» » İmam Hüseyni (ə) tanıyaq


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İmam Hüseyni (ə) tanıyaq
    +10
    Müəllif: Fatimə Nuri Xuda | 29-11-2015, 21:00 | Baxılıb: 2 021
     
     
    İmam Hüseyni (ə) tanıyaq

    Təbərrük üçün İmam Hüseynin (ə) dediklərini zikr edək ki, o Həzrətin (ə) mübarək şəxsiyyəti ilə tanış olaq. Aşura günündəki kəlamlarının birində İmam Hüseyn (ə) buyurmuşdur: «Bilin! Bu haramzadə oğlu haramzadə məni iki yol arasında qoyub: qılınc və zillət! Zillətə qatlaşmaq bizdən çox-çox uzaqdır. Allah, Onun Peyğəmbəri, möminlər, (bizim tərbiyə olunduğumuz) pak ətəklər, qeyrətli qəlblər, alicənab ruhlar qəbul etməzlər ki, biz alçaq bir başçıya təslim olmağı şərəfli ölümdən üstün tutaq!».
    Hədis nəql edən ravilərdən biri deyir: «And olsun Allaha, övladları, ailə üzvləri və yoldaşlarının hamısı öldürülüb məğlub olmuş elə bir şəxs görməmişəm ki, Hüseyn kimi sakit və soyuqqanlı olsun. Düşmənin qoşunu mühasirə dairəsini sıxırdı, amma o, öz qılıncı ilə onlara hücum edirdi. Onlar da o Həzrətin qarşısından keçi sürüsü hücuma keçən canavarın qarşısından qaçan kimi qaçırdılar. O, düşmənin otuz min nəfərlik qoşununa hücum edir və onları milçək kimi dağıdırdı. Sonra: "Lə həvlə və lə qüvvətə illə billəhil-əliyyil-azim” ("Uca və əzəmətli Allahdan başqa güc və qüdrət yoxdur”) deyib öz yerinə qayıdırdı”.
    Həzrət İmam Hüseynin (ə) digər buyuruşlarına da diqqət edək:
    "(Allah rizasına xatir deyil), Allahı qəzəbləndirməklə xalqı razı salanlar nicat tapmaz”.
    "Allah, ilk vacib işlərdən birini yaxşılığa dəvət etmək və pisliklərdən çəkindirməyi buyurmuşdur. Çünki Allah bilir ki, bu iki ilahi vacibatın yerinə yetirilməsi digər vacib işlərin (istər çətin, istərsə də asan) görülməsinin asanlaşdırar. Səbəbi də budur ki, yaxşı işlərə əmr etmək və pis işlərdən çəkindirmək bütün insanları İslama doğru dəvət edər, haqq sahiblərinin hüquqlarını özlərinə qaytarar və zülm edənlərlə müxalifət edər”.
    "Ey insanlar, Allahın Peyğəmbəri (s) buyurmuşdur ki, hər kim Allahın haram buyurduğunu halal edən, Onun əhdini sındıran, Peyğəmbərinin sünnəsi ilə müxalifətçilik edən, öz rəiyyətləri arasında zülm və haqsızlıqla hökm edən zalım bir hakimi görüb, söz və ya əməllə ona qarşı çıxmasa, Allah Təala onu da zalım hökümdarı düçar etdiyi əzaba düçar edər (yəni cəhənnəmə aparar)”.
    "İnsanların çoxu dünya quludurlar. Din isə dillərində gəzir. Din sayəsində yaşadıqları müddətdə onu müdafiə edirlər. İmtahan zamanı gəlib çatdıqda isə dindarlar azalır”.
    "Mən ölümü səadətdən, zalımlarla yaşamağı isə zəlillikdən başqa bir şey bilmirəm”
    "Ey Allah, Sən bilirsən ki, (fəsada qarşı mübarizə və) qiyamımız səltənət üçün və dünya malı yığmaq üçün deyildir. Bizim qiyamımız - Sənin dininin həqiqi əlamətlərini göstərmək, şəhərlərində islahat aparmaq, məzlum bəndələrini əmin-amanlığa çıxarmaq və vacib, yaxud müstəhəb ehkamlarını yerinə yetirmək üçündür”.
    "Mən azğınlıq, xüdpəsəndlik, fəsad və zülm etmək üçün qiyam etməmişəm. Mən cəddim Muhəmmədin (s) ümmətini islah etmək, yaxşılıqlara əmr etmək və pisliklərdən çəkindirmək, cəddim Muhəmmədin (s) və atam Əlinin (ə) yolunu bərpa etmək üçün qiyam etdim”.
    "Ey, Əbu Süfyan övladına uyanlar! Dininiz yoxdursa və axirətdən qorxmursunuzsa, heç olmasa dünyada azad insanlar olun!”
    "Bir dəstə insan behiştə görə Allaha ibadət edirlər - bunlar tacirlərdirlər. Bir dəstə də qorxularından (cəhənnəm qorxusundan) Allaha ibadət edirlər - bunlar da quldurlar. Bir qrup isə Allaha Onun verdiyi nemətlərə və Onun əzəmətinə görə və həmçinin Ona pərəstiş, sitayiş və şükür etmək üçün ibadət edirlər - bunlar isə azad insanlardırlar. Belə bir ibadət - ən yaxşı ibadətdir”.
    "Bilin ki, insanların sizə olan ehtiyacları - Allahın sizə verdiyi nemətlərindən biridir. Allahın nemətlərindən üz döndərməyin, yoxsa, sonra o nemətlər sizə müsibət olar”.

    Kitabın adı: Eşq qibləsi Kərbəla
    Müəllif: Hacı İlqar İbrahimoğlu
     
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.