Üçüncü dolama xüms və zəkatdır
Əgər hər kəsin boynunda bir dirhəm xums və ya zəkat olarsa, üçüncü dolamada qarşısı kəsilər. Zəkat verməyənlərə aid rəvayətlər çoxdur, o cümlədən: (Zəhəri daşmış əjdahanın tükləri pırtlaşar.) Allah belə bir əjdaha qərar verər ki, onun boynuna dolanar. Digər bir rəvayətdə buyurulur: Məhsulunun zəkatını verməmiş sahibin torpaqları yeddi qat boyunbağı tək boynuna asılar. Eləcə də, Həzrət İmam Zaman (əleyhissalam) zəkat mənimsəyənləri qətlə yetirər.
Məbada, kimsənin boynunda bir dirhəm zəkat olsun və qızıl, gümüş, sikkə toplayıb, zəkatını ödəməsin! Qiyamət günü həmin dinar və dirhəmi qızdırıb, onun kürəyinə dağ basarlar. ("Tövbə” surəsi, ayə 35).
Bilin ki, malın zəkatı ilə bədənin zəkatı arasında fərq yoxdur. Fitr bayramının axşamı (orucluğun son axşamı) bədənin zəkatı (fitrə) maldan ayrılmalıdır.
İnsanın yardımçısı,şəfisi ona düşmən olar
Xümsə gəldikdə isə, xüms sorğusunun çətinliyi barədə rəvayətlər çoxdur. "Kafi”dən bir rəvayətə istinad edirik. Həzrət Sadiq (əleyhissalam) buyurmuşdur: "Qiyamətdə insanların ən çətin vaxtı o zamandır ki, xüms müstəhəqləri (dünyada xüms veriləsi məzlumlar) ayağa qalxıb, öz haqqlarını tələb edərlər. Çox vaxt bu günahın çətinliyində şəfaət edəsi şəxslər adama düşmən olar.
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb