    Əgər bir heyvan tapılmasa, onun qiymətinin sədəqə verilməsinin faydası yoxdur, mütləq səbir edib, onu əldə etməlidir. Kəsilən heyvanın ətindən istifadə edən və yeyən şəxslərin fəqir olması şərt deyildir, əlbəttə əməli saleh şəxslərin və fəqirlərin ondan yeməsi daha yaxşıdır.
    Müəllif deyir: «Məşhur nəzər budur ki, uşaq üçün kəsilən heyvanın sümüklərini sındırmaq məkruhdur. "Yuksəru əzmuha və yuqtəu ləhmuha və təsnəu biha bə`dəz zibhi ma şi`t” (Sümükləri sındırılır, əti doğranınılır, kəsdikdən sonra onunla nə istəsən edə bilərsən)– hədisinin bunun kərahətli olması ilə heç bir ziddiyyəti yoxdur.»
    "Cəvahir” kitabının müəllifi deyir: «İraq camaatının arasında belə bir adət var idi ki, kəsilən heyvanın sümüklərinin ağ bir parçaya bükülüb, yerə basdırılmasını müstəhəb hesab edirdilər. Əlbəttə, bu məsələni heç bir rəvayətdə tapa bilmədim. Allah daha yaxşı bilir!
    26. İmam Sadiq (ə)-dan nəql olunan hədisdə buyurulur: "Oğlan uşağını sünnət etdiyiniz zaman bu duanı oxuyun, əgər onu həmin vaxt oxuya bilməsəniz, uşaq həddi-büluğa çatana qədər, onu uşağa oxuyun. Həmin dua belədir:
    İlahi! Bu, Sənin və Peyğəmbərinin (Sənin salamın olsun ona və Əhli-beytinə) sünnəsidir və biz də Sənə və Peyğəmbərinə itaətdəyik. (Onu) Sənin istəyin, iradən, istədiyin işlə bağlı qəza-qədərin, qəti qərarın və icra etdiyin göstərişinlə (yerinə yetiririk). Məndən daha yaxşı bildiyin bir əmrlə, dəmirin ağrısını onun sünnət olunan və kəsilən yerinə dadızdırdın. İlahi! Onu günahlardan təmizlə və ömrünü artır. Onun bədənindən bəlaları, cismindən ağrıları uzaqlaşdır, sərvətini artır və yoxsulluğunu aradan qaldır. Doğrudan da, Sən (hər şeyi) bilirsən, mən isə bilmirəm.
    27. Seyid ibni Tavus "Dəəvat” kitabında Xətib Müstəğfiridən Hz. Peyğəmbər (s)-in belə buyurduğunu nəql etmişdir: "Hər vaxt Allahın kitabı Qurandan təfə`ül etmək istəsən, üç dəfə "İxlas” surəsini oxu, sonra Peyğəmbər və ali Peyğəmbərə üç dəfə salavat göndərib,
    İlahi! Sənin kitabınla fala baxdım. Sənə təvəkkül etdim. Elə isə Öz kitabından qeyb pərdəsində saxlanılan gizli sirrini mənə göstər!
    –duasını oxuduqdan sonra Quranı aç və sağ tərəfin birinci sətrindən təfəül et.
    Əllamə Məclisi bəzi müəlliflərin kitablarından, onlar da Şeyx Yusif Qətifinin dəstxəttindən, o da Ayətullah Əllamənin dəstxəttindən bir rəvayət nəql etmişdir ki, orada İmam Sadiq (ə) buyurmuşdur: "Hər vaxt Qurani-kərimdən istixarə etmək istəsən, "Bismillahir-rəhmanir-rəhim” dedikdən sonra belə de:
    Əgər Sənin qəza və qədərində dostun və insanlar üzərində höccətinin zühuru ilə Məhəmmədin Əhli-beytinin (salam olsun onlara) şiələrinə minnət qoyacağını yazıbsansa, Öz kitabından onunla bağlı bizə dəlil olan bir ayə göstər.
    Sonra Qurani-kərimi açıb, altı vərəq saydıqdan sonra yeddinci vərəqin altıncı sətrinə nəzər salıb, öz hacətini ələ gətirirsən.
    Şeyx Şəhid "Zikra” kitabında belə yazmışdır: İstixarənin növlərindən biri də "ədəd” vasitəsilə görülən istixarədir. Bu istixarə, Məşhədi Qərəvinin qonşusu olan Seyid Kəbir Abid Rəziyəddin Məhəmməd ibni Məhəmməd Əlavi Hüseyninin əsrindən qabaq məşhur deyildi. Biz bu rəvayəti bütün raviləri ilə birlikdə Şeyx Kəbir Fazil Camalədinn ibni Mütəhhər öz atasından, o da Seyid Rəziyəddindən, o da İmam Zaman əleyhissalamdan nəql edirik: "Həmd” surəsini on dəfə (heç olmasa üç dəfə) oxuduqdan sonra, "Qədr” surəsini də on dəfə oxu və sonra üç dəfə bu duanı de:
    İlahi! İşlərin axır-aqibətindən xəbərdar olduğun üçün Səndən xeyir diləyir, arzu olunan və qorxulu işlərdə Sənə qarşı yaxşı gümanda olduğum üçün Səninlə məsləhətləşirəm. İlahi! Filan işin sonu və başlanğıcı bərəkətli işlərdən, gecə və gündüzü tamamilə kəramətdirsə, onu mənim üçün təyin et. İlahi! Həmin işin xeyrini ram et və günlərini sevinclə bitir. İlahi! Əgər (Sənin tərəfindən) əmrdirsə, onu yerinə yetirim və əgər qadağandırsa, ondan uzaqlaşım. İlahi! Rəhmətinlə Səndən afiyət və sağlamlıqla yanaşı xeyir diləyirəm.
    Bu duanı oxuduqdan sonra niyyət edib, təsbehin bir hissəsini tut və iki-iki çək, əgər iki ədəd qalarsa, həmin işi yerinə yetirmək yaxşıdır, yox əgər tək qalarsa, həmin işi görmə və yaxud da əksinə, yəni əgər tək qalarsa, yaxşı, cüt qalarsa, pisdir və bu istixarə edən şəxsin niyyətindən aslıdır.
    Bil və agah ol! Seyid ibni Tavus bir söz demişdir ki, xülasəsi belədir: İnsanın özündən başqası üçün istixarə etməsinə dəlalət edən açıq-aşkar bir rəvayət görmədim. Lakin dini qardaşların hacətlərinin yerinə yetirilməsinə göstəriş verən çoxlu rəvayətlərə rast gəldim. Dini qardaşları dua etmək barəsində o qədər rəvayət mövcuddur ki, burada onları gətirməyə ehtiyac duymadıq. İstixarə də həmin dua və hacətlərdən biridir. Çünki əgər bir şəxs başqasından onun üçün istixarə etməsini istəsə, mənası budur ki, ondan bir hacət tələb edir.
    Əllamə Məclisi deyir: «Seyidin başqası üçün istixarə etməyin caiz olması barəsindəki bəyanı rəvayətlərin ümumi şəkildə (dini qardaşların hər bir hacətini yerinə yetirmək) gətirildiyi üçün düzgündür. Necə ki, Seyid bu məsələyə işarə etmişdir. Hacət sahibi özü-özü üçün istixarə etməsi daha yaxşıdır. Çünki biz istixarə etmək məqsədilə vəkil tutmağın caiz olması barəsində heç bir rəvayət görmədik.»
    28. Həzrət Peyğəmbər (s)-dən nəql olunmuşdur: «Hər kəs bir yəhudi, yaxud bir kafir görüb, 
    Allaha həmd olsun ki, məni dinim İslam, kitabım Quran, peyğəmbərim Məhəmməd, imamım Əli, mömin qardaşlarım və qibləm Kəbə ilə səndən üstün tutdu!
    –desə, Allah taala axirət aləmində onunla kafir şəxsi bir yerdə yerləşdirməz və onu cəhənnəmdən uzaqlaşdırar.”
    Müəllif deyir: «Çoxlu ayələr və rəvayətlərdən başa düşülür ki, müsəlman şəxs kafirlə öz əlaqəsini kəsməli, onunla dostluq etməməli, özlərini onlara oxşatmamalı və onlara məhəbbət göstərməməlidir.”
    Şeyx Səduq İmam Sadiq (ə)-ın belə buyurduğunu nəql etmişdir: "Allah taala peyğəmbərlərdən birinə vəhy edib buyurdu: "Möminlərə de ki, Mənim düşmənlərimin paltarlarını geyinməsinlər (yəni, özlərini onlara oxşatmasınlar), yeməklərindən yeməsinlər və onların tutduğu yolla getməsinlər.”
    Əks təqdirdə, onlar Mənim düşmənim sayıldığı kimi, siz də Mənim düşmənlərimdən sayılacaqsınız. Elə bu məqsədlə çoxlu rəvayətlərdə bir əməlin yerinə yetirilməsi və nəticədə özlərini düşmənlərə oxşatmamaqları göstəriş verilir. Həzrət Peyğəmbər (s)-dən nəql olunan bir hədisi buna misal göstərmək olar. Belə ki, o həzrət buyurmuşdur: "Bığınızı qırxın, saqqalınızı isə uzadın və özünüzü yəhudilərə kafirlərə oxşatmayın.” Həmçinin buyurmuşdur: "Kafirlər saqqallarını tamamilə vurur, bığlarını isə saxlayırlar. Lakin biz bığımızı qırxır və saqqal saxlayırıq.”
    Həzrət Peyğəmbər (s)-in məktubu Yəmənin padşahına çatdıqda, o, öz katibini və Xərəxsək adlı bir kişini saqqallarını qırxdıqları və bığ saxladıqları halda Mədinəyə Peyğəmbərin yanına göndərdi. Peyğəmbər (s) onların belə bir vəziyyətdə olduqlarından öz narahatçılığını bildirib buyurdu: "Vay olsun sizə! Sizi bu işə kim əmr etmişdir?” Dedilər: «Rəbbimiz (yəni padşahımız)!» Həzrət buyurdu: "Mənim Rəbbim isə mənə bığı qırxıb, saqqal saxlamağı əmr etmişdir.” Allah taala "Hud” surəsinin 113-cü ayəsində belə buyurmuşdur: "Zülm edənlərə meyl etməyin, yoxsa sizə atəş toxunar. Sizin Allahdan başqa dostunuz, himayədarınız yoxdur. Sonra siz kömək olunmazsınız!”
    Təfsirçilərdən bəziləri bu ayənin təfsirində demişlər: "La tərkənu” (meyl etməyin) ifadəsindən məqsəd budur ki, əgər siz də onlara meyl etsəniz, onların zülm etməklərində şərik olur və işlərinin doğru olmasını bildirirsiniz. Əhli-beyt (ə)-dan nəql olunan bir rəvayətdə buyurulur ki, zülm edənlərə meyl etmək onlara tabe olub, məhəbbət bəsləmək deməkdir.
    29. Hər kəs Həzrət Peyğəmbər (s)-in təlim etdiyi on doqquz cümlədən ibarət duanı oxusa, onun işləri öz qaydasına düşər. Bu duanı, Şeyx Səduq özünün "Xisal” kitabının on yeddinci bölümündə belə nəql etmişdir:
    Ey dayağı olmayanların dayağı, ey ehtiyatı olmayanların ehtiyatı, ey söykənəcəyi olmayanların söykənəcəyi, ey sığınacağı olmayanların sığınacağı və ey fəryada yetəni olmayanların fəryadına yetən! Ey əfvi böyük və imtahanı gözəl olan! Ey böyük ümid bəxş edən! Ey zəifləri ucaldan, ey qərq olanları xilas edən və ey həlak olanlara nicat verən! Ey yaxşılıq edən, ey gözəllik verən, ey nemət bağışlayan, ey artıran! Sən bir məbudsan ki, gecənin qaranlığı, gündüzün aydınlığı, ayın işığı, günəşin şüası, suyun şırıltısı və ağacın xışıltısı Sənə səcdə etdi. Ya Allah, ya Allah, ya Allah! Sən birsən və Sənin şərikin yoxdur.
    Duanı oxuyub qurtardıqdan sonra "Əllahumməf`əl bi kəza və kəza” deyirsən. «kəza və kəza» ifadəsinin yerinə öz hacətini deyirsən. Hər kəs bu duanı oxusa, yerindən qalxıb durmamış hacəti qəbul olar.
    30. Şeyx Kəfəmi "Məfatihul-qeyb” kitabında yazır: Hər kəs "Bismillah” cümləsini yazıb, evinin çöl qapısından assa, kafir olsa da belə həlakətdən uzaq olar. Həmçinin əlavə edərək deyir: «Firon allahlıq iddiası etməsinə baxmayaraq, Allah taala ona möhlət verdi və onu tez həlak etmədi. Çünki o, "Bismillah” sözünü yazıb, öz evinin qapısından asmışdı. Musa (ə) onun tezliklə həlak olmasını Allah taaladan istədikdə, Allah taala ona vəhy edib buyurdu: «Sən onun küfr etməsini görürsən, mən isə onun evinin qapısından asılan "Bismillah”a baxıram.»
    31. Şeyx ibni Fəhd belə nəql edir: Bir gün Əbu Dərdaya evinin yanmasını xəbər verdikdə, o, dedi: «Yanmamışdır!» Bu xəbəri başqa bir şəxs təsdiq etdikdə, yenə də onun yalan olmasını bildirdi. Onu üçüncü dəfə də dedikdə, o, əvvəlki sözünü təkrarladı. Nəhayət sonradan onun evinin ətrafındakı bütün evlərin yanması, təkcə onun evinin yanmaması məlum olduqda, camaat dedilər: «Ey Əbu Dərda! Evinin yanmamasını haradan bildin?» O, cavab verib dedi: «Həzrət Peyğəmbər (s)-dən eşitdim ki, hər kəs həm sübh, həm də gecə bu duanı oxusa, həmin gün və həmin gecə ona heç bir fəlakət və bədbəxtçilik üz gətirməz. Buna görə də mən həmin günü bu duanı oxumuşdum:
    İlahi, Sən mənim Rəbbimsən! Səndən başqa heç bir tanrı yoxdur. Sənə təvəkkül etdim. Sən böyük ərşin Rəbbisən. Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur. Allahın istədiyi mütləq gerçəkləşir, istəmədiyi isə gerçəkləşmir. Bilirəm ki, Allah hər şeyə qadir və elmi hər şeyi əhatə etmişdir. İlahi, mən öz nəfsimin, çirkin mühitin, bütün şər sahiblərinin, cin və insanların və ixtiyarı Sənin qüdrət əlində olan hər bir heyvanın şərindən Sənə pənah aparıram! Həqiqətən, mənim Rəbbim doğru yoldadır.
    32. Şeyx Kuleyni və başqaları İmam Sadiq (ə)-dan nəql etmişlər ki, o Həzrət Zürarəyə bu duanı qeybət və şiələrin imtahana çəkildikləri dövrdə oxumasını göstəriş vermişdi. Həmin dua belədir:
    İlahi, Özünü mənə tanıtdır! Əgər Özünü mənə tanıtdırmasan, Sənin peyğəmbərini tanımaram. İlahi, Öz rəsulunu mənə tanıtdır! Əgər Öz rəsulunu mənə tanıtdırmasan, Sənin höccətini tanımaram. İlahi, höccətini mənə tanıtdır! Əgər Öz höccətini mənə tanıtdırmasan, dinimdən dönərəm (zəlalətə düşərəm).
    33. "Uddətud-dai” kitabında İmam Əmirəl-möminin Əli (ə)-ın belə buyurduğu nəql olunmuşdur: "Hər vaxt yatmaq istəsəniz, sağ əlinizi sağ üzünüzün altına qoyub deyin:
    Allahın adı ilə! Böyrümü Allaha, İbrahimin təriqəti, Məhəmmədin (Allahın salamı olsun ona və Əhli-beytinə) və Allahın itaətini vacib etdiyi kəslərin vilayətinə (sevgisi və vilayət məqamına) xatir yerə qoydum. Allahın istədiyi mütləq gerçəkləşir, istəmədiyi isə gerçəkləşmir.
    Hər kim bu duanı yatanda desə, Allah taala onun canını və malını oğrunun qarət etməsindən qoruyub saxlayar və mələklər Allahdan onun bağışlanmasını diləyərlər.
    34. Yenə də "Uddətud-dai” kitabında o həzrətdən belə nəql olunmuşdur: "Zəxirə olunan hər bir şeyə "Qədr” surəsi oxunsa, Allah taala onu qoruyar.”
    35. Həmçinin Həzrət Əmirəl-möminin Əli (ə)-ın belə buyurduğu nəql olunmuşdur: "Hər kəs Qurani-kərimdən yüz ayəni bir daşa oxuduqdan sonra yeddi dəfə "Ya Allah!” – desə, Allah taala həmin daşı iki yerə bölər.”
    36. O həzrətdən nəql olunmuşdur ki, hər kəs yatanda "İxlas” surəsini üç dəfə oxusa, həmin gecə Allah taala onu qoruyub saxlamaq üçün əlli mələk göndərər.
    İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs namaz qılanda bir gün belə "İxlas” surəsini oxumasa, Qiyamət günündə ona deyilər: "Ey Allahın bəndəsi, sən namaz qılanlardan deyilsən!”
    Başqa bir rəvayətdə belə buyurmuşdur: "Hər kəsə bir cümə (yəni bir həftə) keçsə, lakin "İxlas” surəsini oxumasa, Əbu Ləhəb dinində ölər.”
    Yenə də o həzrətdən nəql olunmuşdur ki, hər kəs xəstə və yaxud ağır bir dərdə düçar olduğu halda "İxlas” surəsini oxumasa və həmin vəziyyətdə ölsə, cəhənnəm əhlindən olar.
    37. "Uddətud-dai” kitabında belə yazılmışdır: Yemiş, xiyar və digər tərəvəz tarlasını qurdların zərər verməsindən qoruyub saxlamaq üçün bu duanı dörd ney parçasına, yaxud dörd kağıza yazıb, onu tarlanın dörd tərəfinə qoyun. Həmin dua belədir:
    Ey qurdlar, ey yırtıcılar, həşəratlar və heyvanlar! Məttanın oğlu (Yunis) balığın qarnından çıxdığı kimi, siz də bu torpaq və tarladan çıxıb xarabalığa doğru üz tutun. Əgər çıxmasanız, sizin üstünüzə tüstüsüz alov və alovsuz tüstü göndərəcəyəm və siz bir-birinizə kömək də edə bilməyəcəksiniz. Minlərlə adamın ölüm qorxusu ilə öz yurdlarını tərk edib getdiklərini görmədinmi? Allah onlara: "Ölün!” – dedikdə, onlar da öldülər. Çıxın burdan ki, həqiqətən, sən qovulmuşsan! Qorxu içində ətrafına göz qoya-qoya oradan çıxdı. Bəndəsini (Peyğəmbəri (s)) bir gecə (Məkkədəki) Məscidül-Həramdan Məscidül-Əqsaya (Beytül-Müqəddəsə) aparan Allah bütün eyiblərdən pak və uzaqdır. Onu gördükləri gün yalnız bir axşam, yaxud bir səhər qaldıqlarını sanacaqlar! Nəhayət, biz onları bağlardan və bulaqlardan, tarlalardan və gözəl (bərəkət dolu) yerdən, eləcə də, zövq aldıqları neçə-neçə nemətlərdən çıxardıb kənarlaşdırdıq. Onlardan ötrü nə göy, nə də yer ağladı. Onlara möhlət da verilmədi! Oradan çıx. Orada sənə təkəbbür göstərmək yaraşmaz. Oradan çıx, çünki sən alçaqlardansan! Oradan rüsvay olmuş və qovulmuş halda çıx. And olsun ki, (əgər müti olmasanız) gücləri çatmayacaq bir ordu ilə üstlərinə gedib onları öz yurdundan zəlil və xar vəziyyətdə çıxardarıq!
    38. Seyid ibni Tavus İmam Baqir (ə)-dan belə nəql etmişdir: Hər kəs sağ barmağında əqiq üzük olduğu halda sübh edib, bir kəsi görməmişdən öncə, onun qaşını əlinin içinə çevirsə, "Qədr” surəsini, eləcə də
    Yeganə və şəriksiz Allaha iman gətirdim. Büt və tağutu (haqsız xəlifələri) inkar etdim. Məhəmmədin Əhli-beytinin gizli və aşkar işləri, zahir və batini, birinci və sonuncusuna iman gətirdim.
    –duasını oxuyub həmin şəxsə nəzər etsə, Allah taala həmin gün (sübhdən axşama qədər) onu yerin və göyün bəlalarından qoruyub saxlayar və Allahın himayəsi altında olar.
    39. Şeyx Kəfəmi "Cəmuş-şitat” kitabından İmam Sadiq (ə)-ın belə buyurduğunu nəql etmişdir: "Hər vaxt bizdən bir hədis nəql etmək istəsəniz, lakin onu yaddan çıxarsanız, əlini alnına qoyub de:
    Allahın salam və salavatı olsun Məhəmməd və onun Əhli-beytinə! İlahi, mən Səndən istəyirəm, ey xeyri xatırlayan, onu yerinə yetirən və ona əmr edən! Şeytanın mənə unutdurduğunu yadıma sal.
    "Mən la yəhzuruhul fəqih” kitabında İmam Sadiq (ə)-dan belə nəql olunmuşdur: "Hər kəs namaz qılanda həmişə səhvə düçar olsa, namaz qılmamışdan öncə desin:
    Allahın adı ilə! Çirkin, nəcis, xəbis və çirkləndirən, yəni qovulmuş Şeytandan Allaha pənah aparıram!
    Müəllif deyir: «Hər kəs zehninin güclü olmasını istəyirsə, misvak vursun, oruc tutsun və Quran oxusun. Xüsusilə "Ayətəl-kürsü”nü oxumaq və sübh ac qarına iyirmi bir dənə qırmızı və iri üzüm qurusu yemək, eləcə də halva, bal, mərci və heyvanın boyun hissəsini yemək zehni gücləndirir.”
    Təcrübə olunmuş dərmanlardan biri də budur ki, kündürü, su`dunu (yer müşkü) və təbərzəd şəkərini bərabər şəkildə bir-birinə qarışdırıb, gündə beş dirhəm miqdarında yeyin, belə ki, üç gün ardıcıllıqla yedikdən sonra onu beş gün tərk edin və bu minvalla davam etdirin və hər gün sübh namazından dərhal sonra
    Ey diri, ey elmindən bir şey azalmayan və ona ağırlıq gətirməyən əbədi varlıq!
    -duasını, eləcə də gündəlik namazlardan sonra 
    Öz məmləkətinin əhlinə zülm etməyən (Allah) pak və müqəddəsdir.
    -duasını oxuyun.
    Zehnin güclənməsi üçün ikinci bölümdə qeyd etdiyimiz namazları qılmaq, yaddaşı aradan aparan şeylərdən – turş alma, kişniş, pendir yeməkdən, eləcə də suya sidik etməkdən, qəbir daşlarının üzərindəki yazıları oxumaqdan, iki qadın arasından keçməkdən, dırnaqları yeməkdən, dünya malı haqqında fikirləşməkdən çəkinmək lazımdır.
    40. Şeyx İbni Fəhd İmam Sadiq (ə)-ın belə buyurduğunu nəql etmişdir: "Hər duadan qabaq, Allah, uca adla yad edilməsə, onun heç bir faydası olmaz. Allahı uca adla yad etdikdən sona Ona həmd-səna etmək lazımdır.” Ravi deyir: «Allahı uca adla necə yad edək?» Həzrət buyurdu: «De:
    İlahi! Sənsən əvvəl və Səndən öncə bir şey yoxdur. Sənsən axır və Səndən sonra bir şey yoxdur. Sənsən zahir və Səndən üstün bir şey yoxdur. Sənsən batin və Səndən dərin bir şey yox
    dur. Sənsən izzət və hikmət sahibi!

     
     
    Bölmə: Dualar
    Şərhlər: 3
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 27 Eylül 2016 22:24 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN.
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Salam | Status: | 10 Şubat 2016 21:17 | Qonaq | Şərh yazdı
    Öskürək üçün bir miqdar Rum əncədanı nə deməkdir nədir ?
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ali Ragimov | Status: İstifadəçi Offline | 25 Ocak 2016 10:32 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH RAZI OLSUN COX DEYERLI XEBERLERDIR
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.