Onu dörd yolla tanımaq
Əgər desələr: Allah-Taalabu qədər fərqlərlə necə hər şeydən üstün ola bilər? Cavab verilməlidir ki; Haqqı dörd yolla tanımaq olar:
1- Öyrənilməlidir ki, o mövxuddur ya yox.
2- Onun zatı və cövhəri tanınmalıdır.
3- Onun keyfiyyəti və sifəti tanınmalıdır.
4- Bilmək lazımdır ki, o niyə belədir? Bütün bunların arasında insan onun yalnız mövcud olduğunu öyrənə bilər. Əgər soruşsaq: O, necədir və nədir? Cavab tapa bilmərik. Çünki onun həqiqətini tapmaq qadağandır. Əgər onun dəlili və səbəbi barədə soruşsaq, həqiqətdə biz onu xaliqiyyatdan uzaqlaşdırmışıq. Çünki Allah-Taalahər şeyin səbəbidir və heç nə onun səbəbi ola bilməz. Insanın onun mövcud olduğunu bilməsi kifayətdir. Daha onun mahiyyətin və keyfiyyətin öyrənməsi lazım deyil. Necə ki, insan öz nəfəsini tanıyır. Hətmən vacib deyil ki, onun mahiyyətini və keyfiyyətini də tanısın. Ruhani və lətif işləri də belədir.
Əgər desələr: Bəs indi biz onu necə vəsf edək. Elə onda deyin ki, o naməlumdur.
Onların cavabı budur: Allah, onun həqiqətini dərk etmək cəhətindən belədir. Ancaq digər cəhətdən əgər o düz və kifayət qədər dəlillə isbat olunsa, Allah-Taalahər şeydən bizə yaxın olar. O, bir tərəfdən açıq-aşkar və vazeh başqa bir tərəfdən isə məxfi və dərk edilməzdir. Ağıl da belədir. Dəlillər və sübutlarla açıq-aşkar və zahir, ancaq öz-özlüyündə gözlərdən gizlidir.
Kitabın adı: İmam Sadiqin (ə) bəyanı ilə yaranışın sirləri