Altıncı dolama təharətdir
İbni Abbasdan rəvayətdə nəql olunub ki, "təharət” dedikdə dəstəmaz, qüsl, təyəmmüm nəzərdə tutulur. (Dəstəmaz namazdan əvvəl, qüsl və təyəmmüm isə cinsi yaxınlıq, aybaşı və s.dən sonra xüsusi qayda ilə icra edilən vacib əməldir.) Xüsusilə, qadınların vaxtlı-vaxtında qüslə diqqətlə yanaşması zəruridir. Əgər e”tinasızlıq olarsa, Siratın altıncı dolamasında soruşulacaqlar. Əvvəlcə dediyimiz kimi, qəbir sıxıntısına düşməyin bir səbəbi də murdarlıqdan çəkinməməkdir.
Yeddinci dolama zülmdür
Bə᾽zən bu dolama "ədl”, bə᾽zən də "xalqın haqqı” (həqqün-nas) adlandırılmışdır. Qur᾽anda "mirsad” kimi də tə”bir olunmuşdur (mirsad-yə”ni, pusqu). Əgər insan bir kəsə nahaq sillə vurmuşdursa, beş yüz il orada saxlanılar, sümükləri parçalanar, əzilər. Ey dükançı, şagirdini vurmağa nə haqqın var?! Ey müəllim, hansı şər”i əsasla uşaqları tənbeh edirsən, hətta bədənində yeri də qalır?! Ey kişilər, nə üçün qadınlarınızı vurursunuz?! Ərin nə haqqı var ki, qadınına əl qaldırsın?!
Əlbəttə, bə᾽zi istisnalar vardır. Amma bu hallara az təsadüf olunur və mövzumuzdan xaricdir.
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb