Dördüncü dolama oruc sorğusu
Dördüncü dolamada mübarək Ramazan ayının orucundan sual verilər: "Oruc, Cəhənnəm odu qarşısında sipərdir” buyurulub. Oruc tutmuş şəxs üçün iki xoşluq vardır: birincisi iftarda, oruc açılan zaman xüsusi fərəhdə olar; ikincisi, ölüb Siratdan keçərkən Allahla görüşə çatanda xoşhal olar.
Beşinci dolama həcc sorğusu
Həyatında həccə getmək üçün şərait yaranan və həccə getməyən şəxsin qarşısı kəsilər. İki dəstəyə ölüm zamanı deyilər: "Yəhudi və nəsrani kimi ölün!” Bunlardan biri zəkat verməyənlər, digəri həcci tərk edənlərdir. Bunu demək kifayətdir ki, həccdən boyun qaçıranları Allah-Taala Qur᾽anda kafir adlandırıb. Bu barədə bəhs açmıram, çünki e᾽tiqad bəhsindən kənara çıxarıq.
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb