Günəşin yaranış və filosofların onun forması və miqdarı barəsində ixtilafları
Bu işlərdən biri də günəşin yer üzünə saçması və onun həqiqətinin öyrənilməsidir. Ona görə də alimlər onun haqqında müxtəlif fikirlər söyləmişlər. Bəziləri deyir: Günəş ulduzdur Və onun daxili atəşlə doludur. Onun ağzı var və şöləsi bu cür paylayır.
Bir başqası deyir: O da, bir buluddur.
Bir neçəsi deyir: O bir şüşəyə ya aynaya bənzəyir. O, atəşi alır və əks etdirir. Bəzisi deyir: O, atəş hissələridir ki, bir yerə cəm olmuşdur. Başqaları deyir: O, yerdən kiçikdir. Başqa bir hissəsi deyir: günəş yerdən çox böyükdür.
Həndəsəçilər deyirlər: Günəş yerdən 170-dəfə böyükdür. Onun haqda olan müxtəlif nəzərlər alimlərin hələ günəşin həqiqətinə yetişmədiklərini göstərir.
Günəşin gözlə görülməsinə baxmayaraq aqillər onun həqiqətinə yetişməkdə acizdirlər. Necə ondan da lətif bir mövcudu hiss və dərk etmək olar?
Əgər onlar desələr: Niyə o gizlidir?
Onların cavabı budur: Bizim məqsədimiz bu deyil ki, o insanlar kimi gizlənmişdir. Bəlkə məqsəd budur ki, o, o qədər lətifdir ki, məxluqat onu dərk edə bilmir. Necə ki, "nəfəsi” insan müşahidə edə bilmir.
Əgər onlar desələr: O, ki bu deyilənlərdən daha üstündür, bəs niyə lətifdir? Bu düz söz deyil. Çünki o kəs ki, hər şeyin xaliqidir, gərək onların hamısından fərqli və üstün olsun. Həqiqətən o təfəkkürlərin fikirləşdiyindən mühəzzər və ucadır.
Kitabın adı: İmam Sadiqin (ə) bəyanı ilə yaranışın sirləri