» » Peyğəmbəri-Əkrəm (s) bəndəlik qəhrəmanı-1


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Peyğəmbəri-Əkrəm (s) bəndəlik qəhrəmanı-1
+5
Müəllif: Aşiqi Rüqəyya | 30-12-2015, 11:00 | Baxılıb: 1 039
 
 
Peyğəmbəri-Əkrəm (s) bəndəlik qəhrəmanı 

Bu gün bütün kainatın əşrəfi, Adəm övladının ağası, Həzrət xətmi mərtəbətin (səlləllahu ələyhi və alihi və səlləm) mövlud günüdür. Rəsuli-əkrəm (s) bütün peyğəmbərlər arasında ibadət və bəndəlik qəhrəmanıdır. Allahın məhz əbdidir. Quranda insanın tərbiyəsi üçün örnəklər göstərilib və bu örnəklərin təbiət hasarlarını necə uçurduqları izah olunub.
Quran buyurur: "Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!" ("Əhzah" surəsi, ayə 21)
Bu Peyğəmbərin (s) düşərgəsi "ayələrimizi göstərmək üçün"dür. Bəzən təzə şeyləri göstərmək üçün bir qrupu düşərgəyə aparırlar. Peyğəmbəri (s) xüsusi düşərgəyə apardılar. Niyə? "Ayələrimizi göstərmək üçün". Necə oldu ki, Peyğəməbər (s) ora gedə bildi? "Bəndəsini (Peyğəmbər səlləllahu ələyhi və alihi və səlləm) seyr etdirən Allah pak və münəzzəhdir". ("İsra" surəsi, ayə 1.) Bu uçuş və seyrin səbəbi bəndəlikdir. Bəndə olmayınca, insanı yuxarı aparmazlar. Peyğəmbərin (s) həyatında hər nə varsa, bəndəlikdən olan şənindəndir. O, hamı üçün bəndəlik güzgüsüdür. Peyğəmbərin (s) bütün kamalları – Quranda o kamalladan bəzilərinə işarə olunub və mən də toxunacam – bəndəliyinin sayəsində həzrətə verilmişdir.
Mütəal Allah Qurani-kərimdə Peyğəmbəri-əkrəmin (s) bir neçə xüsusiyyətinə işarə etmişdir:
1. Peyğəmbərin (s) böyük əxlaqı
Nə üçün Peyğəmbərin (s) əxlaqı əzim, yəni çox böyükdür? Çünki dünya kiçikdir və insanın sinəsi dardır, düşüncəsi kiçilib və baxışı məhdudlaşıb. Belə bir insan "böyük əxlaq"a yetişə bilməz. Mütəal Allah, Rəsuli-əkrəmə (s) xitab edərək buyurur: "Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!" ("Qələm" surəsi, ayə 4).
Onun əxlaqının əzəməti və böyüklüyü bəndəliyinin əzəmətinə görədir. Çeşmə bəndəlikdir. Bəndəlik yəni fəqr.
2. Rəhmət Peyğəmbəri (s)
Quran buyurur: "Səni də (Ya Rəsulum!) aləmlərə ancaq bir rəhmət olaraq göndərdik". ("Ənbiya" surəsi, ayə 107).
İnsan öz bəndəliyi miqdarında başqaları üçün rəhmət ola bilər. Nə qədər ki, bəndə deyil, rəhmət deyil. Çünki özünə rəhm etməmişdir ki, başqaları üçün də rəhmət ola. Hər kəs bəndəlik yolunda addım atmayıbsa, öz haqqında məhəbbət etməmişdir. Ona görə də başqalarına məhəbbət edə bilməz.
Peyğəmbər (s) rəhmətən-lilaləmindir (aləmlərə rəhmətdir). Aləmlərə rəhmət, yəni aləmin hər zərrəsi onun vücudu ilə qidalanır. Hamı ondan almışdır. Varlığın və yaradılışın atasıdır.
Vücudunun genişliyinə diqqət edin. Onun rəhmət qanadları bütün aləmi əhatə etmişdir. Hamı Peyğəmbərin (s) qanadları altında əyləşib.
Həzrət Cəbrail də onun rəmət qanadının altındadır. Bütün aləm və mələkut onun rəhmət qanadlarının altındadır. Çünki Allah Təbarəkə və Taalanın rəhmətinin təcəllası yeridir. Hamıya vilayəti vardır. Məhz bəndəlik ilə tam vilayət məqamı hasil olur. Deyirlər: "Rübubiyyət izzətin bəndəlik və übudiyyət zəlilliyi sayəsində görmək olar". İnsan bəndəlik zəlilliyinə çata bilsə və Allahın qarşısında zəlil olsa, rübubiyyət izzəti onda təcəlli edər. Biz bunu Peyğəmbərdə (s) görürük. Ona görə də Peyğəmbəri-əkrəm (s) bizim həyatımıza örnəkdir.
Hamını bu məqamla çağırırlar və hamını dəvət edirlər. "Bacarmaram", deməyin. Sizə örnək olaraq gəlmiş şəxs, bacarıb. Siz də bacararsınız, onunla birgə ola bilərsiniz. "Ustad sorağına get".
3. Peyğəmbərin (s) mülayim əxlaqlı olması
"(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla mülayim rəftar etdin". ("Ali-İmran" surəsi, ayə 159)
Sənin yumşaq və mülayim əxlaqın var, Allahın rəhməti sənə təcəlla etdi və yumşaq əxlaqlı oldun. Sərt deyilsən. İnsanlar üçün mülayim əxlaqlı oldun və hamını cəzb etdin. Mülayim olmaqlıq qüvvəsi, cazibə gətirir və hamını insanın ətrafına toplayır.
Ardı var...
Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.