![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2839 Şərhləri: 1504 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2382 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1920 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2765 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3843 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 494 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 733 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3919 |
| « Aralık 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | 31 | ||||

Ayətullah Bəhcət İmam Mehdi (ə.f) barədə
İmam Mehdi (ə.f) buyurur: "Mənim qeybdə olmağım (qeybdə olan zaman faydam), günəşin bulud arxasında olması (zaman verdiyi faydası) kimidir”.
Bu barədə Peyğəmbərdən (s) də hədis nəql olunmuşdur. Peyğəmbərdən (s) "Sizin gəlişi uzun çəkəcək, qeybdə olacağını dediyiniz 12-ci varisiniz (xəlifəniz) olan Mehdinin (ə.f) bizə nə kimi faydası olacaq?” – deyə soruşdular. Peyğəmbər (ə) cavabında buyurdu: "Onun faydası bulud arxasında olan günəşin insanlara verdiyi fayda kimi olacaq”.
Bulud arxasında olan günəşin aləmə nə kimi faydası vardır?! Şüası aləmə gəlib çatdığı kimi, nuru (aydınlığı) və faydası da aləmə gəlib yetişir. Sən özün öz (gözlərinin önündə olan) hicabını qaldır, şüası və nuru sənə də gəlib yetişəcək.
Günəşin şüasının qarşısını alan bu bulud isə mənim hicabımdır, mənim günahlarımdır, mənim qəflətimdir, mənim səhvlərimdir və mənim böyük günahlarımdır. Mənim üçün hicaba çevrilən və Mehdinin (ə.f) nurunun qarşısını alan məhz bunlardır.
"Şəms” surəsini hamınız oxumusunuz. Allah-Taala həmin surədə buyurur: "And olsun günəşə və onun işığına (günəşin qalxdığı vaxta); And olsun (günəşin) ardınca çıxan aya; And olsun onu (günəşi) parlaq edən gündüzə”.
Allah bir-birinin ardınca üç şeyə (Günəşə, Aya və gündüzə) and içir. Ayədəki "günəş” Peyğəmbərə (s) işarədir. "Ay” möminlərin əmiri həzrət Əlidir (ə). "Gündüz” isə Höccət ibn əl-Həsəndir (ə.f) - And olsun onu (günəşi) parlaq edən gündüzə”.
Müəllif: Mərhum Ayətullah Bəhcət
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |









